Icma.az
close
up
RU
“Ağrı hekayəsi” FOTOLAR

“Ağrı hekayəsi” FOTOLAR

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Mənim ailəm 4 dəfə deportasiya olunub - atam onların hamısının şahidi idi” - Qərbi Azərbaycandan olan professor Alı Alıyev ilə müsahibə

Bu gün yüz minlərlə qərbi azərbaycanlının yaddaşında silinməyən bir tarix var – deportasiyalar, qırğınlar, doğma yurdun itirilməsi və vətən həsrəti. 

Bu tarix təkcə şəxsi xatirələrdən ibarət deyil, bütöv bir xalqın yaddaşı, kimliyi və hüququdur. XX əsr boyunca bir neçə dəfə öz doğma torpaqlarından – indiki Ermənistandan zorla qovulan qərbi azərbaycanlıların səsi – ağrı hekayələri yaşadılmalı, yazılmalı və yaddaşlardan silinməməlidir. 

Milli Müdafiə Universitetinin professoru, filologiya üzrə fəlsəfə doktoru, “Qızıl qələm” mükafatı laureatı, 8 kitab müəllifi Alıyev Alı Abdulla oğlu da belə səs sahiblərindən biridir. Onun ailəsi XX əsrin bütün deportasiya dalğalarının acısını yaşayıb, özü isə bu faciənin həm şahidi, həm də salnaməçisinə çevrilib. 

Onunla müsahibə sadəcə bir şəxsin həyat yolunu deyil, bir xalqın qan yaddaşını, ata-baba yurduna olan həsrətini, qayıdış inamını və tarixi ədalətin bərpası çağırışını özündə əks etdirir. 

- Alı müəllim, siz əslən Qərbi Azərbaycandansınız. Ailəniz bir neçə deportasiyanın canlı şahidi olub. Bu ağır illər ailənizin yaddaşında necə iz qoyub?"

- Mən, Alıyev Alı Abdulla oğlu Qərbi Azərbaycanın Dərələyəz mahalının İstisu kəndində doğulmuşam. Təəssüf ki, hazırda o gözəl diyar ermənilər tərəfindən zəbt olunub və adı dəyişdirilərək Cermuk şəhəri adlandırılıb. 

Bizim ailə bir neçə nəsil boyunca Qərbi Azərbaycandan zorla qovulub, deportasiya edilib, bu hadisələrin canlı şahidi olub. Bu, təkcə bizim deyil, bütövlükdə xalqımızın dərdidir. Tarix boyu Azərbaycan türkləri - qərbi azərbaycanlılar dədə-baba yurdlarında yaşadıqları halda, müxtəlif dövrlərdə – çar Rusiyası və sovet hakimiyyəti zamanında zorla deportasiya olunublar. 

Bu deportasiyalar həm çar Rusiyası dövründə, həm də sovet dövründə müxtəlif formalarda həyata keçirilib. 1813 və 1828-ci il Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilər İran, Türkiyə, Suriya və digər ölkələrdən planlı şəkildə Qafqaza, xüsusilə də strateji əhəmiyyətli bölgələrə köçürülüblər. 

1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra ermənilər İran, Türkiyə, Suriya və digər ölkələrdən planlı şəkildə Qafqaza, xüsusilə də strateji əhəmiyyətli bölgələrə köçürülüb. Bu köçürülmə Azərbaycan türklərinin sıx yaşadığı bölgələrdə onların demoqrafik üstünlüyünü pozmaq məqsədi daşıyırdı.

– Deportasiyalar ailənizin həyatına necə təsir edib?

– Ailəm 1905, 1918, 1948 və 1988-ci illərdə olmaqla, dörd dəfə deportasiya olunub. Atam Abdulla Alıyev bu deportasiyaların hamısını görmüş bir insandır. O, 94 yaşında vəfat etdi. Anamın babası Nəsir bəy isə 1938-ci ildə ermənilər tərəfindən qətlə yetirilib. 

– Həmin dövrün insanlarından nələri öyrənə bildiniz? Uşaqlıq xatirələrinizdə nələr qalıb?

- Tələbə olarkən babalarım, əmilərimlə çox söhbətlər edərək danışdıqlarını qələmə almışam. Onlar həmişə deyirdilər ki, 20-ci əsrin əvvəlindən başlayaraq ruslar erməniləri qızışdırır, onları Azərbaycana qarşı yönəldirdilər. Erməniləri azərbaycanlıların yaşadığı strateji kəndlərə yerləşdirirdilər. 

Məqsəd azərbaycanlıları zəiflətmək, bölgədə xaos yaratmaq idi. Atam danışırdı ki, dədə-babalarımız rus imperiyasına tabe olmur, vergiləri ödəmir, bəzən ödəyə də bilmirdilər. Bizim camaat dağlıq ərazilərdə yaşadıqları üçün kənd təsərrüfatı zəif idi, məhsul az olurdu, yaşayış çətin idi. 

Bu səbəbdən dövlətlə münasibətlər də gərgin olurdu. Atam və əmim danışırdılar ki, o vaxtı taxıl əllə biçilirdi. Bəzən qar yağır, taxıl qarın altında qalır, onu biçmək mümkün olmurdu və çürüyüb gedirdi. 

Bu səbəbdən də insanlar məhsul verə bilmirdilər, vergilərini ödəyə bilmirdilər. Dövlət bunu itaətsizlik kimi qəbul edir və həmin bölgələrə ermənilər yerləşdirilirdi ki, qarışıqlıq yaransın. Ermənilər vasitəsilə azərbaycanlılar arasında nifaq salınır, sanki bu xalqlar bir yerdə yaşaya bilməzmiş kimi göstərilirdi. Bu da sonradan azərbaycanlıların sıxışdırılmasına, torpaqlarından çıxarılmasına səbəb olurdu.

– Dərələyəz bölgəsi ilə bağlı nə deyə bilərsiniz?

– Dərələyəz çox gözəl təbiətə malikdir. Oranı İsveçrəyə bənzədirlər. Təbiəti – dərələri, dağları, bulaqları, şəfalı bitkiləri ilə zəngindir. Aclıq vaxtı orada yetişən otlar, meyvələr insanları dolandırıb. Bu sərt təbiət Dərələyəz insanlarını da dözümlü və möhkəm etmişdi. Babalarım 106-110 yaşına kimi yaşayıblar. Atam 92, anam isə 94 yaşında dünyasını dəyişib. Deportasiya və onun acı nəticələri isə heç vaxt bu camaatın başından əskik olmayıb.

– 1905, 1918-ci illərdə baş verən qırğınlarla bağlı ailəniz hansı xatirələri bölüşüb?

- 1905-1906-cı illərdə baş verən erməni-müsəlman qarşıdurması zamanı təkcə Bakı, Şamaxı, Quba deyil, eləcə də Qərbi Azərbaycanda, xüsusən Dərələyəzdə kəndlər yandırılıb, insanlar qətlə yetirilib. İnsanları süngüyə taxıblar, qayalardan atıblar.

O qayalar hələ də “Qanlı qaya” kimi tanınır. “Çotanlı Gəndərə” deyilən ərazidə “Qanlı Göl” adlanan yer var ki, həmin qırğınlarla bağlıdır.

1918-ci ildə də böyük qırğınlar olub. Türkiyədən qovulan Andranikin dəstəsi Zəngibasar, Vedibasara və Dərələyəz ərazilərinə gəlib, azərbaycanlıları qırmağa başlayıblar. Atam və babam bu hadisələrin canlı şahidi olublar. 

Atam həmin dövrdə 16-17 yaşında olub, Andranikin dəstəsinə qarşı döyüşlərdə iştirak edib. Babam isə Sultan bəyin silah anbarının rəhbəri olub. Onlar Dərələyəz camaatını müdafiə etmək üçün birləşiblər. Babam danışardı ki, Andranikin dəstəsi kəndlərinə hücum edən zaman evləri yandırıb, böyük-kiçik demədən hamını qılıncdan keçiriblər. 

Yalnız bir neçə ailə kənddən çıxmağa müvəffəq olmuşdu. Babam da sağ qala bilmişdi. Bir müddət sonra, vəziyyət bir qədər sakitləşəndə babam yenidən kəndə qayıdır. Başqa ailələrlə birlikdə yenidən ev tikib, kəndi bərpa ediblər. 

– Sovet dövründə vəziyyət necə idi?

– Sovet hökuməti dövründə müəyyən sabitlik yaranıb. Amma o travmalar heç vaxt silinmədi. Babam ömrü boyu o gecəni – kənddən çıxdığı, geri dönəndə isə kəndin kül olduğunnu gördüyü günü unuda bilmədi. Bu qırğınlardan sonra camaat zorla Dərələyəzdən çıxarılıb. Bəziləri Kəlbəcərə, oradan Yevlax və Bərdəyə gedib. Bəziləri isə Laçına, Ağbulaq, Mil kəndi, Bozlu, Qara Keşişli kəndlərinə yerləşiblər.

– 1948–1950-ci illərdəki deportasiyaya toxunardınız...

– O illərdə bizi yenidən deportasiya etdilər. Camaatın çoxu artıq bir dəfə qaçqın olmuşdu. Bəziləri dözmədi, yolda öldü. Anam deyirdi ki, yol boyu qatarlarda neçə uşaq susuzluqdan, aclıqdan həyatını itirdi. Qocalar yol gedə bilmədi, öldü, bəzilərini qatarın yanında torpağa tapşırdılar. Atam Abdulla Alıyev 5 il sürgün həyatı yaşayıb.

– Deportasiyadan sonra geri dönüş mümkün oldu?

- Stalinin dövründə başlayan deportasiya zamanı məcburi köçürülən qərbi azərbaycanlıların bir hissəsi o, öldükdən sonra 1953–54-cü illərdə az-az geri qayıtmağa başladılar. Lakin bu da asan olmadı.

Geri dönərkən onlara evlərində artıq ermənilərin yerləşdirilməsi xəbəri verilmişdi. Yenidən öz doğma torpaqlarına dönmək istəyənlər müxtəlif dövlət orqanlarına, o cümlədən Xruşşova teleqramlar göndərdilər. 

Mən o zaman 7–8 yaşında idim və bu hadisələri xatırlayıram. Nəticədə qərar verildi ki, qayıtmaq istəyən azərbaycanlılara maneə yaradılmasın. Beləcə, bir çox ailələr geri qayıtdı. Mən də ailəmlə birlikdə qayıtdım. Babam hər zaman deyərdi: 

“O torpaq bizimdir, orada babalarımızın məzarları var, qayıdacağıq!”

– Gümüşhanədə baş verən qırğınlar haqda da çox ağır faktlar var...

– Bəli, ən böyük qırğın Gümüşhanə kəndində törədildi. Ermənilər qaça bilməyənləri əsir götürür, başlarını kəsərək, baltayla, dəhrəylə qətlə yetirirdilər. Qadınları soyuq havada soyunduraraq çılpaq tarlaya salır, zorla arpa yoldurur, baxıb gülürmüşlər. Oraq yox idi, arpanı əllə yolmalıydılar. 

Qadınların əlləri partlayırdı, sümük, daş onların əllərini kəsirdi. İçlərində sağ qalanlar vardı. Onlar danışırdı ki, ermənilər bizim başımıza oyun açdılar. Gümüşhanədə çox adamı öldürdülər. Bu, böyük bir faciədir. 

Ermənilər gənc oğlanları qayadan atır, qartal, quzğunların cəmdəyin üstünə yığışmasına baxıb həzz alırmışlar. Analarını gətirib “sənin oğlun quşa yem oldu” deyib lağa qoyurmuşlar. Bu zülmlərə dözməyən analar özlərini öldürürdülər. Erməni əlinə keçməmək, namusunu qorumaq üçün özlərini qayadan atan qadınlarımız da az olmadı. Bu, insanlığa sığmayan zülm idi. 

İnsanların alnını soyurmuşlar, beyinlərini çıxarırmışlar. And içirdilər ki, insanların beynini bişirib yeyirmişlər. Deyirmişlər ki, “türkün beynini yeyək ki, ağıllı olaq”. Bu, təkcə fiziki deyil, mənəvi soyqırımı idi. Və bu hadisələrin canlı şahidləri var.

– 1988-ci il deportasiyası zamanı özünüz də hadisələrin içində olmusunuz. O dövrü necə xatırlayırsınız?

– Bəli, o zaman mən həm məktəbdə müəllim işləyirdim, həm də sovet Ermənistanında yazılarım çap olunurdu. Ermənilər o zaman yeni üsul tətbiq edirdilər. Ziyalıları yığıb, "gedin, buranı tərk edin" deyirdilər. “Burada sizi qıracaqlar” deyib qorxu yaradırdılar. Kəndlərə saqqallı, tanımadığımız adamlar göndərirdilər. Yollarda insanlar döyülür, təhqir edilirdi. Hədə-qorxu ilə bizi ata-baba yurdumuzdan çıxardılar.

– Böyüklərinizin, valideynlərinizin son arzuları nə idi?

– Babamın ən böyük arzusu öləndə doğma torpaqda dəfn olunmaq idi. O, “burada müvəqqəti yatıram, amma ruhum Vətəndədir” deyirdi. Atam-anam da eyni arzuyla yaşadılar. Atam mənə dəfələrlə dedi:

“Məni orada dəfn et, anamın, babamın yanında, torpağımızda. Bu, bizim müqəddəs borcumuzdur”. Anam da həmin arzunu təkrarlayardı. Amma illərlə oraya getmək mümkün olmadı. Cəmi bir dəfə dogma kəndimizə getmək imkanım olanda oranın torpağından gətirib ata-anamın məzarı üstünə səpdim. Qismətimdə geri qayıtmaq olacaqsa, əhd etmişəm, valideynlərimin məzarını dogma torpaqlarımıza aparıb onların ruhunu sürgündən xilas edəcəm. 

Yazı “Vətəndaş” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə icra etdiyi “Ağrı hekayəsi” layihəsi çərçivəsində dərc olunur. 

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 İyul 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Naməlum obyekt Saturna çırpılır...

12 İyul 2025 21:16see215

JLonun konsert üçün tələbləri məlum olub

13 İyul 2025 08:17see130

Deputat: Əbu Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

13 İyul 2025 04:14see126

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see125

İtaliya hökuməti ABŞ ilə tarif razılaşmasına ümid edir

12 İyul 2025 23:08see118

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see118

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see118

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see116

“Mənim dövrümdə yaxşı pul verilirdi” Zülfüqarovun konserv açıqlamasına Məmmədyarovdan cavab

12 İyul 2025 22:07see116

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see116

Yaddaşları oyadan kitablar

13 İyul 2025 08:18see114

İsti havada arıqlamağın yolu

13 İyul 2025 01:01see113

Zaporojye AES də atəş səsləri: MAQATE dən HƏYƏCAN SİQNALI KONKRET

13 İyul 2025 23:32see113

Mahir qol vurdu, komandası darmadağına sevindi

12 İyul 2025 22:54see113

Faciəvi şəkildə ölən kişilər sahədə işləməyə gedirmiş Video

13 İyul 2025 20:23see113

Ağ Ev Trampla görüşdə beş Afrika liderini alçaldıb

13 İyul 2025 21:00see112

Messi ardıcıl beşinci oyunda dubl etdi

13 İyul 2025 09:49see112

Azərbaycan Rusiyadan şokolad idxal edən ilk 10 ölkə sırasına daxil oldu

13 İyul 2025 20:00see110

Gah sarışın, gah əsmər…

13 İyul 2025 02:41see110

Azərbaycan korifeyi Stalin mükafatı komitəsində

13 İyul 2025 08:16see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri