Icma.az
close
up
RU
Bir eksponatın izi ilə ...

Bir eksponatın izi ilə ...

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Azərbaycanın görkəmli dramaturqu, dahi Hüseyn Cavidin Ev Muzeyini ziyarət etsəniz bir çox maraqlı eksponatla tanış ola bilərsiniz. Bu eksponatların hər birinə böyük yazıçının hənirtisi hopub. Sizə elə gəlir ki, bu əşyalara toxunsanız əsrin əvvəllərinə səyahət edə bilərsiniz. Ekspozisiya otaqlarını gəzdikcə bu hiss daha dərinə nüfuz edir, sizə hakim kəsilir. İxtiyarsız olaraq, tanış olduğunuz hər bir eksponatda Cavid əfəndidən bir iz, bir nəfəs, hansısa bir ismarıc axtarırsınız...

Diqqətinizi çəkəcək maraqlı eksponatlardan biri vaxtilə Bakı şəhərinin baş memarı olmuş Zivər bəy Əhmədbəyovun çəkdiyi və Hüseyn Cavidə doğum günündə hədiyyə etdiyi portretdir. Rəsm əsərinə baxdiqda ilk nəzərinizə çarpan məğrur və qürurlu baxışlardır. Sanki böyük ədib öz evində qonaqlarını qarşılayır, onları baxışları ilə müşayiət edir və ehtiramla yola salır.

Bu portret 1922-ci ildə Hüseyn Cavidə 40 illik yubileyi münasibəti ilə yaxın dostu, memar və rəssam Zivər bəy Əhmədbəyov tərəfindən çəkilərək şəxsi imzası ilə hədiyyə edilib. Uzun müddət bu rəsm əsəri Hüseyn Cavidin Ev Muzeyində naməlum rəssamın əsəri kimi sərgilənsə də, sənətşünas alim, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev tərəfindən aparılan araşdırmalar nəticəsində rəsm əsərinin müəllifinin Zivər bəy Əhmədbəyov olduğu müəyyən edilib.

Hüseyn Cavid və Zivər bəy Əhmədbəyov – Azərbaycanın iki aydını. Təkcə yaşadıqları dövrü, əhatə olunduqları mühiti deyil, eyni zamanda, gələcək nəsilləri də əqillərinin ziyası ilə nurlandıran, işıq saçan iki xadim. İncəsənət və mədəniyyət sahəsinin fərqli qollarında, eyni amala xidmət edən, fəaliyyət göstərən, oxşar tale yaşayan iki dəyərli şəxsiyyət.

Azərbaycanın ilk ali təhsilli memarı olan rəssam Zivər bəy Gəraybəy oğlu Əhmədbəyov 1873-cü ildə Şamaxı şəhərində anadan olub. Orta təhsilini Şamaxıda alıb, 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1902 – 1917 – ci illərdə Bakı Quberniyası idarəsində, daha sonra Bakı şəhər idarəsində memar işləyib. Azərbaycan Xalq Cumhuriyyəti elan olunduqdan sonra Z. Əhmədbəyov Bakı şəhərinin baş memarı olub, 1922-ci ilə qədər bu vəzifədə çalışıb. Fəaliyyəti dövründə bir çox memarlıq nümunələri yaradan Zivər bəy daha çox məscidlərin inşasında (Тəzə Pir məscidi, Cümə məscidi, Muxtarov məscidi, Əjdərbəy məscidi və s.), eləcə də yaşayış binası və xəstəxanaların (Uşaq xəsxtəxanası, Doğum evi, Oftalmologiya İnstitutunun korpusları, Səadət məktəbi və s.) inşasında iştirak edib, bu binalar Zivər bəy Əhmədbəyovun layihələri əsasında tikilib.

Əsrin əvvəllərində Azərbaycanın görkəmli ziyalıları müxtəlif üsullarla təzyiq və təqibə məruz qalır, repressiyanın amansız üzünü görürdülər. Yuxarıda qeyd etdiyimiz kimi, Zivər bəylə Cavid əfəndinin, eyni zamanda, o dövrün bir çox ziyalısının taleyi oxşar idi. Hüseyn Cavid kimi Zivər bəy Əhmədbəyov da totalitar rejimin, erməni fitnəsinin qurbanına çevrilmişdi. Bu ədalətsizliyə, haqsızlığa tab gətirməyən Zivər bəy1925-ci ilin 16 fevral tarixində canına qəsd edir.

Memarlıqla yanaşı rəssam da olan Zivər bəy, Azərbaycan rəngkarlığının qabaqcıl simalarındandır. Xüsusilə portret janrında böyük ustalıq nümayiş etdirib. Onun Hüseyn Cavidin portretini çəkməsi isə həm sənət, həm də ədəbiyyat tariximizdə mühüm məqamlardan birini təmsil edirdi. Bu sadəcə bir portret deyildi, bu bir sənətkarın digər sənətkara hörməti, diqqəti idi... Onu nə qədər dərindən duyduğunun, bəlkə də daxili əzabını hiss etdiyinin göstəricisi idi...

Zivər bəy Cavid əfəndini duymuşdu, onun bəlkə də dilinə gətirmədiyi ağrı-acısını, vətəni üçün nigaran olan sənətkar qəlbinin çırpınışlarını hiss etmişdi... Zivər bəy Cavid əfəndini “görmüşdü”...

Əlbəttə ki, Zivər bəyin Hüseyn Cavidi anlayıb başa düşməsindən təbii heç nə ola bilməzdi. Cavidin ədəbiyyatımızda tutduğu mövqe, onun yaradıcılığının əsas xəttini tutan insan və insanlıq idealları Zivər bəyə yad deyildi. Bu səbəbdən idi ki, Zivər bəy sadəcə Cavidin portretini yaratmamışdı – bu adicə bir şəkil deyildi. Bu həm də, Cavidin fikir və düşüncələrinə, onun fəlsəfi dünyagörüşünə, amal və əqidəsinə hörmətin təzahürü idi.

Zivər bəy Əhmədbəyovun Hüseyn Cavidin portretini çəkməsi, həm sənət, həm də ədəbiyyat sahəsində əhəmiyyətli bir hadisə olaraq qalır. Bu portret, yalnız Cavidin fiziki görüntüsünü deyil, həm də onun ideoloji və fəlsəfi dünyasını təsvir edir. Zivər bəyin əsərindəki hər bir detal, şairin mənəvi dünyasına, onun insan və cəmiyyət haqqında düşündüklərinə dərin bir baxış imkanı yaradır. Cavidin bu portreti, özünəməxsusluğu ilə seçilən bir incəsənət nümunəsi olaraq daim öz yerini qoruyub saxlayacaq.

Nuranə Nərimanova

Hüseyn Cavid Ev Muzeyinin əməkdaşı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Aprel 2025 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xalq artisti Arif Quliyevin doğum günüdür

16 May 2026 09:30see221

Tramp Tayvanın müstəqillik elanına qarşı çıxdı

16 May 2026 04:45see189

Köhnə binalar söküləndən sonra mənzillər BAHALAŞACAQ? AÇIQLAMA

16 May 2026 05:13see187

Kral III Msvati Bakıya gəldi

17 May 2026 01:55see181

İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb

16 May 2026 04:58see178

İran səfirliyindən “Avroviziya“ diplomatiyası“: Ermənistan sevgisini yenə gizlədə bilmədilər FOTO

16 May 2026 17:32see175

Yaxınlarınıza nəsə olsa, bilin ki, bizim bəddualarımızın nəticəsidir

16 May 2026 18:48see174

Ağcaqanadlar niyə məhz sizi dişləyir? Səbəbi maqnit təsiri ola bilər

16 May 2026 07:08see170

Ən enerjili bürclər açıqlanıb

16 May 2026 10:24see160

Meteohəssas insanların NƏZƏRİNƏ

16 May 2026 15:39see158

Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib Natiq Cəfərli

16 May 2026 20:14see157

Bazarda ARTIM Neft kəskin bahalaşdı

16 May 2026 09:42see157

Buxarada keçirilən beynəlxalq konfransa Azərbaycan nümayəndələri də qatılıb

16 May 2026 23:17see155

Slovakiyalı nazir: Su siyasəti beynəlxalq münasibətlərin əsas mövzularından olmalıdır

17 May 2026 17:51see154

Həkimlər bu vəzini kəsib tullayırdı Xərçəngdən qoruyurmuş

16 May 2026 05:00see154

CRM üzrə kiçik mütəxəssis

17 May 2026 22:19see153

Günün ULDUZ FALI Bu, vütün buzları əridə bilər

17 May 2026 02:09see152

Magistraturaya qəbul imtahanı: 90 nömrəli məktəbdə ciddi narazılıq yaşanıb

17 May 2026 11:56see152

“Putin Rusiya iqtisadiyyatındakı problemləri gizlətməyə çalışır”...

16 May 2026 18:05see150

Gecə bu ərazilərdə işıqlar söndürüləcək

16 May 2026 18:35see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri