Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

YAP 33 il Xalqın inam və etimad ünvanı

“Müəllimimizin oturmağa yeri belə yoxdur”

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

Ukraynalı deputat Trampın sülh planını açıqladı

“Bu gün məktəblərdə müəllimin oturmağa yeri yoxdur” VİDEO

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

Forbes: Azərbaycan ABŞ ın strateji tərəfdaşına çevrilir

Latviya Respublikasının elan olunmasının 107 ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul keçirilib

Bir devizin izi ilə...

Bir devizin izi ilə...

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Çəkmirsənsə, başlama,

başlamısansa, tərgit,

tərgitmirsənsə, dəyiş!

Fərqli səslənir, yox? Desəm ki, 4 500 kilometr yol qət etməyə səbəb oldu bu üç cümlə, yəqin ki, inanmaqda çətinlik çəkəcəksiniz. Amma yaxşı yol yoldaşı və tutarlı səbəb olduqda lap dünyanın o başına da getmək olar. Necə ki, getdik də. Səbəb öz yerində, amma yol adamı başqa şeydir. Boşuna demirlər ki, filankəsin yolçuluğu bir başqadır. Yol aldıq Bakıdan İstanbula, oradan da uzaq Cenevrəyə. Mədəniyyət və elitarlığın maksimal təzahür etdiyi şəhərə. O şəhər ki, qiymətləri əl, infrastrukturu beyin yandırır. Di gəl, səfər bura ilə yekunlaşmır. Oradan da sürətli qatarla şəhəri əhatə edən cəngəllikdən keçərək gəldik Nevşatel şəhərinə. Yol qismən yordu, amma yekun nəticə hər kəsi məmnun etdi. Səbəb?

Gölün mavi sularında əks olunan Nevşatel

Təsəvvür edin, göl, Alp dağları, təxminən 22-25 dərəcə temperatur və heç yerə tələsməyən insanlar. Müasir dünyamızda qəribə səslənir, yox? Bəni-adəm qərara gəlib ki, qaç-qovsuz da yaşamaq olar. Kiçik və bir o qədər də müasir şəhərdə heç kim heç yerə tələsmir. Maşınlar cəmi 40 km/saat sürətlə gedir, insanlar aramla gəzir və daim nəyisə sakit səslə müzakirə edirlər. Ən maraqlısı da odur ki, bu proses günün istənilən vaxtı belədir. "Pik saat" ifadəsi orada mövcud deyil. Çünki nə yollarda tıxac var, nə də daim siqnal verən sürücülər. Olmayan bir şeyə necə ad qoyasan axı?

Pəncərəsindən mərkəzi meydan və şəhərin adını daşıdığı göl görünən hoteldə gecələdikdən sonra günəşin ilk işıqlarını qarşılamaq məcburiyyətində qalırıq. Çünki Bakı ilə olduğumuz şəhər arasında saat fərqi ikiyə bərabərdir. Yəni Bakıda normal olaraq saat 7-də duran adam kimi Nevşateldə səhər 5-dən oyağıq. Oyağıq ona görə ki, yoldaşlar da mənimlə eyni aqibəti yaşayırlar. Səhər yeməyini göl mənzərəli, şüşə divarları olan yarıaçıq restoranda etdikdən sonra yol alırıq dünyanın ən müasir texnologiyaları ilə təmin edilmiş, PMI-ın (Philip Morris International) tüstüsüz gələcək vəd edən elmi-araşdırma mərkəzinə.

Araşdırmalar üçün 14 milyard dollar xərcləyən PMI

İlk təəssürat - bura hansısa qurumun inzibati binası və ya böyük sərgi salonudur. Burada nəsə düz getmir! Bəlkə əksinə? Elə düzü budur. Divarları əvəz edən şəffaf şüşələr və özünəməxsus akademik ab-hava. Binada tədbirin keçiriləcəyi zal və qonaqlar üçün xüsusi hazırlanmış bufet artıq tam hazırdır. Əvvəlki görüşlərdən bir-birini tanıyanlar lokal adətlərə uyğun olaraq sakitcə danışır və fikirlərini bölüşür, mənim kimi tədbirə ilk dəfə qoşulanlar isə baş verənləri müşahidə edirlər.

Öyrəşmədiyimiz və mənim üçün qəribə gələn faktlardan birini sizinlə bölüşüm. Milyardlıq şirkətin rəhbəri dəvət olunanlardan əvvəl gəlib və qonaqlarını qarşılayır. İnsanların işə yanaşması və düşüncə tərzindəki fərqlilik məhz burada özünü büruzə verir. Biz öyrəşmişik ki, rəhbər sonda gələr, yanında da bir neçə silahdaşı. Məkana daxil olanda isə hər kəs ayağa qalxar, təzim göstərər. Burada isə məsələ bir az yox, bir xeyli fərqli idi. Tədbirin bir neçə dəqiqə sonra başlayacağı barədə kiçik anons və qısa zaman kəsiyində hər kəs yerindədir.

Reallıqlar innovativ yanaşmada

Şirkətin vitse-prezidenti Tomaso Di Covanni qısa açılış nitqindən sonra dərhal mətləbə keçir.

Tədbirin keçirilməsinin qayəsi insanların tütün məhsullarından istifadəsində qət etdikləri yol və perspektivdə görünən innovativ reallıqlardır. Bununla bağlı bir neçə maraqlı misal fikrinizi formalaşdırmağa yardımçı olacaq. İlk avtomobillər və bu gün küçələrdə şütüyən elektromobillər. Bir otaq böyüklüyündə olan ilk kompüterlər və günümüzün yeni notbukları. Qraham Bellin yaratdığı telefon və bu gün hər birimizin istifadə etdiyi smartfonlar. Bura çox misalı əlavə etmək olar. Təyyarələr, dərmanlar, qida və qida əlavələri, içkilər və s. Analogiyalar ona görə nümayiş etdirilir ki, tarix üçün qısa olan bu müddət ərzində əşyaların və vərdişlərimizin necə dəyişdiyini xatırlayaq.

Eləcə də siqaretləri misal gətirmək olar. Klassik tütün tərkibli siqaretlərdən istifadə edən böyük kütlə artıq alternativlərə keçib. Bəs bu adamlar seçimini hansı prinsip əsasında ediblər?

Konsepsiya: Tüstüsüz gələcək

Şirkət siyasətinin əsas sütunlarından biri "Tüstüsüz gələcək" konsepsiyasıdır. Gələcəyi siqaretsiz görmək istəyi bu istiqamətdə nə az, nə çox 14 milyard dollar pul xərcləməyə stimul verib. Dünya səviyyəli 400 alim, mühəndis və texnik bu istiqamətdə durmadan çalışır. Nəticələr çoxdur, lakin ən sevindirici məqamlardan biri odur ki, konsepsiya geniş ictimaiyyətə təqdim edildikdən sonra hər gün 10 min insan ənənəvi siqaretdən vaz keçərək alternativ vasitələrə yönəlir.

Alternativ vasitə nədir?

Tədbir davam etdikcə işin mahiyyətinə varıram və sual yaranır, alternativ vasitə deyəndə nəyi nəzərdə tuturlar? Tüstüsüz gələcək üçün qollarını çırmalayan və 14 milyard pul xərcləyən bir qurum nə etmək istəyir? Qısaca olaraq desək, IQOS kimi qızdırılan tütün məhsuludur (elektron siqaret deyil - red.). Xüsusi elektron üsullardan istifadə etməklə tütün yanmayacaq dərəcədə qızdırılır və nəticədə siqaret çəkən adam tütün tüstüsü əvəzinə əmələ gələn buxarı çəkir. Bu, vərdiş olaraq insanların öyrəşdiyi tütün tüstüsünü tam olaraq əvəz edir. Lakin əsas məqam o deyil. Məsələnin kökündə o dayanır ki, buxar sağlamlıq üçün tüstüdən daha az zərərlidir. Buxarda olan zərərli maddələrin səviyyəsi tütün tüstüsü ilə müqayisədə 90-95% daha aşağıdır. Qoxusu siqaret iyi qədər pis deyil və ən əsası bu məhsuldan istifadə edən şəxs artıq ilk gündən etibarən aradakı zərər fərqini hiss edir. Belə olmasa idi bütün dünyada siqaretdən alternativlərə keçən şəxslərin 72 faizi bu məhsuldan istifadə etməzdi.

Bəs siqaretə alternativ yalnız bu məhsuldurmu? Slayd dəyişir və spiker məhsul çeşidinin yalnız bununla kifayətlənmədiyini izah etməyə başlayır. Sıralamanın ilk pilləsində təbii ki, qızdırılan tütün məhsulları, ikinci pillədə elektron veyplər, fəxri kürsünün son pilləsində isə nikotin kisəcikləri dayanır. Yəni sənin siqareti atmamaq üçün praktiki olaraq səbəb qalmır. Çünki yalnız IQOS-dan gələn gəlirlər artıq dünyanın ən məşhur siqaret brendi olan "Marlboro"nu belə keçib.

Sağlamlığa təsirini necə hiss edə bilərik?

Səhnəyə yeni spiker, şirkətin elmi işlər üzrə vitse-prezidenti Jizel Beyker çıxır. Kanada əsilli xanım olduqca sadə görünüşü, özünəməxsus jestləri və maraqlı danışıq tərzi ilə seçilir. Həyatımda ingilis dili uzun müddətdən sonra ilk dəfə özünü göstərmək üçün yox, kommunikasiya vasitəsi kimi istifadə edilir. Əslində insana qəribə gəlir. İncə-mincə bir xanım, milyardlıq araşdırmanın başında dayanır. Və gələcəkdə insanların siqaret çəkməmələri üçün laboratoriyadan praktiki olaraq çıxmır.

Tütünün insan sağlamlığına təsiri barədə uzun-uzadı nitq söyləyir. Amma mənim ağlıma ilişən cəmi bir cümlə olur - nikotin xərçəng yaratmır. Axı bu necə ola bilər? İllərlə özümüz də bilmədən beynimizə həkk olunmuş məlumatın tam əksi səsləndirilir. Bununla bağlı dəlillər təqdim edilir. Bu dəlillərdən ən tutarlısı isə ABŞ-nin Qida və Dərmanlara Nəzarət İdarəsinin (bir növ bizim AQTA ilə Səhiyyə Nazirliyinin sintezi) yekun rəyi idi. Onlar nikotini kanserogen yox, reproduktiv və inkişaf üçün zərərli və asılılıq yaradan bir maddə kimi təsnif ediblər.

Fikirləşirdim ki, bu məlumatı bilməyən yəqin ki, mənəm. Amma statistik rəqəmləri açıqlayanda gördüm ki, dünyada bir çox insan elə mənim kimi düşünürmüş.

O ki, qaldı məni maraqlandıran digər suala, çox qısa, lakin ətraflı cavab verildi. Məhsulda isidilərək istifadə edilən çubuqların içindəki tütün tamamilə fərqli texnologiya ilə hazırlanıb. Belə ki, ilk mərhələdə tütün xırda hissələrə bölünür, toz halına salınır və preslənərək çubuqların içinə əlavə edilir. Həmin o çubuqları tutqacın içinə daxil edib nikotin ehtiyacınızı ödəyə bilərsiniz.

Bildiyimiz adi tütün yarpaqları yeni texnoloji yolla emal edilir. Tək fərq bundadır. Preslənmiş tütünlə doldurulmuş həmin o çubuqları tutqacın içinə daxil etdikdə bərabər formada qızır və nəticədə buxar əmələ gəlir. Yalnız bu prosesin düzgün formada getməsi üçün minlərlə test aparılıb. İlk baxışdan adama qəribə gəlir, çeçələ barmaq ölçüsündə preslənmiş tütünün bərabər səviyyədə isinməsi üçün minlərlə test. Lakin insanlar bunu yorulmadan ediblər və əldə etdikləri nəticələrin hamısını müvafiq dövlət qurumlarına və beynəlxalq tənzimləyici orqanlara təqdim ediblər.

Əbəs yerə deyil ki, dünyanı texnoloji yenilikləri ilə cuşa gətirən Yaponiyada insanların PMI məhsulları ilə tanış olduqdan sonra ənənəvi siqaretlərdən istifadəsi ciddi şəkildə azalıb. Statistika göstərir ki, 2014-cü ildən 2023-cü ilə qədər olan dövrdə gündoğan ölkənin sakinlərində klassik siqaret istifadəçilərinin faiz nisbəti 19.6-dan 9.4 faizə düşüb.

Bənzər araşdırma Cənubi Koreyada da aparılıb. Burada ənənəvi siqaretlərdən imtina ilə yanaşı həm də yeni nəsil, qızdırılan tütün məhsullarına keçidin statistikası öz əksini tapır. 2017-2024-cü illəri əhatə edən araşdırma aydın tablonu göz önünə sərir. Müşahidənin ilk ilində cəmi 2.2 faiz olan qızdırılan tütün məhsulları istifadəçilərinin nisbəti 2024-cü ildə rekord göstəriciyə, 18.4 faizə bərabər olub. Bu ilin sonunda nəticələr açıqlandığı zaman böyük ehtimalla, bu göstərici də üstələnəcək.

Nəticə etibarilə anladım ki, qızdırılan tütün məhsullarının hazırlanmasında A-dan Z-ə kimi ən son texnologiyalardan istifadə edilir və elmi araşdırmaların nəticələrinə istinad edilir.

Tədbirdə ötürülən məlumatlar məndə tütün məhsulları barədə düşüncə kollapsı yaratdı. Özümdə analiz edib əxz etmək üçün "N" qədər yeni informasiyaya sahibləndim. Qalır həmin məlumatları zamanın süzgəcindən keçirmək. Elə bu fikirlə də dostlarla yığışıb qayıdırıq hotelə.

Növbəti gün üçün planlarımızı qurub biz də gölətrafı yolla işdən evinə gedən lokallara qarışırıq. Axşam vaxtı buranın havası bir başqa olur. Bir növ düşünmək və ömrünün böyük hissəsini keçirdiyin Bakı ilə müqayisə edəcək çox məqam görürsən. Müsbətlər varmı? Var. Mənfilər necə? Qafqaz insanı üçün səs-küy, qonaqlıq, musiqi, bir sözlə qaynar qan xarakteristik olduğu üçün həmin məqamların kasadlığı dərhal nəzərə çarpır. Hamı işdən evə qayıdır, küçələrdə insanlar dəqiqəbədəqiqə azalır və nəticədə özünü baş rolunu Uill Smitin oynadığı "Mən əfsanəyəm" kinosundakı kimi hiss edirsən. Sanki şəhərə kapitulyasiya əmri verilib və bunun icrası üçün cəmi iki saat vaxt kifayət edir. Bir ins-cins qalmır ortalıqda. Kapitalizmin insan həyatına təsirini əyani şəkildə müşahidə edirik. Hər kəs səhər işdə olmaq üçün evində dincəlir. Aktiv gecə həyatını yalnız cümə və şənbə günləri görə bilərsiniz. Mağazalarda qiymətlər çox baha, nəqliyyat ondan da baha. Oriyentir üçün sizə bir neçə misal da çəkə bilərəm, adi qarpızın kilosu bizim pulla doqquz manat, çəkisi bir kiloqram olmayan yerli istehsal şokoladın dəyəri isə 315 manat idi.

Yekun qənaətim belə oldu - bura varlılar üçün deyil, bura ekstravarlılar üçündür.

Növbəti gün səhər açılan kimi istiqamət İstanbul, oradan da Bakı olacaq. Səhər tezdən bizi qarşılayan taksi təxminən 5-6 dəqiqəlik yol üçün 70 manat aldı. Sözün açığı, özümü Bakıda aldadılmış ərəb kimi hiss etdim. Amma o məşhur ifadə yadıma düşdü - aldadılmayan turist, turist deyil. Burada bizi aldatmadılar, elə real qiymətlər budur.

Türkiyənin iqtisadi paytaxtında olduğum bir neçə saat ərzində isə başa düşdüm ki, bura da İsveçrənin havası gəlib. Qiymətlər elə tənzimlənib ki, sanki sənə mesaj verir: onsuz da Bakıya gedirsən, olan qalanını da burada xərclə, aeroportdan evə taksini kartla ödəniş edərsən. Analogiya aparası olsaq, pişmaniyənin bir qutusu 20 avro. Sağ olsun dostlar, dörd qutu sifariş etmişdilər. Qısa aradan sonra minik başlayır, hamı öz yerini alır və cəmi 3 saat sonra təyyarəmiz Bakı üzərindən dövrə vurub Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edir. Enər-enməz deyiləcək ilk söz, yəqin ki, budur - vallah, evdən yaxşı yer yoxdur!

Aqil Vəlili

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 İyul 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see235

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see225

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see222

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see198

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see189

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see170

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see150

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see140

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

21 Noyabr 2025 13:15see135

YAP 33 il Xalqın inam və etimad ünvanı

20 Noyabr 2025 21:04see132

“Müəllimimizin oturmağa yeri belə yoxdur”

21 Noyabr 2025 03:12see131

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see128

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

21 Noyabr 2025 15:07see128

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see127

Ukraynalı deputat Trampın sülh planını açıqladı

21 Noyabr 2025 01:17see127

“Bu gün məktəblərdə müəllimin oturmağa yeri yoxdur” VİDEO

21 Noyabr 2025 00:55see127

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

21 Noyabr 2025 15:13see126

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

21 Noyabr 2025 16:16see126

Forbes: Azərbaycan ABŞ ın strateji tərəfdaşına çevrilir

20 Noyabr 2025 21:34see126

Latviya Respublikasının elan olunmasının 107 ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul keçirilib

20 Noyabr 2025 21:47see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri