Icma.az
close
up
RU
“Bir çox xanımın məşuqə olmaq istəyi buradan yaranır”

“Bir çox xanımın məşuqə olmaq istəyi buradan yaranır”

Icma.az, Olay.az portalına istinadən məlumat verir.

“Bu günümüzün reallığında bir çox xanım sevilmək üçün standartlara uyğun görünməyə çalışır. Standartlara uyğun, baxımlı görünmək üçün isə xarici görünüşünə pul xərcləməlidir”.

OLAY yazır ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb.

O, fikirlərini belə əsaslandırıb:

“Saç boyası, üz baxımı, kiprik qaynağı, qaş tatusu, gel dırnaqlar, hər gün dəyişən dəbə uyğun görünmək üçün müxtəlif prosedurlar, hətta plastik əməliyyatlar və sair. Bu, çox vaxt sistemin qadına dolayı yolla diktə etdiyi yaşamaq strategiyasıdır. Çünki bu dövrdə qadının gözəlliyi belə kapitala çevrilib. Onun görünüşü sosial valyutadır. Və o valyutanı qorumaq üçün pul lazımdır.

Problem ondadır ki, bu standartları yaradan da, böyüdən də elə cəmiyyətin özüdür. Kişilərin zövqü də illərlə süni şəkildə bu “ideal görünüşə” uyğun formalaşdırılıb. Bəyəndikləri qadın tipi reklamlarla, sosial şəbəkələrlə, filtr və vizual manipulyasiyalarla onların gözünə yeridilib. Qadın isə sevilmək və seçilmək üçün bu oyunun qaydalarına uyğunlaşmağa məcbur qalır, bütün bu prosedurlara külli miqdarda və davamlı şəkildə pul xərcləyirlər.

Beləliklə, zəncirvari bir vəziyyət yaranır: sevilmək üçün gözəl görünmək lazımdır, gözəl görünmək üçün isə pul. Bu günün dəb standartlarına uyğun yaşamaq və görünmək üçün lazım olan vəsaiti qazanmaq isə çox çətindir.

Bu səbəbdən bir çox xanımın imkanlı kişi ilə ailə qurmaq, sevgili və ya məşuqə olmaq istəyi də bəzən məhz bu reallığın içindən yaranır.

Bu sistemin qadınları necə bir seçim qarşısında qoyduğu açıq-aydın görünür.

Kimdir günahkar, indi özünüz düşünün”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://olay.az
archiveBu xəbər 25 Aprel 2026 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri