Icma.az
close
up
RU
Yeni bir dövrün başlanğıcı: Bir ekosistem ictimaiyyətə təqdim olundu

Yeni bir dövrün başlanğıcı: Bir ekosistem ictimaiyyətə təqdim olundu

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

7 fevral 2025-ci il tarixində ölkənin biznes və maliyyə mühitinə yenilik gətirən Bir ekosistemi rəsmi olaraq ictimaiyyətə təqdim olundu. Bir ekosistem PAŞA Holding tərəfindən yaradılıb və holdiqin aparıcı şirkətlərini bir araya gətirərək müştərilər üçün daha rahat istifadə təcrübəsi təmin etməyi hədəfləyir. Ekosistem Birbank, m10, MilliÖn, Umico.az və holdinqin birgə müəssisələri olan BakıKart və Trendyol Azərbaycanın xidmətlərini bir araya gətirdi.

Tədbir Bir ekosistemin İcraçı Direktoru Fərid Məmmədovun çıxışı ilə başlayıb. O, qeyd edib ki, ekosistemin əsas məqsədi müştərilərin gündəlik ehtiyaclarına təbii şəkildə inteqrasiya olmaqla onlara uyğun həllər təklif etmək və yeni imkanlar yaratmaqdır: “Biz müştərilərimizə yalnız xidmət təqdim etmirik, onların həyatını asanlaşdıran və dəyər qazandıran bir mühit yaradırıq” – deyə o çıxışında vurğulayıb.

Bir ekosistem ölkənin maliyyə, e-ticarət və rəqəmsal ödəniş sahələrində aparıcı rol oynayan Birbank, Umico.az, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Belə ki, müştərilər artıq partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Umico.az-da Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalana bilirlər. Qeyd edək ki, Bir ekosistem müştərilər üçün innovativ həllər təqdim etmək məqsədilə dörd əsas yenilikçi konsept üzərində qurulub: Vahid giriş, bonus, ödəniş və kredit platforması. Bu konseptlər müştərilərə ekosistem daxilində daha sürətli, rahat, sərfəli və təhlükəsiz xidmətlərdən yararlanmaq imkanı təqdim edir.

Tədbirin sonunda Fərid Məmmədov Bir Ekosistemin gələcək inkişaf istiqamətlərini vurğulayaraq qeyd edib: “Biz innovativ və dəyər yaradan həllər təqdim etməyə davam edəcəyik. Hədəfimiz, ölkənin hər bir vətəndaşının həyatına real təsir göstərmək və onların gündəlik ehtiyaclarını daha rahat və sərfəli etməkdir”.

Rəsmi təqdimat mərasimində Bir ekosistemini təşkil edən şirkətlərin – Birbank, Umico.az və M10, MilliÖn Baş icraçı direktorları Fərid Hüseynov, Rauf Qulaməliyev və Samir Məmmədov rəhbərlik etdikləri şirkətlərin ekosistemdəki rolları barəsində ətraflı məlumat təqdim ediblər. Həmçinin, tədbirdə brendin fəlsəfəsi və 2025-ci il üçün bazara təqdim ediləcək yeni məhsulların xüsusiyyətləri barəsində ekosistemin müvafiq sahələr üzrə rəhbərləri tərəfindən ətraflı məlumat verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Fevral 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri