Icma.az
close
up
RU
Kəlbəcər bir güllə atılmadan, bir şəhid verilmədən azad edildi

Kəlbəcər bir güllə atılmadan, bir şəhid verilmədən azad edildi

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xalqımız böyük sevinc və fərəh hissi ilə Kəlbəcər rayonunun işğaldan azad olunmasının beşinci ildönümünü qeyd edir.44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı əraziləri boşaltmağa məcbur etdi. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən2020-ci il noyabrın 25-də Respublikamızın əsrarəngiz guşələrindən olan Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Azərbaycan bununla hərbi-siyasi yolla beynəlxalq hüququn aliliyini və tarixi ədaləti bərpa etdi.

Kəlbəcər bir güllə atılmadan, bir şəhid verilmədən azad edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisi idi.

Kəlbəcərin məcburi təhvilvermə prosesi ermənilərin vəhşiliyini növbəti dəfə dünyaya nümayiş etdirdi. Kəlbəcərdə qanunsuz məskunlaşmış ermənilər tarixi torpaqlarımızı tərk edərkən, öz xislətlərini, terrorçu mahiyyətlərini bütün dünyaya ifşa edərək, evləri, meşələri yandırdılar, ağacları kəsdilər. Təəssüflər olsun ki, ətraf mühitin, ekoloji sistemin qorunmasının qlobal əhəmiyyət kəsb etdiyi bir dövrdə dünyanın gözü önündə baş verən bu cinayətlərə də beynəlxalq ictimaiyyət yenə də kəskin reaksiya vermədi.

Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Kəlbəcər də viran qoyulub. Evlər dağıdılıb, infrastruktur talan olunub, bir sözlə, daş-daş üstə qalmayıb.

İşğaldan azad edildikdən sonra dövlət başçısı Kəlbəcərə çoxsaylı səfərləri zamanı yeni obyektlərin, yaşayış məntəqələrinin təməlqoyma mərasimlərində və açılışlarında iştirak edib, görülən və həyata keçiriləcək işlərlə tanış olub, tapşırıq və tövsiyələrini verib.

Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində Kəlbəcər yenidən qurulur, keçmiş məcburi köçkünlərin geri qayıtması üçün evlər inşa edilir, mühüm infrastruktur layihələri icra olunur. İnfrastrukturun yüksək səviyyədə yenidən qurulması həm işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsində, həm də oraya qayıdacaq insanların normal həyat şəraiti ilə təmin olunmasında mühüm rol oynayacaq.

Şanlı zəfərimizin əbədiləşdirilməsi, yalnız hərbi bir qələbənin qeyd edilməsi deyil, eyni zamanda Azərbaycan xalqının mübarizə əzminin, dövlətçilik gücünün və milli ruhunun təntənəsidir. 25 noyabrın Kəlbəcər şəhəri günü kimi qeyd edilməsi xalqımızın öz ərazilərinə, mədəniyyətinə və tarixinə olan bağlılığının simvoludur. Gələcək nəsillər bu zəfəri yalnız tarixdən deyil, həm də mədəniyyətin, incəsənətin, abidələrin və hər bir Azərbaycan vətəndaşının qəlbindən yaşanacaq bir irs olaraq öyrənəcək.

Rövşən Əhmədov

YAP Ağcabədi rayontəşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri