Icma.az
close
up
RU
“Biologiyada nailiyyətlər və çağırışlar” mövzusunda XII beynəlxalq elmi konfransın açılışı olub AZƏRTAC

“Biologiyada nailiyyətlər və çağırışlar” mövzusunda XII beynəlxalq elmi konfransın açılışı olub AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) 105, Biologiya fakültəsinin 90 illik yubileylərinə həsr olunmuş “Biologiyada nailiyyətlər və çağırışlar” mövzusunda XII beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə çıxış edən BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov 2024-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu xatırladaraq, yaşıl dünya, yaşıl inkişaf və yaşıl enerji məsələlərinin dövrümüzün ən aktual problemləri olduğunu bildirib.

Diqqətə çatdırılıb ki, ölkəmizdə ekoloji siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyev Azərbaycanın bioloji müxtəlifliyinin qorunmasını, ekoloji problemlərinin həllini daim diqqət mərkəzində saxlayıb, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu il ölkəmizdə dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərindən biri olan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) uğurla həyata keçirilib. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri kimi müəyyən edilmiş “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində mühüm işlər aparılır.

Hüseyn Məmmədov vurğulayıb ki, son illərdə BDU-da da biomüxtəlifliyin qorunması, biotibb, yaşıl metodlarla materialların sintezi, biomühəndislik, virusologiya istiqamətlərində aparılan elmi-tədqiqat işləri genişlənir, ekoloji maarifləndirmə və ekoloji məsuliyyətin artırılması üçün layihələr həyata keçirilir. BDU təbiət elmləri sahəsində kifayət qədər yaxşı kadr potensialına və infrastruktura malikdir. 2024-cü ildə ətraf mühitin mühafizəsi əleyhinə törədilmiş qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə BDU-nun nəzdində ECOLEAD Klinikası yaradılıb. Türkiyənin Antalya şəhərində keçirilmiş “TEKNOFEST-2024” Aerokosmik və Texnologiya Festivalında 3-cü yerə layiq görülmüş BDU-nun tələbə və gənc tədqiqatçılardan ibarət “ESST-6” komandasının “E-tarım sulama” layihəsi məhz ekoloji problemlərin intellektual həllinə yönəlib. BDU-da "Eko Məkan" adlı yeni ekoloji maarifləndirmə və tədqiqat mərkəzi açılıb.

Sonra Biologiya fakültəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Biologiya fakültəsinin dekanı, profesor Afət Məmmədova fakültənin tədris, elmi fəaliyyəti, uğurları ilə bağlı məlumat verib. O bildirib ki, keçirilən konfrans Biologiya fakültəsinin uğurlarını nümayiş etdirməklə yanaşı, bu sahədə müxtəlif ölkələrdən olan alimlərin fikir mübadiləsi aparması, yeni ideya və tədqiqatların müzakirəsi baxımından önəmlidir. Konfransa Türkiyə, İtaliya, Rusiya, Pakistan, Qırğızıstan, Özbəkistan, Çex Respublikası, Gürcüstan, İspaniyadan biologiya üzrə mütəxəsssislər, araşdırmaçılar qatılıb. Tədbir çərçivəsində genetika, biotexnologiya, ekologiya, biokimya, molekulyar biologiya, biofizika, tibbi biologiya, bitki və heyvan fiziologiyası, ekotoksikologiya və nanobiotexnologiyalar kimi sahələr üzrə 173 elmi-tədqiqat işinin müzakirəsi planlaşdırılır. Beynəlxalq konfransın əsas məqsədi biologiya sahəsində müasir nəzəri və praktiki nailiyyətləri müzakirə etmək üçün platforma yaratmaqdır. Bununla yanaşı, sağlam gələcək naminə bioloji elmlərin inkişafına dair yeni ideyaların formalaşdırılması və multidissiplinar əməkdaşlığın təşviq olunması konfransın əsas hədəflərindən biridir.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov, M.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Mahir Məmmədov, tanınmış alim, şair, professor Mahirə Nağıqızı, BDU-nun Ekoloji kimya kafedrasının müdiri professor Sevinc Hacıyeva, Türkiyənin Yasar Universitetinin dekanı İsmayıl Türkan, Pakistanın Quaid-i-Azam Universitetinin professoru Muhammad Zafar, Özbəkistanın Andican Dövlət Universitetinin professoru Svetlana Məmbətullayeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev çıxışlarında biologiya elminin prioritet istiqamətləri, aktual problemləri barədə danışıb, bu sahədəki bilik və bacarıqların optimallaşdırılmasının, habelə elmi əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıblar.

Konfrans öz işini bölmə iclasları ilə iki gün davam etdirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri