Almaniyanın müdafiə naziri Hərbi Hava Qüvvələri üçün daha çox “F 35” qırıcısının alınmasını istəyir
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Berlin, 21 oktyabr, AZƏRTAC
Almaniyanın müdafiə naziri Boris Pistorius Bundesver üçün əvvəlcədən nəzərdə tutulandan daha çox “F-35” qırıcısının alınmasını planlaşdırır.
AZƏRTAC “Zeit” qəzetinə istinadla xəbər verir ki, ABŞ-ın “Lockheed Martin” şirkətinə artıq sifariş verilmiş 35 ədəd “F-35” döyüş təyyarəsindən əlavə daha 15 qırıcının da alınması nəzərdə tutulur. Həmin təyyarələrin ümumi dəyərinin 2,5 milyard avro olacağı bildirilir.
Hökumət bu ilin iyulunda əlavə sifariş planlarını təkzib etsə də, müdafiə büdcəsinin sonradan artırılması yeni silah alışına imkan yaradıb. “F-35” qırıcıları 1989-cu ildən xidmətdə olan 85 ədəd “Tornado” döyüş təyyarəsini əvəzləyəcək. Bu təyyarələr Almaniyanın nüvə paylaşımı proqramı çərçivəsində ABŞ-a məxsus atom bombalarını daşımaq və atmaq qabiliyyətinə malik olacaq.
Hazırda NATO-nun “Steadfast Noon” adlı hərbi təlimində Alman Hərbi Hava Qüvvələri hələlik köhnə “Tornado”larla iştirak edir. “F-35”lər isə Niderland kimi digər NATO ölkələrində istifadəyə verilib və bu təlimə ilk dəfə cəlb olunub.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 21 Oktyabr 2025 02:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















