Icma.az
close
up
RU
Kamran Əsədov: Təhsil sistemi real məsuliyyət daşıyanları qoruyur

Kamran Əsədov: Təhsil sistemi real məsuliyyət daşıyanları qoruyur

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

71 şagirdin zəhərlənməsi kimi ciddi bir hadisədə məsul şəxslərin heç bir real cəza almaması, əvəzində sadəcə “nəzarətimizdədir” açıqlamaları ilə kifayətlənməsi ölkəmizdəki ikili standartların acı həqiqətini bir daha ortaya qoyur.

“Bir müəllim, sinifdə tərbiyəsiz şagirdin davamlı təxribatına dözməyib stol atdığına görə sərt şəkildə cəzalandırılır, halbuki həmin hadisədə heç bir xəsarət baş verməyib. Amma 71 azyaşlı uşağın zəhərlənməsi kimi faciəvi bir nəticəyə səbəb olan məsuliyyətsizlik və səhlənkarlıq edən Regional Təhsil İdarəsinin rəhbərliyinə və müvafiq qurumlara qarşı heç bir tədbir görülmür. Bu, cəmiyyətdə ədalət prinsipinin kobud şəkildə pozulmasıdır”.

Gununsesi.info xəbər verir ki, bu barədə Kamran Əsədov “facebook” səhifəsində yazıb.

Kamran Əsədov qeyd edir ki, belə hallar bir daha göstərir ki, təhsil sistemi yalnız günah keçiləri axtarır, lakin real məsuliyyət daşıyanları qoruyur.

“Bir müəllim cəzalandırılarkən, uşaq həyatına birbaşa təhlükə yaradan qurumlar və onların rəhbərləri toxunulmaz qalır. Bu yanaşma nə pedaqoji etikanı, nə də hüquqi ədaləti təmin edir. Təhsil sistemində belə ciddi səhvlərə görə birbaşa məsul olan rəhbər şəxslərin cəzasız qalması, daha böyük problemlərə yol açacaq. Əgər kiçik bir səhvə görə müəllimlərə sərt yanaşılırsa, uşaqların sağlamlığını təhlükəyə atan məsuliyyətsizliklərə də eyni ciddiyyətlə yanaşılmalıdır. Bu, ədalətin tələbidir”.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Dekabr 2024 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri