Icma.az
close
up
RU
Kəndlər bir bir sıradan çıxır RƏY

Kəndlər bir bir sıradan çıxır RƏY

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Təqdim olunan statistikada cəmi 20 kənddə əhali sayının 8-10 min arası olduğu göstərilib


“Ölkədə 4244 kənd varsa, 20 kənd heç 5 faiz də demək deyil. Bu, ciddi bir siqnaldır və təcili surətdə lazımi, təxirəsalınmaz tədbirlər görülməlidir”

Hazırda Azərbaycanda ümumilikdə 4244 kənd var. Dövlət Statistika Komitəsi ən çox əhali yaşayan kəndlərin siyahısını da təqdim edib. Məlumata görə, hazırda Azərbaycanın ən çox əhali yaşayan kəndi Abşeron rayonunun Masazır kəndidir. 2019-cu ildə keçirilmiş əhalinin sonuncu siyahıya alınmasına görə, Masazırda 68 273 nəfər sakin olub. Siyahıda ilk “3-lük”də Masazır daxil olmaqla Abşeron rayonunun Məmmədli kəndi və Novxanı kəndidir. İlk onluğa düşənlər Tovuz rayonunun Əyyublu, Aşağı Quşçu kəndləri, Biləsuvar rayonunun Xırmandalı, Quba rayonunun İkinci Nügədi, Qazax rayonunun Daş Salahlı kəndləridir. Bu kəndlərin əhalisi 10 min nəfərdən çoxdur. Şəmkir rayonunun Zəyəm Cırdaxan, Düyərli, Lənkəranın Boladı, Beyləqanın Birinci Şahsevən, Şəkinin Kiçik Dəhnə, Baş Göynük, Sədərək rayonunun Sədərək, Cəlilabadın Alar, Qubanın Birinci Nügədi kəndlərində 8-9 min əhali yaşayır. Zaqatalanın Muxax və Yuxarı Tala kəndlərinin əhalisi də 8 mindən bir qədər çoxdur.

Ən çox əhalisi olan kəndlərdə 10 min nəfər yaşayırsa, ən az əhalisi olanlarda görəsən nə qədərdir? Və belə kəndlərimizin sayı neçədir? Təəssüf ki, bu məlumatlar yoxdur. Kəndlərdə əhalinin sayının azalması isə zatən bəllidir. Bunu paytaxtın gündən-günə böyüməsi, sıxlığın da artması təsdiq edir. Məlum məsələdir ki, məşğulluq, iri təsərrüfatlar yoxdursa, kənd əhalisi şəhərlərə üz tutur. Bu, tarixən belə olub. Maraqlı olan həm də budur ki, əhalisinin sayı 10 mindən artıq olan kəndlərin sakinləri nəyin hesabına doğma yurdda qalırlar? Kiçik bir araşdırma səbəbləri ortaya çıxardı. Məsələn, Lənkəran rayonunun ən sıx məskunlaşma olan Boladı kəndində tarixən əkinçilik, maldarlıq inkişaf edib. 1960-cı illərin ortalarına qədər əkinçilikdə taxılçılıq, xüsusilə çəltikçilik mühüm yer tutub. Sovet dönəmində Boladidə kollektiv təsərrüfatlar yaradılıb. Sovxozlar illik çay, tərəvəz planını artıqlaması ilə yerinə yetirib. 1997-ci ildə respublikamızda Aqrar islahat həyata keçirilərkən kolxoz və sovxozlar, istehsalat kooperativləri ləğv edilib, onların mülkiyyətində olan torpaqlar paybəlli torpaq sahəsi kimi pulsuz olaraq kəndlilərə paylanılıb. Hazırda Boladıda orta ümumtəhsil məktəbi var, kənd rayon mərkəzinə yaxın ərazidə yerləşir, şosse yoluna yaxındır. Yəni infrastruktur varsa, kəndlinin məşğuliyyəti, torpağı varsa, əkib-becərir, qazanc əldə edirsə, yurdda qalır. Şəmkirin Zəyəm Cırdaxan kəndi də belədir. Kəndlinin torpağı var, əkib-becərirlər, meyvəçilik, tərəvəzçiliklə məşğul olurlar, heyvandarlıq da inkişaf edib, həmçinin bu kəndin əhalisi arasında  Rusiyada işləyənlər də çoxdur. Qazanc var, dolanırlar, niyə şəhərə köçsünlər?  


İqtisadçı Rauf Qarayev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, kəndlərdə çox və ya az əhali sayının olması bir çox amillərlə bağlıdır:


- Burada iqtisadiyyat, infrastruktur, məktəb, təhsil ocaqları, məşğulluq, adət-ənənə də böyük rol oynayır. Elə kəndlər var ki, əhalinin məşğulluğu təmin edilib, əkib-becərirlər, maldarlıqla məşğuldurlar, istehsal müəssisələri var. Yolları rahatdır, qaz, işıq problemi yoxdur. Belə kəndlərdə məskunlaşma da normaldır, əhalinin sayı azalmır. Bakı kəndlərinə baxsaq, ən çox əhalisi olan Masazırdır. Niyə Masazırda əhali sayı çoxdur, çünki bura regionlardan axın var. Masazırın tarixi o qədər qədim deyil, 1913-cü ildə yaranıb.  Məmmədli, Novxanı kəndlərinin tarixi də 17-ci əsrdən o yana gedib çıxmır. Bu kəndlərdə hazırda əhalinin sayının  çox olması bölgələrdən patyaxta axınla bağlıdır. Paytaxtın özündə evlər çox bahadır deyə, bölgələrdən gələnlər şəhərətrafı qəsəbə və kəndlərə üz tutur. Belə yerlərdə evlər nisbətən ucuzdur, əhalinin münasib ev alması mümkündür. Ümumi mənzərəyə baxanda dünyada əhalinin 52 faizi şəhərlərdə, 48 faizi kəndlərdə məskunlaşıb. Eləcə də Azərbaycanda. Şəhər əhalisi kənd əhalisindən təbii ki, həmişə çox olur, çünki şəhərlərdə iş var, məşğulluq var. Kəndlərinsə hər zaman əsas problemi məşğulluq olub. Ona görə də kənd əhalisi zaman-zaman şəhərlərə axın edir. Qədim kəndlər var ki, sakinlər yurda bağlıdır və oranı tərk etmirlər. Yurda bağlılıq da rol oynayır. Bəzi dağ kəndləri var ki, əhalinin yaşayış səviyyəsi o qədər aşağıdır ki, şəhərə gəlib ev almağa maddi gücləri çatmır deyə, məcbur olub kənddə qalırlar. Başqa yerə gedə bilmirlər. Elə kəndlər var, infrastrukturun yaxşılaşması yerli sakinlərin hesabına baş verir. Ölkədən kənarda qazandıqlarının bir hissəsini kənddə istixanalara, kənd təsərrüfatını genişləndirməyə sərf edir, bununla da, kəndlilər işlə təmin edilmiş olur. Bəziləri məktəb tikintisində yaxından iştirak edir, maliyyə ayırır buna, fermalar açılır, əhalinin məşğulluq səviyyəsi artır. Əlbəttə, dövlətin də rolu var burada, müəyyən güzəştlərə gedilir. Məsələn, kənd müəllimlərinin əməkhaqqına əlavələr edilir, yol infrastrukturu yaxşılaşdırılır və sair. Amma əsas məsələ iş yerlərinin açılmasıdır. Yeni müəssisələr açılarsa, istehsal sahələri genişlənərsə, kəndlərin əhalisinin məşğulluğu təmin edilər, qazancları artar, sosial rifah yüksələr.


R.Qarayev qeyd etdi ki, bu məsələdə uzunmüddətli planlamanın olmaması problemli vəziyyət yaradır:

- Digər ölkələrə baxsaq görərik ki, boş torpaq sahələri saxlanılır, istifadəyə verilmir. Məqsəd budur ki, yaxın gələcəkdə bu boş sahədə hər hansı müəssisə açılsın, lazım olduğu zaman istifadə edilsin. Bu, gələcəyə hesablanmış proqramdır ki, əhali artsa, sıxlığın aradan qaldırılması üçün nə edilə bilər. 50-100 illik plan hazırlanır. Bizdə belə bir planın olub-olmadığı məlum deyil. Hazırda əsas məşğulluq mərkəzi paytaxt Bakıdır. Belə davam edəcəksə, yaxın illərdə kəndlərdə əhalinin artması mümkün olmayacaq. Bakıya axın getdikcə güclənirsə, deməli, atılan addımlar nəticə vermir. Bu, aqlomerasiyaya gətirib çıxarır. Kəndlər bir-bir sıradan çıxır. Kəndlər bəzən bir-birinə birləşdirilir, bəzən də rayon ərazisinə daxil edilir. Beləliklə, kəndlərin ərazisi kiçilir, sayı azalır, əhali də azalır. Təqdim olunan statistikada cəmi 20 kənddə əhali sayının 8-10 min arası olduğu göstərilib. Ümumən ölkədə 4244 kənd varsa, 20 kənd heç 5 faiz də demək deyil. Bu, ciddi bir siqnaldır və təcili surətdə lazımi, təxirəsalınmaz tədbirlər görülməlidir. Ən əsas tədbir də məşğulluq səviyyəsinin və kəndlilərin torpaqdan istifadə imkanlarının artırılması olmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Fevral 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see186

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see185

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see175

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see145

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see143

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see143

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see141

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see135

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see132

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see131

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see130

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see126

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see126

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see125

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see125

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see120

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see120

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri