Icma.az
close
up
RU
Bir aya sülh sazişi imzalana bilər: Son şərtlər belədir Detallar açıqlandı

Bir aya sülh sazişi imzalana bilər: Son şərtlər belədir Detallar açıqlandı

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycanla Ermənistan arasında delimitasiya edilmiş sərhəddə Avropa İttifaqının müşahidə missiyası monitorinq aparmayacağı açıqlanıb. Müşahidə missiyasının iki illik müddətdə fəaliyyəti bölgə üçün hansı müsbət amillərlə yadda qalıb?

- Sözsüz ki, Avropa İttifaqının iki ölkə arasındakı şərti sərhəddə müşahidə aparması davamlı sülhün və etimad quruculuğunun formalaşması baxımından faydalı olmayıb. Son iki ildə baş verən proseslər də bunu təsdiq edir. Müşahidə missiyasının fəaliyyəti daha çox birtərəfli xarakter daşıyıb. Müəyyən dövrdlərə həmin müşahidəçilər Ermənistan tərəfindən törədilən hərbi təxribatları belə görməyib. Ona görə də, müşahidə missiyasının fəaliyyətinin regionda qalıcı sülhə xidmət etdiyini düşünmək olmaz.

- Sülhə danışıqlarında irəliləyişin olmasından danışılır. İrəliləyişlər nədən ibarətdir?

- Nikol Paşinyan bununla bağlı açıqlama verib. İrəliləyişlərin nədən ibarət olması ilə bağlı ehtimallar irəli sürülə bilər. Əslində burada gizlin heç nə yoxdur. Hər iki tərəfdən verilən rəsmi açıqlamalarda da deyilir ki, sülh sazişinin təxminən 80 faizdən çox hissəsi razılaşdırılıb. Razılaşdırılmayan hissə Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı Azərbaycanın haqlı tələbinin hələ də nəzərə alınmaması ilə bağlıdır.

- Rəsmi İrəvan Bakının bu tələbini icra etməkdə nə dərəcədə maraqlı görünür?

- Sülh prosesi ilə bağlı nikbin açıqlamlar verilsə də, Paşinyan Ermənistan konstitusiyasındakı dəyişikliklərə indiki mərhələdə ehtiyac olmadığını bildirir. Bu o deməkdir ki, baş nazirin optimist fikirlərinin yaxın perspektiv üçün ciddi əsası yoxdur. Yaxın perspektivdə tərəflər sülhə gəlmək istəyirsə, Ermənistan Azərbaycanın haqlı, legitim tələblərini nəzərə almalıdır. Bununla da Ermənistan konstitusiyasında və digər qanunverici aktlarından Azərbaycan ərazilərinə iddia edən əsassız müddəalar aradan qaldırılmalıdır.

- Tərəflərin sülh üçün hansısa güzəştlər getməsindən danışlır. Güzəştlərin hansı məsələlərlə bağlı olması mümkündür?

- İstənilən mübahisəni sonlandırarkən tərəflər danışıqlar aparır. Burada qarşılıqlı güzəştlər vacibdir. Amma güzəştlərin nədən ibarət olması aydınlaşmalıdır. II Qarabağ müharibəsindən sonra aparılan danışıqların əsas müəllifi Azərbaycandır. 30 il əraziləri işğala məruz qalan, torpaqları talan edilən, böyük maddi-mənəvi zərbələr almasına baxmayaraq Azərbaycan yenə də Ermənistana sülh təklif edən tərəf olub. Bu əslində ölkə olaraq Ermənistana edilən ən böyük güzəşt hesab edilir.

- Bakının əsas şərti nədən ibarətdir?

- İndiki danışıqlar prosesində Azərbaycanın prisipial mövqeyi ondan ibarətdir ki, iki ölkə ilk növbədə qarşılıqlı olaraq ərazi bütövlüyünü tanımalıdır. Eyni zamanda sərhədlərin toxunulmazlıq prinsipi qəbul edilməlidir.

- Sülh sazişi imzalanacaqsa, Azərbaycan və Ermənistan qarşılıqlı olaraq beynəlxalq müstəvidə qaldırılmış iddialardan imtina edə bilərmi?

- Görünən odur ki, Paşinyan prosesləri qabaqlamağa cəhd edir. Ermənistan dövləti işğal dövründə Azərbaycana vurduğu bütün zərərin hüquqi məsuliyyətini daşımalıdır. Sözsüz ki, Azərbaycan tərəfi nəhayət bölgədə sülhün əldə olunmasında maraqlıdır. Amma bu ədalətli sülh olmalıdır. Təcavüzkarla vaxtilə işğala məruz qalmış ölkə arasında bərabərlik işarəsi qoymaq doğru deyil. Bu mənada erməni tərəfinin beynəlxalq iddialardan imtina ilə bağlı yanaşması doğru deyil. Azərbaycanın tam haqqı var ki, beynəlxalq hüquq müstəvisində özünün haqlı iddialarını sona qədər davam etdirsin. Ermənistan nəhayət insanlıq əleyhinə cinayətlər törətmiş, beynəlxalq hüququ ən ağır şəkildə pozmuş dövlət kimi hüquq müstəvisində cavab verməlidir.

- Bu ilin sonuna kimi sülh müqaviləsinin imzalanmasından bəhs edilir. Qarşıdakı bir ayda hansısa ciddi bir sənədin imzalanması nə dərəcədə realdır?

- İlin sonuna bir ay qalmış hansısa bir sənədin imzalanması mümkün deyil. Bunun üçün Ermənistan konstruktiv addımlar atmalıdır. Rəsmi İrəvan Bakının haqlı, legitim tələblərini qəbul etməlidir. Bu halda qarşıdakı bir ayda sülh sənədinin imzalanmasının mümkünlüyü istisna edilmir. Paşinyanın ziddiyyətli yanaşmaları fonunda iki ölkə arasında yaxın bir ayda sülh sazişinin imzalanacağı gözlənilmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 27 Noyabr 2024 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri