Icma.az
close
up
RU
Naxçıvanın Azərbaycan həsrəti

Naxçıvanın Azərbaycan həsrəti

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvanım…

Naxçıvanım… Dağların qoynunda ana şəfqətindən məhrum diyarım. Dağlar o qədər yaxın və həzin, hər bir daşında bir fəsil yaşanmışdır. Dağlar qoynunda həsrət var, sozalmış gözlər var hər an gözləyən. Hər əsən külək gözlərindəki vüsalı qanadına alaraq dağlara qədər əsir, sonra… sonra gözləyir. 

Naxçıvanım… sevdanın beşiyi torpağım. Burada hər an bir xatirə, hər nəfəs bir ağrıdır. Çiçəklər burada həzin bir mahnı oxuyur, hər nəğmə ayrılığı, həsrəti pıçıldayır küləklərə...

Naxçıvanım… Hər küncdə bir sevdalı, hər gün batımında bir gözyaşı var, hər səhər günəşin ilk işıqları yavaş-yavaş yüksəlir qanad açan quşlar kimi, sanki mənim içimdəki həsrəti hayqırır dağlara.

Naxçıvanım… Azərbaycanın qəlbi, tarixin şahidi, minillərin yadigarı, əzəli torpağım. Amma bu torpaq uzun illər boyu öz doğma yurdundan ayrı düşdü. Bir tərəfdə Azərbaycan – o biri tərəfdə isə Naxçıvan. Bir Vətənin iki parçası, lakin aralarında sərhədlər, bağlanmış yollar, çəkilmiş məftillər…


Naxçıvan Azərbaycandan ayrı düşdü

Biz naxçıvanlılar öz doğma torpaqlarımızda olsaq da, Vətənin qalan hissəsindən ayrı düşmüşük, sərhəd məhdudiyyətləri, düşmən blokadası, bağlananyollar həyatımızın bir parçasına çevrilib. Artıq Naxçıvandan çıxan yol düşmən torpaqlarının arasından keçir. Rusiyanın əlaltısı kimi tarix boyunca özünə yer etməyi özünə hədəf edən Ermənistan sovetləşdikdən sonra sovet rəhbərliyinin də apardığı anti-Azərbaycan siyasətinin məntiqi nəticəsi kimi 1920-ci illərdə Zəngəzur ərazisinin çox böyük hissəsi Ermənistana verildi. Bununla Azərbaycanın tarixi torpaqları hesabına Ermənistan SSR-nin tərkibində Zəngəzur qəzası yaradıldı. Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrı düşdü. Həmin dövrdə naxçıvanlıların kəskin etirazı bu acı müqəddərata mane ola bilmədi. Ona görə də bu məsələlərdən bəhs edən ümummilli lider Heydər Əliyev deyirdi“əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi” (12 fevral 1999-cu il).Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti Naxçıvanı daha da təcrid etdi. Bakı ilə Naxçıvan arasındakı yollar bağlandı, dəmir yolları kəsildi, elektrik enerjisi kəsildi, qaz xəttləri bağlandı. Blokada illərində naxçıvanlılar aclıqla, soyuqla, yoxsulluqla mübarizə aparırdılar. Elektrik enerjisi kəsilir, ərzaq çatışmazlığı yaşanır, kommunikasiyalar bağlanırdı. İnsanlar bir parça çörək üçün saatlarla növbələrə dayanırdılar. Amma onların ən böyük acısı bu deyildi – ən böyük acı Vətəndən ayrı düşmək idi.Ümumilli lider Heydər Əliyev erməni təcavüzü qarşısında Naxçıvanı qorudu. O, blokadanın aradan qaldırılması üçün Türkiyə ilə əlaqələr yaratdı. 1992-ci ildə Araz çayı üzərində “Ümid” körpüsü inşa olundu. Bu körpü təkcə fiziki bir yol deyildi – bu, Naxçıvanın nəfəs borusu idi.Lakin bu yenə də  qovuşma demək deyildi, çünki Bakıdan gələn qatarlara minmək hələ də mümkün deyildi, vətənin bir parçası hələ də ayrılıqda idi...


Ayrılığın ağrısı

Hər bir naxçıvanlının qəlbində saxladığı birqırğınlıq, gözlərinin dərinliklərində nigarançılıq və yadlıq duyğusu, bir çəkingənlik hissi vardır. Zaman-zaman qarşılaşdığımız hadisələr buna əyani təsdiqdir.Əslində, qarşımızdakı insanlar üçün bu adi olsada, bizim qəlbimizdəki bu yadlıq duyğusunu daimi qabardan və nigarançılıq hissini, ayrılıq reallığını təkrar-təkrar xatırladan hadisələr idi. Hərbi xidmətdə olanlar yaxşı xatırlayar, orada naxçıvanlı əsgər və zabitlərlə yanaşı Azərbaycanın digər bölgələrindən gələnlər də xidmət aparırlar, amma orada bir naxçıvanlı və bir bakılı anlayışı var. Yeni gələn əsgər və zabitlərə haralı olduğunu öyrənmək üçün bu sualı verirlər: “naxçıvanlısan ya Bakılı?”.Naxçıvan xaric hər yer onlarüçün Bakıdır. Digər bölgələrdən olan qohumlar-tanışlar hər dəfəsində“ o vaxt sizdə işıq var idi? Yol var idi?”, “orada indi vəziyyət necədir?”, “gələndə İranda çox əziyyət çəkmirsiz ki?”, “ xarici dövlətdən keçib bura gəlmək sizin üçün yol çox yorucu olmur?”,“O tərəfdə həyat necədir?” və.s sanki yad bir ölkədən bəhs edilirmiş kimi suallar verəndə hər dəfə bu nigarançılıq hissi yenidən alovlanır. Təbii qarşımızdakı hiss etmir bunu, bu hisslərin nə demək olduğunu ancaq naxçıvanlılar anlaya bilər.Öz vətənində qəriblik hissini ancaq naxçıvanlılar bilər. 


Zəngəzur adlı “həsrtət cığırı”

İllər boyunca Naxçıvan və qalan Azərbaycanın qəlbi birləşməyə, bir yerdə döyünməyə həsrət qalmışdı. Zəngəzur, bir zamanlar bu birliyi təmin edən torpaq, indi isə böyük bir həsrətə çevrilmişdi. Yollar bağlı, sərhədlər sərt idi. Hər bir naxçıvanlının ürəyində bir boşluq, bir yaranan acılıq vardı. Bu torpaq, yalnız coğrafi deyil, eyni zamanda emosional bir səddi təmsil edirdi.

Ancaq bu gün… Zəngəzur Dəhlizi artıq bir həsrət cığırına çevrilib! O, təkcə torpaqları birləşdirmir, insanları qovuşdurur. Tarixin səhifələrindən silinməyən o bağlanmış yollar, bu gün yenidən açılır. Həsrətə son verilir, qovuşmağa başlanır. O cığır artıq illərlə qovuşmağa həsrət qalmış torpaqları deyil, iki bağlı ürəyi birləşdirən bir yol olur.Zəngəzur Dəhlizi artıq səhra deyil, bir kəmər kimi gələcək üçün ümid verən bir işıqdır. Naxçıvan və Azərbaycanın geri qalan hissəsi arasında qurulacaq bu yol, yalnız bir coğrafi keçid deyil, həm də illərlə itirilmiş ümidin geri dönüşüdür. Həsrət cığırı artıq açılır və bütün xalq üçün yeni bir səhifə başlayır!

Naxçıvan və naxçıvanlılar üçün tarixi günlərdir. Naxçıvanlılar bu günü illərlə gözləyirdilər. O gün yaxınlaşır. Bir gün Bakıdan çıxan qatar Naxçıvana çatacaq. Bir gün Qarabağdan gələn yollar Naxçıvana açılacaq. Bir gün insanlar sərhədlərə baxmadan, günlərlə təyyarəyə bilet gözləmədən, maneəsiz, rahat şəkildə öz evlərinə,doğmalarına qovuşacaq.

Bu, sadəcə bir yolun açılması deyil – bu, bir xalqın birləşməsi, Azərbaycanın tam olmasıdır.

- Artıq soruşan olmayacaq: “Sizdə işıq olurdu?” 

Çünki Naxçıvanın işığı elektrik naqillərində yox, xalqın iradəsində idi. Gecələr qaranlıq ola bilərdi, amma o torpağın insanları qaranlığa uduzmadı. Kəndlər şam işığında işıqlandı, amma ümid heç vaxt sönmədi. Bəzən o işıq zəif yandı, bəzən titrədi, amma heç vaxt tam sönmədi…

- Artıq soruşan olmayacaq: “Sən Bakıya gedəndə İran yolu əziyyət olmur?”  

Çünki yollar açılacaq, amma qəlblərdəki bağ heç vaxt bağlanmamışdı. Bəlkə torpaqlar ayrılmışdı, amma dualar heç vaxt ayrılmamışdı. Yollar sərhəddə ilişib qalsa da, dualar illər öncə varacağı yerə çatmışdı…

- Artıq soruşan olmayacaq: “Naxçıvan hələ də gözləyir?”

Çünki gözləyən torpaqlar, qovuşan qəlblər kimi sevinəcək. Çünki yollar çəkiləcək, amma həsrət illərin dərinliyində unudulmayacaq. Çünki bu ayrılıq bir tarix idi, amma gələcək artıq qovuşmaqdır!

- Artıq soruşan olmayacaq: “Naxçıvanlısan, yoxsa Bakılı?” 

Çünki  cavab birdir “MƏN AZƏRBAYCANLIYAM!”


Zeynalov Emin,

Naxçıvan Dövlət Universitetinin müəllimi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Aprel 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see378

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see348

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see329

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see248

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see241

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see233

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see218

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see181

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see168

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see165

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see160

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see159

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see159

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see158

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see156

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see155

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see154

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see154

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see148

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri