Bir birimizə verdiyimiz mənəvi və siyasi dəstəyimiz haqq işimizi inamla həyata keçirməyimizə yol açır RƏY
Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“28 May Laçlnda keçirilən Azərbaycan, Türkiyə və Pakistan dövlət başçılarının ikinci Zirvə görüşü və Müstəqillik Gününə həsr olunmuş tədbirlərdə iştirakı tarixi və rəmzi xarakter daşımaqla strateji əhəmiyyətə malik hadisədir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
“Biz üç qardaş ölkə bir yerdə daha güclü oluruq. Ölkələrimiz 360 milyona yaxın əhali və 1,7 trilyondan çox ÜDM-yə malik böyük qlobal gücük. Türkiyənin müdafiə sənayesi yüksək inkişaf etmişdir. O cümlədən Türkiyə ordusu dünya ordularının sırasında 8-ci yerdədir. Pakistan ordusu 12-ci yerdə sıralanmaqla dünyanın ən güclü ordularından biridir və Pakistan nüvə ölkəsidir. Bizim bir-birimizə verdiyimiz mənəvi və siyasi dəstəyimiz haqq işimizi inamla həyata keçirməyimizə yol açır. 44 günlük Vətən Müharibəsi zamanı Türkiyə və Pakistan hər cür dəstəklə yanımızda olduğunu bəyan etmişdi. Hindistan Pakistan münaqişəsi zamanı da Azərbaycanla Türkiyə eyni mövqedən çıxış etdi. Bir yerdə olmağımız gücümüzü artırır. Ölkələrimiz hərtərəfli əməkdaşlığını genişləndirir. Azad Laçında keçirilən bayram tədbirində hər üç ölkənin milli musiqilərinin səsləndirilməsi həm də mədəniyyət sahəsində bir olduğumuzun nümayişdir. Prezident Ərdoğanın "üç millət bir dövlət", Baş nazir Şahbaz Şərifin "bir qəlbin üç ruhu" fikirlərinin arxasında böyük mənalar dayanır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Laçında "El bilir ki, sən mənimsən" deməsi də dünyaya bir mesajdır. Ümumiyyətlə, ölkələrimiz Zirvə görüşləri keçirməklə qlobal nizamda yeni reallıq yaradır”, - deputat bildirib.
Aytəkin Qardaşova


