Icma.az
close
up
RU
Bir brifinqdə iki məsələ...

Bir brifinqdə iki məsələ...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti niyə məyus olub?

ABŞ Prezidenti Donald Tramp beynəlxalq müstəvidə sülh təşəbbüslərini davam etdirir. Lakin onun Rusiya-Ukrayna müharibəsini başa çatdırmaq istəyi baş tutmur. Halbuki Tramp hələ seçki kampaniyası zamanı prezident seçiləcəyi təqdirdə müharibəni “24 saat ərzində dayandıracağını” vəd etmişdi. Dövlət başçısı seçildikdən sonra, münaqişənin nizamlanması üçün Vaşinqton tərəfindən bir sıra görüş və tədbirlər təşkil edilsə də, prosesdə nəticə yoxdur. Bu səbəbdən Tramp bu məsələdə nikbin görünmür.

Verilən möhlət və narazılıq...

Son vaxtlar D.Tramp münaqişə ilə əlaqədar vaxtaşırı Rusiyadan narazılığını ifadə edir. Bu isə o deməkdir ki, ABŞ Prezidentinin sülh təşəbbüslərinin reallaşmasına başlıca maneə Moskvanın mövqeyidir. Bütün bunların fonunda Donald Tramp hələ iyulun 14-də Rusiya ilə bağlı ciddi bəyanatla çıxış edəcəyini demişdi. Və o, iyulun 14-də NATO-nun Baş katibi Mark Rutte ilə Oval kabinetdə keçirilən görüşdə Ukrayna ilə müharibənin 50 gün ərzində dayandırılmasına dair razılıq əldə olunmasa, Rusiyanı tariflərlə cəzalandıracağını demişdi. Sonra o, bu möhləti 10-12 günədək əvəzlədi.

Lakin Trampın xəbərdarlıqlarına baxmayaraq, Rusiya Ukraynaya qarşı işğal siyasətini davam etdirir. Bütün bunların fonunda ABŞ Prezidenti avqustun 8-dək Ukraynaya qarşı müharibənin dayandırılması ilə bağlı razılığın əldə olunmayacağı təqdirdə, Rusiyanı sanksiyalarla hədələmişdi. Ardınca, D.Tramp xüsusi elçi Stiv Uitkoffu Rusiyaya göndərdi. Bu səfərdən sonra ABŞ və Rusiya liderlərinin Alyaskada görüşəcəyi bəyan olundu. Beynəlxalq ictimaiyyət bu görüşə ümidli olsa da, avqustun 15-də baş tutan görüş heç bir nəticə vermədi. D.Trampın bu görüşü müsbət hesab etməsinə baxmayaraq, Rusiyanın Ukraynaya qarşı işğal siyasəti davam etməkdədir.

NATO Baş katibindən çağırış

Bu arada, NATO-nun Baş katibi Mark Rutte alyansa üzv ölkələri ABŞ-dan Ukraynaya silah tədarükünün sifarişini və maliyyələşdirilməsini sürətləndirməyə çağırıb. “Avropa ölkələrinin maliyyələşdirdiyi 2 milyard avroluq hərbi yardım artıq ABŞ-dan Ukraynaya çatdırılıb. NATO-nun digər ölkələrini də bu səylərə daha fəal qoşulmağa dəvət edirəm”, - deyə Baş katib vurğulayıb. Xatırladaq ki, iyulun 14-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukraynaya silah və hərbi texnika göndərməyə davam edəcəyini bildirmişdi. O, bunun üçün Avropa ölkələrinin tədarükləri maliyyələşdirməsini şərt kimi irəli sürüb.

Bundan əlavə, Vaşinqton Kiyevi silahlandırmağa davam edəcək. Artıq ABŞ Konqresinin Senatına Ukraynaya 54,6 milyard dollar məbləğində əlavə yardım ayrılması barədə qanun layihəsi təqdim edilib. Bu barədə yuxarı qurumun Xarici İşlər Komitəsinin məlumatında deyilir. Qanun layihəsinin müəllifləri komitənin üzvləri - demokrat Cinn Şahin (Nyu-Hempşir ştatı) və respublikaçı Lisa Murkovskidir (Alyaska ştatı). Layihəyə görə, 55 milyard dollara yaxın yardım Ukraynaya 2026-cı (1 oktyabr 2025-ci ildə başlayacaq) və 2027-ci maliyyə illəri ərzində verilməlidir.

Qanun layihəsi Ukraynaya birbaşa hərbi yardımın, habelə ABŞ-ın hərbi-sənaye sektoruna investisiyaların ayrılmasını nəzərdə tutur. Eyni zamanda, qanun layihəsinin müəllifləri Ukraynaya yardım üçün ABŞ-da dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirdən istifadəni təklif edirlər. Senatorlar Ukraynaya hərbi yardım üçün 30 milyard dollar ayırmağı, xarici ölkələrə Amerika silahlarının alınması üçün qrant və kreditlərin verilməsini nəzərdə tutan “Foreign Military Financing” mexanizmi çərçivəsində Kiyevə 3 milyard dollar verməyi nəzərdə tuturlar. Eləcə də, ABŞ Müdafiə Nazirliyi ölkənin böyük silah istehsalçısı olan “RTX Corporation”ın törəmə bölməsi “Raytheon” şirkəti ilə Ukraynaya hava-hava sinfinə aid AMRAAM (Advanced Medium-Range Air-to-Air Missile) aviasiya raketlərinin verilməsi haqqında müqavilə bağlayıb.

Yeni proseslər yaxındadır...

Sözügedən görüşdən sonra ABŞ Prezidenti ilk dəfə Rusiya Prezidenti Putindən narazılıq ifadə edib. Belə ki, D.Tramp yerli mediaya müsahibəsində Putindən çox məyus olduğunu açıqlayıb: “Mən çox məyus oldum, minlərlə insan ölür. Ölənlər amerikalılar deyil, ruslar və ukraynalıdırlar. Nə olacağını görəcəyik, amma mən Prezident Putindən çox məyus oldum, yalnız bunu deyə bilərəm. Biz insanların yaşamasına kömək etmək üçün bir şey edəcəyik. Söhbət Ukraynadan deyil, insanların yaşamasından gedir”. O, həmçinin Rusiya-Ukrayna məsələsində yeni proseslərin tezliklə baş verə biləcəyini də deyib. “Mən çox maraqlı şeylər öyrəndim, düşünürəm ki, yaxın bir neçə gündə siz də öyrənəcəksiniz”,-deyən Tramp əlavə edib ki, o, Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün görüşə dair gedişatı çox yaxından izləyir.

Xatırladaq ki, avqustun 13-də ABŞ Prezidenti Alyaskada keçiriləcək görüş zamanı Vladimir Putinin Ukraynadakı müharibəni dayandırmağa razı olmadığı təqdirdə, bunun Rusiya üçün çox ağır nəticələri olacağını demişdi. İndi Trampın Putindən “məyusluğunu” bəyan etməsi ABŞ-ın Rusiyaya qarşı hansısa addımlar atacağına işarə ola bilər. Bunun həm sanksiya, həm də Kiyevə hərbi dəstəyin artırılması ola biləcəyi mümkündür. 

ABŞ Venesuela gəmisini niyə vurub?

Bütün bunlar yanaşı, Tramp qonşu ölkələrlə problemlər, qanunsuz miqrasiya və s. məsələlərin həllinə çalışır. ABŞ ordusunun Karib dənizində Venesueladan narkotik daşıyan gəmini vurması da bunun göstəricisidir. D.Tramp, hadisənin yeni baş verdiyini və detalların açıqlanacağını bildirib. Onun sözlərinə görə, ABŞ-a böyük həcmdə narkotik vasitələr axır və bu, Venesueladan gəlir. Venesuela Prezidenti Nikolas Maduro isə hadisə ilə əlaqədar bildirib ki, ABŞ Venesuelaya əsassız bəhanə ilə hücum edərək ölkənin təbii sərvətlərini ələ keçirmək və respublikanın müstəqil inkişafına mane olmaq istəyir: “İmperializm Venesuela sahillərinə 8 hərbi gəmi, nüvə sualtı qayığı göndərir, üzərimizə 1200 raket hədəfləyir - əsassız bəhanə ilə. Amma onlara heç kim inanmır”.

Maduro ABŞ-ın Venesuelanın neftini, qazını, qızılını və digər faydalı qazıntılarını pulsuz əldə etmək niyyətində olduğunu bildirib. O hesab edir ki, təcavüzün əsas məqsədi “Latın Amerikasında ən böyük inkişaf layihəsinə - böyük xilaskar Simon Bolivarın layihəsinə, Venesuela nümunəsinə son qoymaqdır”. Prezident ABŞ-ın məqsədinə çata bilməyəcəyini və suveren Venesuelada sülh, bərabərlik, demokratiya və azadlığın hökm sürəcəyini vurğulayıb.

N.BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Sentyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see406

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see345

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see339

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see309

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see247

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see222

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see190

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see181

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see181

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see179

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see174

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see170

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see170

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see163

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see163

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see161

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see161

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see156

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see146

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri