Bir fotonun izi ilə...
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ulduz Eyvazqızı
Heydər Əliyev dahi şair Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsini ona həvalə etmişdi
Bir əsrlik ömrün 100 illik yubileyi ərəfəsində Azərbaycan Komunist Partiyasının Mərkəzi Komitəsi qərar qəbul edir. Bu qərar 1981-ci ilin 21 iyul tarixində “Komunist” qəzetində öz əksini tapır. Qərarda yubiley tədbirləri çərçivəsində filisof şair Hüseyn Cavidin Bakı və Naxçıvanda ev muzeyinin açılması, heykəlinin ucaldılması, əsərlərinin teatır repertuarlarına salınması, nəşr olunması, yaşadığı evin qarşısına xatirə lövhəsinin vurulması, “Cavid Poeziya Teatırı”nın yaradılması nəzərdə tutulmuşdu.

Yubiley tədbirləri çərçivəsində planlaşdırılan bütün işlər həyata keşirilməkdə idi. 1982-ci il iyunun 23-də Naxçıvanda “Cavid Poeziya Teatırı”nda ilk dəfə olaraq Hüseyn Cavidin anadan olmasının 100 illiyinə həsr olunmuş “Beynəlmiləl poeziya bayramı” keçirildi. Nəzərdə tutulan tədbirlərin reallaşdırılması davam edirdi. 1982-ci il oktyabrın 2-də uzaqgörən siyasətçi, ümummilli lider Heydər Əliyev yubileylə bağlı işlərlə maraqlanmaq üçün Naxçıvana gəlir. Bir qrup ziyalılarla görüşür və görüşdə Hüseyn Cavidin qəbrinin Vətənə gətirilməsi ilə bağlı təkliflər səsləndirilir. Bu təklif Hüseyn Cavidin qəbrinin Vətənə gətirilməsi ilə bağlı artıq üçüncü təklif idi. Çünki bu təklifdən əvvəldə iki dəfə bu mövzu ətrafında fikirlər irəli sürülüb, təkliflər verilsədə nəticəsiz qalmışdı. Uzaqgörən siyasətçi Heydər Əliyev Hüseyn Cavidin qəbrinin Vətənə gətirilməsi ilə bağlı təklifi müsbət qarşılayır və ziyalılara söz verirki, bu istiqamətdə lazım olan bütün köməkliyi göstərəcək. Dahi şəxsiyyət Heydər Əliyev dediyi kimidə edir...
1982-ci il oktyabrn 12-də Naxçıvan Vilayət Partiya Komitəsi şairin cənazəsinin gətirilməsi ilə bağlı qərar qəbul edir. Qərarın içrası komitənin katibi Həmid Cəfərova tapşırılır...

Danışan şəkil....
“Həmid Cəfərov”... bu adı Bəhruz müəllimə Hüseyn Cavidin ev muzeyində divardan asılmış şəkillərə baxarkən “şəkildəkilərdən yaşayan varmı?” sualına cavab olaraq eşidəndə təccüb və həyacanımı gizlədə bilmədim. O, təccüb, o, həyacan, sual dolu düçüncələr məni Həmid Cəfərovun ünvanına apardı. Artıq yeni bir yola istiqamətləndiyimdən əmindim. Həmid müəllimi görmək və onu dinləmək, illərdir içimdə gəzdirdiyim suallara cavab tapamaq və onu dinlədikcə Hüseyn Cavidin məzarına gedən yolu addım-addım hiss etmək xəyalında idim. Bu xəyalımın gerçəkləşməsində Cavidsevər Bəhruz Axundovun köməyi əvəzsizdir.
Nəticədə isə Cavidsevərlərə bu yazını təqdim etmiş oldum...

Həmid müəllimin telefon nömrəsini Bəhruz müəllimdən götürüb, zənng etdim. Bu zəng sanki 2025-ci ildən 1937,1941,1982-ci illərə edilən zəng kimi mənə ağır, şərəfli, mənəvi yükü böyük bir yol kimi görsəndi. Telefonda Həmid müəllimin səsini eşitdim. Naxçıvandan, Cavidin vətənindən zəng edən bir cavidsevərdi söylədim... Həmid müəllimin səsinin titrədiyini hiss etdim...
Həmid müəllimlə iki saatdan artıq söhbət etdik...
Özünündə dediyi ki, “İrkutskıya gedib birdə qayıtdıq”.
Söhbətimizi sizə təqdim edirəm. Həmid müəllilə sanki yenidən yola çıxdıq. O, mənə hər addımın bir ilə bərabər məna yükünü ilmə-ilmə izah etdi. Əvvəldə qeyd etdiyim kimi 1982-ci il oktyabrn 12-də Naxçıvan Vilayət Partiya Komitəsi şairin cənazəsinin gətirilməsi ilə bağlı qərar qəbul edir. Qərarın içrası komitənin katibi Həmid Cəfərova tapşırılır...
Lakin bu qərarda H.Cavidin vətənə gətirilməsi ilə bağlı heç bir söz, cümlə belə yox idi...
Ulu öndər bu qərara digər önəmli planları salmasada, lakin artıq müəyyən qərarlar verilib, məqsədlər arxasınca yola çıxılmışdı.
Bu məqsədlə də bir neçə ziyalıya tapşırıqlar verən uzaqgörən siyasətçi öz amalı uğrunda mübarizəsini davam etdirirdi. Bu yolda onu tək buraxmayan ən cəsarətli şəxsiyyət isə Həmid Cəfərov idi.

Həmid Cəfərov 1938-ci ildə Naxçıvanda, Qaraxanbəyli kəndində doğulub. Orta təhsilini Qaraxanbəyli kənd, Naxçıvan Dəmir Yolu 23 saylı, Bakı şəhərinin Artyom - indiki Pirallahı rayonundakı Maksim Qorki adına 186 saylı məktəblərində alıb. Hərbi xidmətini başa vurandan sonra Artyomdakı neft mədənlərində çilingər kimi əmək fəaliyyətinə başlayıb. Çalışqanlığı, zəhmətkeşliyi, əzmkarlığı tezliklə Artyom rayon komsomol təşkilatında komsomol komitəsində təlimatçı vəzifəsinə irəli çəkilməsinə səbəb olub. İşgüzar gənc təhsilini davam etdirməyi də unutmayıb. Azərbaycan Dövlət Universitetində təhsil alıb. Daha sonra respublikanın ayrı-ayrı rayonlarında komsomol və partiya orqanlarında çalışıb. Bacarığı, işgüzarlığı nəzərə alınaraq, 1976-cı ildə Naxçıvan Vilayət Partiya Komitəsinə işləməyə göndərilib. Həmid Cəfərov 1976-1978-ci illərdə təbliğat və təşviqat, partiya işi şöbələrinin müdiri vəzifələrində çalışıb. O ,həmçinin Moskvada Sov.İKP MK-nın yanında İctimai Elmlər Akademiyasının dinləyicisi olub. İşinə məsuliyyəti və bacarığı nəzərə alınaraq, ona daha yüksək vəzifələr həvalə edilib. H.Cəfərov 1980-ci ildə X çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı, Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin büro və plenum üzvü, ideoloji iş üzrə vilayət partiya komitəsinin katibi seçilib. İşinə bağlılığı və məsuliyyəti Vətəninə olan sevgisindən qaynaqlanıb. Bu keyfiyyətləri o zaman Azərbaycan KP MK-nın birinci katibi olan Heydər Əliyevin də diqqətindən yayınmayıb. Ulu öndər məhz bu xüsusiyyətlərini nəzərə alaraq, dahi şair və dramaturq Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsin ona həvalə edib.
Heydər Əliyev "Bakinski raboçi” qəzetinə verdiyi müsahibələrin birində qeyd edirdi ki, Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən Azərbaycana gətirilməsi üçün SSRİ kimi nəhəng bir dövlətin birinci şəxsinə - Sov.İKP MK-nın Baş katibi Leonid İliç Brejnevə, həmçinin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Vladimiroviç Andropova müraciət edib. Həqiqətən belə bir məsələni həll etmək üçün SSRİ kimi böyük bir dövlətin rəhbərliyi yanında yüksək nüfuza sahib olmaq və onun icazəsini almaq vacib idi. Təbii ki, həmin dövrdə bütün bunları yalnız Heydər Əliyev edə bilərdi”.
Həmid Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Naxçıvan MRdaxili işlər nazirinin müavini Telman Əliyev və Babək rayonundakı kombinatının fəhləsi, SSRİ Ali Sovetinin deputatı Zakir Nəsirovda vardı.
Həmid Cəfərov dahi şairin cəsədinin qalıqlarını gətirmək üçün Sibirə yollandıqları vaxtı, həmin ərəfədə yaşadıqları çətinlikləri danışmağa başladı və sanki illər öncəki o yolu yenidən yürüyürmüş kimi his sedirdi özünü. "Sibirə səfərimizin ilk günündən başlayaraq Cavidlə bağlı bir sıra arxiv sənədləri araşdırıldı. Müəyyən olundu, Hüseyn Cavid 1941-ci il dekabrın 5-də İrkutsk vilayəti Tayşet rayonunun əlillər xəstəxanasında vəfat edib və Şevçenko kəndindəki qəbiristanlıqda 59 saylı qəbirdə torpağa tapşırılıb. Üç gün sonra isə Sov.İKP İrkutsk Vilayət Komitəsində görüş zamanı Cavidin məzarının yerinin müəyyən edilməsinə, bununla əlaqədar İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndini, 1940-cı illərdə burada yerləşən 21 saylı kaloniyanı və əlillər xəstəxanasını tanıyan adamların tapılmasına sərəncam verildi. Sibirdə olarkən Cavidin "sakini olduğu” əlillər evinin 1956-cı ildə dağıdılması, Sibirin sıx meşələrindəki Şevçenko kəndinin itib-batması, orada indi heç kimin yaşamaması haqda məlumatlar bizi sarsıdırdı. Eyni zamanda 30 dərəcə şaxtada həmin yerlərə getməyin həm mümkünsüz, həm də təhlükəli olduğunu deyirdilər. Lakin bu məlumatlar bizi yolumuzdan saxlaya bilməzdi. Bizim təkidli və təkrarsız xahişlərimizdən sonra zirehli maşınlar 1982-ci il oktyabrın 21-də yerli əhalinin "gedər-gəlməz” saydıqları Tayşet şəhərindən 75 kilometr məsafədə yerləşən Şevçenko kəndinə istiqamət aldı. Bu səfərə rəsmi olaraq partiya, hüquq-mühafizə, ədliyyə, səhiyyə orqanlarının məsul işçiləri qatılmışdılar. Bütün ümidlər isə 1941-ci ildə Cavidin "həbs evində”- islah-əmək düşərgəsində keşikçi dəstəsinin rəisi işləmiş 72 yaşlı Darafiy Tradyakola idi. O, Şevçenkoda 40 min insanın dəfn olunduğu qəbiristanlığın dağılmadığını əminliklə bildirirdi. Oktyabrın 21-də Şevçenko kəndində olduq. Kənd əslində 100 hektarlarla ərazisi olan sərt Sibir meşəsi idi. Məzarlıq tapıldı. İki saat axtarışdan sonra isə Şevçenko rayon prokuroru Yelena Xaritinova 59 saylı qəbiri tapdı və qəbrin açılması üçün sanksiya imzalandı və nəhayət, Cavidin qəbri qazıldı. Hüseyn Cavid 59 saylı qəbirdə uyuyurdu... Cavidin cənazəsinin qalıqlarını torpaqdan götürdük. O, an keçirdiyim hisslərin adı, əvəzi yox idi. Kəllə sümüyündə sadəcə saç tükləri qalmışdı. Qəbirdən Cavidin başını əlimə alıb alnından öpdüm. Göz yaşlarımı saxlaya bilmirdim. Öncə başını götürüb alnından öpdüm və kənara qoydum. Sanki işıq saçırdı. Qürurla kədərin, həsrət və vüsalın eyni anda yaşanması məni məndən almışdı. Sümüklərinə diqqətlə baxdıq heç bir güllə izi yox idi. Ayağının aşağı hissəsində yun çorabın tükləri qalmışdı. Müşgünazın toxuduğu yun çorabın……
Şəriət qanunlarına uyğun olaraq ehsan verilməklə, həmçinin 100 illik yubileyi ilə bağlı 100 yaylım atəşi ilə Cavidin xatirəsi yad edildi. Onun sümükləri qürbətdən, buz bağlamış torpaqdan azad oldu. İllər ötsədə vətəninə qaytarıldı. ”
Əvvəlcədən planlaşdırıldığı kimi, Hüseyn Cavid Şevçenko-Tayşet-İrkutsk-Moskva-Yerevan-Naxçıvan marşrutu ilə Vətənə "qayıtmalı” idi. İrkutskdan Moskvaya uçarkən stüardessa Həmid Cəfərova Bakıdan gələn tapşırığı çatdırıb: "Heydər Əliyevin göstərişi ilə siz oktyabrın 26-da 861-ci reyslə Moskvadan birbaşa Bakıya uçmalısınız”. Ulu öndərin tapşırığı ilə marşrut dəyişdirilir: "Bu, adi bir tapşırıq deyildi və bir tale yazısı idi. Cavidin "ayağı” İrəvana dəyməməli idi. Cavid Bakıdan getmişdi, Bakıya da qayıtmalı idi”.
1982-ci il oktyabrın 26-da Cavid öz vətən oğullarının çiynində Bakıya, daha sonra doğulduğu Naxçıvana qayıtdı. "Dahi şairi qızı Turan Cavid, sənət adamları və ictimaiyyətin nümayəndələri müşayiət edirdi. Şəhərin təyyarə meydanı çox izdihamlı idi. Muxtar respublikanın görkəmli adamları, ictimaiyyətin nümayəndələri Cavidin cənazəsini gətirən təyyarəni qarşılamağa gəlmişdilər. Həmin gün H.Cavidin cənazəsinin qalıqları onun vaxtı ilə yaşadığı, hazırda ev-muzeyinə çevrilmiş binaya gətirildi. 1982-ci il noyabrın 3-də Naxçıvan Dram Teatrında vida görüşündən sonra saat 15.00-da Hüseyn Cavid Naxçıvan şəhərində - Cavid bağında torpağa tapşırıldı”.
Həmid Cəfərov böyük şairin cəsədinin uzaq Sibirdən gətirilərək doğma torpağında basdırılması hadisəsinin iştirakçısı olmasını ömrünün ən yaddaqalan hadisəsi adlandırır. Bunu ulu öndərin ona göstərdiyi yüksək etimadı doğrultmaqla bərabər, böyük şairin ruhu qarşısında borcu hesab edir.
Hazırda təqaüddə olan Həmid Cəfərov iştirakçısı olduğu hadisə ilə bağlı əldə etdiyi sənədlər əsasında kitablar yazıb. . İllərdən bəri topladığı şəkilləri, bu mövzuda yazılan qəzetləri, jurnalları göz bəbəyi kimi qoruyub saxlayır. Bunu özünün mənəvi borcu sayır. Söz düşəndə, qürurla "fəxr edirəmki, HeydərƏliyev bu məsuliyyətli işi məhz mənə həvalə etdi” deyir. 80 yaşlı təqaüdçünün gənclərə tövsiyəsi də var: "Arzum budur ki, böyüyən nəsil repressiya illərinin dəhşətli günləri haqqında məlumatlı olsunlar. Vətənini sevən, onun uğrunda əzablara qatlaşan, sürgünlərdə məhv edilən görkəmli insanları yaxşı tanısınlar. Bu, onların vətənpərvər ruhda böyüməsinə, tarixinə, keçmişinə hörmətlə yaşamalarına kömək edər.
Cavid dühası ədəbiyyatımızın, tariximizin əvəzzsiz xəzinəsidir. Milli irsimizin, türkşülük ideologiyamızın uğruna canını fəda edən Cavid əfəndi ölməzlik simvolu, bəşəriyyəti haqq-ədalət yolcusu edən, hurli sabahlara səsləyən vətənsevdalısı idi. Belə şəxsiyyətlərin həyatına toxunun insanlar isə seçilmiş insanlardır. Həmid Cəfərov kimi. H.Cəfərovu dinlədikcə sanki məni o yerlərə aparıb bütün incəlikləri ilə göstərməyə, öyrənməyə çalışdı. Ruhum o şaxtalı, buzlu günləri təpədən dırnağa kimi yaşadı.
Mən Naxçıvanda yaşayıram. Atdığım hər addımda Cavidin nəfəsini duyuram. Onun keçdiyi yerlərdən keçirəm. Hüseyn Cavid məqbərəsi ən sevdiyim, ən çox Cavidlə dərdləşdiyim yerdir. Dahi şairin ev müzeyi, oradaki hər bir eksponat çox əziz və dəyərlidir. Divardan asılmış şəkillər arasında bir qism şəkillər varki, sirri, sehri, möcüzəsi ilə Cavidin qeyri-adi insan olduğunu sübut edir. Bu şəkilləri izlədikcə hər bir şəkil insanı öz ağuşuna alır, şəkillərdəki hər bir kiçik hissə belə Cavidin aliliyindən danışır. Məhz elə o şəkillərdən birinin izi ilə bu qədər fikri, sözü sizinlə bölüşə bildim.
Cavidin mənəvi övladı olmaq şərəfini hiss etmək ən ali borcum, vəzifəmdir.
Hüseyn Cavidində dediyi kimi:
Ölüm var ki, həyat qədər dəyərli,
Həyat var ki, ölümdən də zəhərli...
Yaşamaq da xoşdur, ölmək də xoşdur,
Qayəsiz həyatda ölüm də boşdur...


