Icma.az
close
up
RU
Bir gün tariximizin dəmir qapısı Dərbənddən çıxıb bir daş atarıq, Rusiyanın şüşə qapıları sınar

Bir gün tariximizin dəmir qapısı Dərbənddən çıxıb bir daş atarıq, Rusiyanın şüşə qapıları sınar

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Xankəndi şəhərində İvan Azvazovskinin büstünün sökulməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, Azərbaycan tərəfinin bu addımı dərin təəssüflə qarşılanıb, Rusiyaya qarşı xoşagəlməz və qeyri-dost addım kimi qiymətləndirilir. O, Azərbaycan tərəfini ehtiyatlılıq nümayiş etdirməyə, “abidələrlə müharibəyə”, rus mədəniyyətinin “ləğv edilməsi” tədbirlərinə son qoymağa çağırış edib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ən yaxın hərbi siyasi tariximizdə biz bir neçə ibrətamiz hadisələrə şahidlik etdik.

“Onlardan biri Azərbaycan torpaqlarında zorakılıqla gəlib məskunlaşmış bir erməninin torpaqlarımızı qorxaqcasına tərk edərkən özüylə unitaz aparmaq hadisəsi idi. Digəri Azərbaycana gələn Rusiya sülhməramlılarının özləri ilə heykəl gətirməsi… Belə ki, biri məişət səviyyəsində olduqca eybəcər bir təzahürü idi, digəri isə hərbi siyasi səviyyədə tarixin ən eybəcər təzahürlərindən biri idi. Heç bir sülhməramlı başqa ölkəyə gedərkən özündən heykəl aparmır və sonra da bu heykəlin nədən götürüldüyünün davasını eləmir. Çox təəssüf ki, bu eybəcər təzahürlərə Rusiya kimi böyük dövlətin rəsmi dövlət agentliyi də reaksiya verir. Rusiya prezidentinin köməkçiləri reaksiya verir və guya mədəniyyət hadisəsi kimi qəbul edilməli olan bir məsələnin arxasında gizlənərək Azərbaycanı ittiham edirlər. Ancaq nə unitaza aparmağın, nə də qoltuğunda heykəl gətirməyin mədəniyyətlə heç bir əlaqəsi yoxdur”-deyən deputat hesab edir ki, doğrudanda Rusiyada belə mədəniyyət təəssübkeşləri varsa, o zaman onlar güllələnmiş Azərbaycan heykəllərinə reaksiya bildirsinlər.

“Öz vətənində, öz torpağında böyük mədəniyyət yaradan, böyük bir musiqi yaradan, Natəvanın, Üzeyir Hacıbəyovun heykəllərinin ermənilər tərəfindən güllələnməsinə reaksiya versinlər. Əgər mədəniyyət axtarmaq istəyirlərsə, Bakıda gəlib görsünlər ki, Puşkin, Lermantov, Tolstoy və digər həqiqətən mədəniyyət yaratmış və rus mədəniyyətinə xidmət etmiş böyük şəxsiyyətlərin adına necə küçələr var, necə prospektlər var. Mixail Şvıdkoyun Ayvazovskinin heykəlinin isə Azərbaycana heç bir aidiyyatı yoxdur. Ona görə də görünür əvvəllər Azərbaycana gətirilərkən Rusiyanın hərbi siyasi dairələri bir növ dırnaq arası uzaqgörənlik ediblərmiş ki, sabah bu heykəl mütləq götürüləcək. Və bunun ətrafında son ümidlə yenidən Azərbaycanı ittiham etmək üçün bir əsas yaranacaq. Məsələ bu qədər sadə; şüşə qapısı olan, evdə oturan, heç vaxt dəmir qapısı olan evə daş atmamalıdır. Çünki dəmir qapılı evdə oturan da çıxar, bir gün şüşə qapıya daş atar, bu qapı sınar. Türk mədəniyyəti və türk torpaqları üzərində bərqərar olmuş Rusiya Federasiyasının bu cür davranışları təhlükəlidir. Çünki hələ də bu federasiyanın qapısı şüşədir. Bizim mədəniyyətimizin və tariximizin qapısı isə dəmir qapı Dərbənddir. Bir gün dəmir qapı Dərbənddən çıxıb bir daş atarıq, Rusiyanın şüşə qapıları sınar. Ona görə yaxşı olar ki, ruslar bu cür əsassız itihamlardan əl çəksinlər”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 Avqust 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri