Icma.az
close
up
RU
Bir ailənin real həyat hekayəsi FOTOLAR

Bir ailənin real həyat hekayəsi FOTOLAR

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları bu gün 70 yaşlı Xocalı sakini Əlövsət Hüseynovu ziyarət ediblər.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə xidmətin sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunur ki, bəzən bir insanın həyatı bütöv bir xalqın taleyini özündə əks etdirir. Məhz bu qurumun əməkdaşlarının budəfəki qəhrəmanı iki ilə yaxındır ki, doğma yurda, Xocalıya köç edən Əlövsət Hüseynovdu.

1957-ci Xocalıda anadan olan Hüseynov Əlövsət Qurban oğlu da yurd həsrəti, ağır sınaqlar və nəhayət torpağa qayıdış sevincini yaşayan minlərlə soydaşımızdan biridir. 70 yaşlı Əlövsət kişi və həyat yoldaşı Hüseynova Naidə Nəriman qızı Xocalı faciəsinin ağrılarını yaşayıblar.

Doğma yurdlarından didərgin düşən ailə erməni əsirliyində saxlanılıb, işgəncə və ağır mənəvi əzablara məruz qalıb. Bütün bu çətinliklərə baxmayaraq, onlar əsirlikdən azad olunaraq həyata yenidən sarılmağı bacarıblar.

Məcburi köçkün kimi əvvəlcə Naftalanda, sonra isə Goranboy rayonunda salınmış yeni köçkün qəsəbəsində dövlət tərəfindən mənzillə təmin edilən ailə uzun illər yalnız doğma Xocalıya qayıtmaq arzusu ilə yaşayıb. Bu arzu nəhayət gerçəyə çevrilib. 

Xocalı işğaldan azad olunduqdan sonra Əlövsət kişi ailəsi ilə birlikdə doğma ocağına qayıtdı. Bu gün Əlövsət Hüseynovun həyətinə daxil olan hər kəs burada zəhmətin, bərəkətin və xoşbəxtliyin izlərini görür.

O, özünə kiçik təsərrüfat yaradıb, torpağı becərir, müxtəlif meyvə ağacları əkib. Xocalının məhsuldar torpağı onun zəhmətini artıqlaması ilə qaytarır. 

Hər mövsüm bol məhsul götürən Əlövsət kişi doğma torpaqda halal zəhmətlə yaşamağın sevincini yaşayır. İllərlə həsrət qaldığı yurdun havasını udmaq, öz həyətində ağacların bar verdiyini izləmək, ailəsi ilə birlikdə doğma ocağında süfrə arxasında əyləşmək onun üçün ən böyük xoşbəxtlikdir.

Əlövsət kişinin həyat hekayəsi təkcə bir ailənin taleyi deyil, işğaldan azad olunmuş torpaqlarda yenidən dirçələn həyatın, Böyük Qayıdışın və Azərbaycan insanının sarsılmaz iradəsinin parlaq nümunəsidir.

Bu gün Xocalıda qurulan hər bir ev, becərilən hər bir torpaq, bar verən hər bir ağac vətənə qayıdışın, əzmin və qələbənin rəmzidir. Doğma yurduna qovuşan Əlövsət kişi kimi insanlar sübut edirlər ki, vətən sevgisi illərlə davam edən həsrətdən də güclüdür.

Bu gün onların üzündəki təbəssüm, həyətlərindəki bərəkət və evlərindəki xoşbəxtlik Azərbaycanın Böyük Qayıdış salnaməsinin ən dəyərli səhifələrindən biridir.

“Cebheinfo.az”
 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 İyul 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri