Icma.az
close
up
RU
Bir dövrün səsi, bir səhnənin kraliçası

Bir dövrün səsi, bir səhnənin kraliçası

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Azərbaycan estradasının ən önəmli siması sayılan Xalq artisti Aygün Kazımovanın ad günüdür. Pop kraliça dünyaya gəlişinin 55, səhnə fəaliyyətinin isə 40 ilini qeyd edir.

Aygün Kazımova 55 illik həyatına bir əsrə sığacaq təcrübə, 40 illik səhnə yoluna isə bir kitablıq sənət mirası sığdırıb. Onun yaradıcılığı təkcə mahnılar, kliplər və fotosessiyalarla ölçülmür. Bu yol ilklər, festivallar, müsabiqələr, möhtəşəm konsertlər və cəsarətli sənət qərarları ilə zəngindir.

İlk dəfə səhnəyə 1986-cı ildə çıxan Kazımova o gündən dayanmadan Azərbaycan estradası üçün çalışıb.  Onun adı yalnız hit mahnılarla deyil, həm də şou-biznesdə bir ilkə çevrilən layihələrlə, ən bahalı kliplərlə, səhnədəki maraqlı performanslarla və cəsarətli imici ilə assosiasiya olunur. Estrada musiqisində yeni bir dövr başladan Kazımova elə buna görə də hər zaman "İlklər Kraliçası" adlandırılıb. 

Hələ 9-cu sinifdə oxuyan zaman "Ozan" qrupunun solisti olaraq səhnəyə çıxıb. 1986-cı ildə Mədəni Maarif Texnikumunda oxuyan Aygün Kazımovanın təhsili müəyyən səbəblərdən yarımçıq qalıb. O dövrdə Kazımova "Aypara" və "Qaya" vokal instrumental ansambllarının solisti olaraq fəaliyyət göstərib. Müğənni "Aypara" qrupunun solisti olan zaman Aygün Məlik və Alim Qasımovla birlikdə "Rəhm eylə bizə, İlahi" adlı mahnını duet şəklində ifa edib və böyük səs-küyə səbəb olub.

Kazımova illərin dəyişən aləmindən keçə-keçə zəifləməyən, əksinə, getdikcə dolğunlaşan bir mirasdır. Kazımova onilliklər boyu dəyişən zövqlərə, texnologiyalara, nəsillərə baxmayaraq, dayanaqlı qalmağın, həm də daim yenilənməyin bir formasıdır.

 Onun ilk uğuru "Bakı payızı" yarışmasının qalibi seçilməklə başlayıb. Müsabiqədə Vaqif Gərayzadənin bəstələdiyi "Yarım eşitsin məni" mahnısını ifa edib. İlk qrand-prisini məhz bu yarışmada qazanıb. Müsabiqənin redaktoru Mikayil Vəkilov Aygünü ilk dəfə dinləyərkən "Bu qız kimdirsə, Xalq artistidir" deyib. Müsabiqədən sonra onu artıq hamı tanımağa başlayıb. Dahi bəstəkar Tofiq Quliyevin müsahibələrində "Aygün Azərbaycan estrada musiqisi üçün əsl tapıntıdır" deməsi, Kazımovaya daha da stimul verib. 

1989-cu ildə Latviyada keçirilən "Yurmala-89" mahnı müsabiqəsində iştirak edərək, Eldar Mansurovun Vahid Əzizin sözlərinə bəstələdiyi "Bu sevgi" mahnısını oxuyub. Mahnını muğam ilə sintez edən 18 yaşlı Aygün bütün diqqətləri özündə cəmləşdirməyi bacarıb. 

1991–1994-cü illərdə Birinci Qarabağ müharibəsində tibb bacısı kimi könüllü olaraq Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə təxminən 1 ay iştirak edib. 

Aygün Kazımova səhnəyə sırf musiqi ifaçısı kimi çıxmadı: o, estetikaya, tərzə, cəsarətə dair mübahisələrin özəyinə çevrildi. Onun hər yeni mahnısı yalnız melodik hadisə deyildi, geyimdən tutmuş səhnə şousuna qədər hər şey bir cəsarət, yenilik və gözəllikdir. Məhz bu səbəbdən, o, öz auditoriyasını heç vaxt təkcə dinləyici kimi görmədi. Həm də estetika ilə onların gözünü oxşamağa çalışdı. 

1996-cı ildə Türkiyənin İstanbul şəhərində keçirilən "Türkvizyon" mahnı müsabiqəsində Azərbaycanı "Ah, Vətən" mahnısı ilə layiqincə təmsil edib və ikinci yerə layiq görülüb. Aygün Kazımova 2016-cı ildə Almaniyanın "DAF BAMA Music Awards 2016" beynəlxalq mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülüb. Müğənni bu mükafata layiq görülən ilk azərbaycanlı olub.

Azərbaycan estradasında daha bir yeniliyə imza atan Kazımova dünya ulduzu Snup Doqla "Coffee from Colombia" duetini oxuyub. Bu layihə üçün evini satan Ulduz bir ilk edib. Onun bu addımı hələ də gündəmdən düşmür.

Bir mahnı ilə yadda qalan çoxdur, amma bir dövrün ovqatını formalaşdırmaq, onun səsini simvola çevirmək hər kəsin payına düşmür. Aygün Kazımova karyerasında özünü təkrar etmədən özünü təsdiqləməyi seçdi. Zaman-zaman sərt reaksiyalar, tənqidlərə məruz qaldı, amma heç vaxt yenilmədi, əksinə daha gözəlini sevənlərinə təqdim etdi. Trendlərə kor-koranə uymadan onlardan yararlanmaq, popun nəbzini tutub milli duyumla birləşdirmək, səhnə şousunu musiqinin üzərində kölgə yox, işıq kimi qurmaq -  bu, Kazımovanın iş prinsipi oldu. 

Aygün Kazımova bu mərhələyə elə bir repertuarla çatıb ki, bu gün mahnılarının bəzisi nostalji, bəzisi isə aktuallığın dilini danışır. Radiolarda, toylarda, böyük səhnələrdə, elə sosial şəbəkələrin sürətli lentlərində – hər məkanda onun səsinin izi var. Gənc ifaçılar üçünsə ən dəyərli dərs budur: səhnə təkcə ifa yox, həm də məsuliyyətdir. Hər mahnı bir öhdəlik, hər çıxış bir sözün hesabıdır.

Kazımovanın mahnıları 1986-cı ildən bu yana aktuallaığını qoruyub saxlayır. Son illər belə yaradıcılığında yeni bir mərhələyə qədəm qoyan müğənni seçdiyi bəstələrlə trendləri alt-üst etməyi bacarım. Bir neçə il əvvəl oxuduğu "S.O.S" mahnısı buna bir nümunədir. "S.O.S" adlı super hit onun bu dövrdəki zirvə nöqtələrindən biri oldu. "S.O.S" tək Azərbaycanda yox, dünyada səs-küy doğurdu. Rusiya, Özbəkistan, Qazaxıstan, Almaniya, İspaniya, Türkiyə kimi ölkələrdə "S.O.S" sevildi, səsləndirildi. Pop kraliçanın "Etiraf", "Əlcək", "Qorxuram", "Can ol" kimi mahnıları yutubda milyonlarla baxış topladı, hit-paradlarda birinci oldu.

Kazımovanın dediyi kimi, o, bu yerlərə heç də asan gəlməyib. Qınanılıb, daşlanıb, amma heç vaxt ruhdan düşməyib. Bunu isə Pop kraliça ötən il ad günündə təqdim etdiyi "Etiraf" mahnısında göstərib. Klipi isə öz həyatından qısa bir film kimi təqdim edib. 

Onu illər boyu müşayiət edən “diva” statusu yalnız titulların diktəsi deyil. O, həqiqətən də bir Diva kimi sənəti yüksəltmək üçün hər şey edib. Diva olmaq heç də asan deyil. Bu, böyük bir məsuliyyətdir. Aygün Kazımova bu yükü şouvari parıltı ilə deyil, işin mətbəxindəki dəqiqliklə daşıyıb: peşəkar layihələr, texniki yeniliklərə açıq olmaq, risk etməkdən çəkinməmək. Onun karyerası göstərdi ki, Azərbaycan pop səhnəsində “böyük prodüksiya” mədəniyyəti qurmaq mümkündür və bu, təkcə büdcə deyil, vizyon məsələsidir.

Hər sənətkarın hekayəsində bir “davamlılıq düsturu” olur. Aygün Kazımovanın düsturu isə səsin fiziki gücünü ovqatın mədəni yaddaşı ilə bağlamaq. Müğənni mahnını seçərkən yalnız bu gün üçün seçmir. Onun seçdiyi mahnılar dünənin xatirəsini, sabahın gözləntisini də daşıyır. Bir vaxtlar mahnılar radio dalğalarında ilk dəfə eşidilib sevilirdi. Bu gün isə mahnılar rəqəmsal platformalarda, sosial şəbəkələrdə yeni nəfəs alır. Kazımova məhz bu günün də nəbzini tutmağı bacarır. Onun mahnıları hər nəslin nümayəndəsinin zövqünü oxşayır.

Aygün Kazımovanın 55 yaşı təkcə şəxsi yubiley deyil, həm də bizim şou-biznesin ad günüdür. 40 illik səhnə fəaliyyətinin içində o, özünü təkrar etmədən, özünü təsdiqlədi. Trendləri özü yaratdı. Popun ritmini milli duyumla birləşdirərək həm şounu, həm sənəti eyni səhnədə birləşdirdi. 

Aygün xanım, yubileyiniz mübarək. Səhnənin işığı üzərinizdən əskik olmasın: səsiniz yeni nəsillərdə yenidən doğulsun. Çünki bəzi səslər var ki, təkcə eşidilmir – bir dövrün yaddaşını danışır. Sizin səsiniz həmin yaddaşın ən aydın səhifəsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:832
embedMənbə:https://axsam.az
archiveBu xəbər 26 Yanvar 2026 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri