Torpağı yoxdur, amma bayrağı və pulu var Dünyanın ən sirli dövləti
News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünyada elə bir dövlət var ki, öz bayrağı, pulu və pasportu var, amma torpağı yoxdur.
News24.az xəbər verir ki, bu dövlət "Malta cəngavərləri təriqəti" adlanır və min ilə yaxındır fəaliyyət göstərir. Onların cəmi üç rəsmi vətəndaşı var, lakin yüzdən çox ölkə ilə əlaqələri mövcuddur.
Təriqət 11-ci əsrdə Qüdsdə xəstəxana kimi yaradılıb və zəiflərə kömək etməyi qarşısına məqsəd qoyub. Sonradan güclənərək hərbi-dini təşkilata çevrilib. Onlar bir zamanlar Malta adasına sahib olublar, lakin oradan çıxarıldıqdan sonra torpaqsız qalıblar.
Bu gün sözügedən təriqət Romada yalnız bir binadan idarə olunur və həmin bina rəsmi olaraq toxunulmaz ərazi sayılır. Onlar öz pul vahidini və son dərəcə nadir sayılan pasportlarını buraxırlar.
Təriqətin əsas məqsədi yardım fəaliyyətidir. Dünyanın müxtəlif yerlərində xəstələrə, müharibə və fəlakət qurbanlarına tibbi dəstək göstərirlər.
Torpağı olmasa da, "Malta cəngavərləri" bu gün də beynəlxalq aləmdə tanınan və hörmət olunan dövlət kimi fəaliyyətini davam etdirir.
Xeyrənsə Piriyeva

