Icma.az
close
up
RU
BİR BAYRAĞIN İKİ HƏSRƏTİ...

BİR BAYRAĞIN İKİ HƏSRƏTİ...

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əliməmməd Nuriyev,

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti

Biz bu bayrağın həsrətini iki dəfə çəkmişik. Əvvəl müstəqil dövlətimizin bayrağı kimi başımızın üstündə dalğalanmasını gözləmişik. Sonra müstəqil dövlətimiz ola-ola işğal altındakı yurdlarımızda ucalacağı günü. Bir xalqın ömrünə sığan bu iki böyük həsrəti yaşamadan bayrağın bizim üçün nə demək olduğunu tam anlamaq çətindir.

1918-ci il noyabrın 9-da qəbul edilən üçrəngli bayraq Cümhuriyyətin süqutundan sonra dövlət binalarından endirildi. Onun yenidən azad dalğalanacağı günə çatmaq üçün nəsillər dəyişdi. O arzuya ömrü çatmayanlar oldu. Arzunun özünü isə yaşadanlar tapıldı.

Cahid Hilaloğlunun hekayəsi həmin yaddaşın ən sarsıdıcı səhifələrindəndir. Əzizə Şamil və Əli Şamil “Dissident sorağında” kitabında onun 1957-ci il mayın 28-də üçrəngli bayrağı Qız qalasının üzərinə qaldırdığını yazırlar. Həmin araşdırmada göstərilir ki, siyasi fəaliyyətinə görə təqib olunan Cahid Hilaloğlu elə o ilin oktyabrında, o cümlədən antisovet təbliğatı ittihamı ilə on il həbsə məhkum edilib.

On il. İnsan ömrünün nə qədər böyük bir hissəsidir. Bu gün bayrağımızın qarşısında sərbəst dayanıb şəkil çəkdirən gənc həmin hekayəni də bilməlidir. İndi adi görünən bir hərəkət o vaxt insanın bütün həyatını dəyişə bilirdi.

1988-ci ildə o bayraq meydana qayıtdı. Onu görənlərin, əllərinin üstündə ucaldanların sayı getdikcə artdı. Meydanda müxtəlif evlərdən, müxtəlif talelərdən gələn insanlar özlərini eyni arzunun içində tapırdılar.

Həmin günlərdən qalan bir bayrağın üzərində “17.11.1988, GÜLTƏKİN ANA” sözləri var. Bu, Gültəkin Həsənovanın tikdiyi, illər sonra APA-nın reportajında nümayiş etdirilən bayraqdır. Bir qadının iynə-sapla birləşdirdiyi üç rəng xalqın müstəqillik istəyini ifadə edirdi. O bayraq tikiləndə müstəqillik hələ qarşıda idi.

Meydanlarda yaşadılan arzu dövlət qərarına çevriləndə tariximizin yeni səhifəsi açıldı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu. 1991-ci il fevralın 5-də isə Azərbaycanın Dövlət Bayrağı kimi təsdiq edildi. Bayrağına baxıb öz dövlətini görmək duyğusuna yenidən qovuşduq.

Lakin həsrət bitmədi. Ölkəmizin bayrağı vardı, amma onun dalğalana bilmədiyi öz torpaqlarımız da vardı. Doğma kəndini övladına xəritədə göstərən ata bir gün o uşağı evlərinə aparacağına söz verirdi. İllər keçirdi, uşaq böyüyürdü, verilən söz isə hələ yerinə yetməmişdi.

44 günlük Vətən müharibəsində bayrağı yurdlarımıza qaytaranların arasında məhz o həsrətlə böyümüş insanlar vardı.

Onlardan biri Yaşar Hüseynovdur. Ağdamdan didərgin düşmüş ailənin övladı. 2020-ci ilin oktyabrında Füzuli istiqamətində yaralanır. Müalicəsi tamamlanmadan döyüşə qayıdır. Noyabrın 7-də Şuşadakı Duma binasının üzərində Azərbaycan bayrağını qaldırır.

Bir insanın həyat yoluna baxın: doğma yurdundan didərginlik, hərbi xidmət, yara, yenidən döyüş və Şuşada ucaldılan bayraq. O yüksəkliyə çıxmaq üçün qət olunan yolu yalnız kilometrlə hesablamaq olarmı?

Bu, evinə qayıtmazdan əvvəl bayrağını qaytaran insanın hekayəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfərin arxasında belə talelər dayanır. Şəhidlərimizin yarımçıq qalan arzuları, qazilərimizin yaraları, döyüşçülərimizin iradəsi həmin qələbənin yaddaşından heç vaxt ayrılmayacaq.

2023-cü il oktyabrın 15-də Prezidentin Xankəndidə Dövlət Bayrağını ucaltması ilə suverenliyimizin bərpası yaddaşımıza həkk olundu. Mənası aydın idi: Azərbaycan öz torpağındadır. Bir vaxt bayrağın özünə həsrət qalmış xalq onun bütün ölkəsində dalğalandığı günə çatmışdı.

Cahid Hilaloğlunun həbsdə keçən illəri, didərgin ailənin gözlədiyi ömür, döyüşçünün yarası, şəhid övladının atasız böyüdüyü illər. Bu hekayələrin hər birində insanın azad yaşamaq, öz yurduna sahib olmaq haqqı dayanır. Bayrağı əziz edən də onunla birlikdə qorunan həyatdır.

Bu yaxınlarda Yaşar Hüseynov haqqında başqa bir xəbər də yayıldı: Bakı Mühəndislik Universitetində dizayn üzrə təhsil almağa başlayıb. Şuşada bayraq qaldırmış döyüşçü indi auditoriyada tələbədir. Bu xəbər məni ona görə sevindirdi ki, qoruduğun ölkədə öz gələcəyini qurmaq, yenidən öyrənmək, yeni bir həyata başlamaq mümkündür. Bayrağın insana verdiyi güvən belə günlərdə də görünür.

İstəyirəm, uşaqlarımız o güvənlə böyüsünlər. Vətəni müdafiə edənlərin tarixini bilsinlər, təhlükə qarşısında onun müdafiəsinə qalxmağa, lazım gəlsə, canlarını sipər etməyə hazır olsunlar. Eyni zamanda azad ölkədə yaşamağın məsuliyyətini də anlasınlar.

Bunu onlara öz davranışımızla öyrədə bilərik: bayrağın dalğalandığı idarəyə gələn vətəndaşın haqqını qoruyaraq, şəhid ailəsini mərasimdən sonra da xatırlayaraq, gördüyümüz işi vicdanla yerinə yetirərək və o bayrağın altında yaşayan hər kəsin bu ölkədə özünü doğma hiss etməsinə çalışaraq.

9 Noyabrda bayrağımıza qürurla baxaq. Biz onun həsrətindən qovuşmağın sevincinə qədər uzun bir yol gəlmişik. Bu yolu övladlarımıza danışaq: Qız qalasını, meydana gətirilən bayrağı, Naxçıvandakı tarixi qərarı, Şuşaya qalxan yaralı döyüşçünü, Xankəndidəki o günü. Qoy əllərində tutduqları bayrağın arxasında nə qədər böyük bir tarix dayandığını bilsinlər.

Bayrağın enini, uzunluğunu ölçmək olur. Onun altında azad yaşamağın dəyəri isə ölçüyə sığmır.

O azadlığı qorumaq və gələcək nəsillərə əmanət etmək borcu bu gün bizim üzərimizdədir.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Noyabr 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri