Icma.az
close
up
RU
Bir güllə bir cəmiyyəti necə yaralayır?

Bir güllə bir cəmiyyəti necə yaralayır?

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Travma görünmür, amma öldürür

Hamı deyirdi ki, o, yüz il yaşayacaq. Beş yaşında dördüncü mərtəbədən yerə yıxılmışdı, amma nə burnu qanamışdı, nə də ciddi xəsarət almışdı. Çünki ağacın üstünə düşmüşdü. Budaqlar onu bir birinə ötürə-ötürə yerə salmışdı. Ona görə hamı əmin idi ki, bu uşaq uzunömürlü olacaq. Amma olmadı. O, cəmi on beş yaşında öldü. Üstəlik, ölümü qəfil deyildi. O, yavaş-yavaş öldü. İçindən.

Bu yaşda bir insan niyə ölsün ki?

Bizim qonşuluqda bir dağlı yaşayırdı. Mənimlə münasibəti yaxşı idi, xətrimi ayrı cür istəyirdi. İmkanlı adam idi, həm də qorxulan biri. Vaxtaşırı eşidirdik ki, Maştağada kimisə avtomatın qabağına verib. Maraqlısı o idi ki, başqasının əli ilə də öldürə bilərdi, amma çox vaxt bunu özü edirdi.

Bir gün həmin qonşunu binamızın blokunda, tək bir güllə ilə öldürdülər. Sonradan məlum oldu ki, Maştağada öldürdüyü adamın oğlu onu vurub və hadisə yerindən birbaşa polis idarəsinə gedib. Silahı masanın üstünə qoyub və hər şeyi etiraf edib.

Bəs bütün bunların on beş yaşlı qızın ölümünə nə dəxli var?

O gün qız dördüncü mərtəbədən aşağı düşəndə təsadüfən baş verənləri görüb. Qonşumuz yerə sərilmişdi. Hər tərəf qan idi. İnsan bədəni hər şeyi unuda bilər, amma beyin gördüyü mənzərəni silmir. Qız qorxudan qışqırdı. Elə o qışqırıqla da içində nəsə qırıldı.

Həmin gündən sonra o, əvvəlki uşaq olmadı. Gecələr qorxulu yuxular görürdü, tez-tez diksinirdi, səssizləşmişdi. Həkimə aparıldı, “keçər” dedilər. Amma keçmədi. Psixoloji sarsıntı bəzən sümük sınığından daha ağır olur. Çünki görünmür. Görünmədiyi üçün də ciddi qəbul edilmir.

O qorxu onun içində yavaş-yavaş işləyirdi. Şam kimi əritdi. Və bir gün xəbər gəldi ki, o, artıq yoxdur. On beş yaşında.

Dünən Binəqədidəki liseydə baş verən qanlı hadisə bu xatirəni yenidən oyatdı. Orada təkcə bir müəllim yaralanmadı. O səhnəni görən şagirdlər, müəllimlər, valideynlər, xəbəri eşidən bütün cəmiyyət psixoloji zərbə aldı. Dünən yazmışdım ki, o güllə cəmiyyətin qulağının dibindən keçdi. Bu, sadəcə metafora deyil. Bu, real psixoloji təsirdir.

Travma təkcə hadisəni yaşayanı yox, şahidi olanı da yaralayır. Xüsusən uşaq və yeniyetmələri. Qanlı səhnə bir dəfə görülür, amma beyində yüz dəfə təkrarlanır. Əgər bu nöqtədə müdaxilə olmazsa, illər sonra onun nəticəsini başqa formalarda görürük: depressiya, aqressiya, intihar, qəfil ölüm.

Əsas sual budur: biz bu hadisədən hansı nəticəni çıxaracağıq? Dövlət olaraq, cəmiyyət olaraq, valideyn olaraq. Hadisə baş verəndən sonra istintaq aparmaq kifayət deyil. Psixoloji reabilitasiya dərhal başlamalıdır. O səhnəni görən hər kəsə – xüsusən uşaqlara – psixoloq dəstəyi göstərilməlidir. Bu görüntülər yaddaşdan silinməsə də, ən azı kəskinliyi azaldılmalıdır.

Mən heç istəməzdim ki, on beş yaşlı qızın taleyini bu hadisənin şahidlərindən kimsə yaşasın. Heç istəməzdim. On beş yaşında ölmək faciədir. Amma sevdiklərinin gözünün qabağında yavaş-yavaş sönmək daha ağırdır.

Ona görə də bir az diqqətli olaq. Problemlərə biganə yanaşmayaq. Psixoloji zərbələri “keçər” deyib ötürməyək. Çünki bəzi şeylər keçmir. Sadəcə səssizcə içimizdə qalır və bir gün bizi içimizdən vurur...

Elbəyi Həsənli, Sürix

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Fevral 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri