Icma.az
close
up
RU
Küçələrində azərbaycanca danışılan Dəmir qapı Dərbənddən XÜSUSİ REPORTAJ

Küçələrində azərbaycanca danışılan Dəmir qapı Dərbənddən XÜSUSİ REPORTAJ

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Bu gün tarixdə Dəmir qapı adı ilə məhşur olan qədim şəhər Dərbənd haqqında danışacağıq. Hər daşı bir əbədiyyət salnaməsi, hər qalası canlı tarix olan qədim diyar Dərbənd bu gün şimal qonşumuz Rusiyanın Xəzər dənizi sahilində yerləşən turizm mərkəzi hesab olunur. Dərbənd qalası, Qırxlar qapısı, Daşqapı, Narınqala, əhalisi ancaq azərbaycanlılardan ibarət olan “Mahallar” yerli və xarici tursitlərin ən çox ziyarət etdiyi məkanlardır.

5 min illik tarixə malik və milli kimliyini hələ də qoruyan, küçələrində Azərbaycan dilinin səsləndiyi Dəmir qapı Dərbənddən APA-nın Rusiyadakı xüsusi müxbiri Fərid Əkbərovun hazırladığı reportajı təqdim edirik.

***

Dəmir Qapı Dərbənddəyik... Azərbaycanlıların qədim dövrdən yaşadığı şəhərlərindən biri, Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşən, Rusiya Federasiyasının şəhər status daşıyan ən cənub yaşayış məntəqəsində… Dağıstan Respublikasının tərkibində olan Dərbənd Bakıdan 258, Azərbaycan Respublikası ilə sərhəddən isə 65 km məsafədə yerləşir.

Dərbənd haqqında tarix və ədəbiyyat kitablarından o qədər oxumuşdum ki, bu şəhərə səfərimi səbirsizliklə gözləyirdim. Rusiya Xarici İşlər Nazirliyinin Dağıstana təşkil etdiyi mediatur dəvətini məmnuniyyətlə qəbul etmə səbəbim də məhz Dərbənd idi. Azərbaycan türklərinin, eləcə də bütün türk dünyasının nəhəng ədəbi abidəsi olan Kitabi-Dədə Qorqud dastanında adı çəkilən, hətta Dədə Qorqudun məzarının olduğu deyilən, bir vaxtlar Quba xanı Fətəli xanın idarə etdiyi, həyat yoldaşı Tutu Bikə xanımın doğuldu və dəfn olunduğu Dərbənd...

Türkün qədim məskəni Dərbənd...

Həmsöhbət olduğumuz Dərbənd şəhərinin fəxri sakini, həmyerlimiz Hüseynbala Hüseynov bildirir ki, Dərbənd qədim türk məskənidir: “Dərbənddə Dədə Qorqudun məzarı var. Mənbələrə görə, Kitabi-Dədə-Qorqud Dərbənd ləhcəsində yazılıb. Dədə Qorqudun məzarı Dərbənddədirsə və bu dastan Dərbənd ləhcəsi ilə yazılıbsa, o zaman buranın türk məskəni olduğuna dair heç bir şübhə qalmır. Onun üçün fəxr edirik ki, biz bu şəhərdə yaşayırıq”.

Dərbənd deyəndə ağıla ilk VI əsrin abidəsi olan qala və onun məşhur altı qapısı gəlir. Dərbənd qalasının Çarçı, Qırxlar, Yeni, Bayat, Daş qapı və Narınqala qapısı...

“Dərbənd” sözünün mənası nədir?

Dərbənd şəhərinin turizmin inkişaf mərkəzinin baş mütəxəssisi həmyerlimiz Solmaz Heydərova “Dərbənd” sözünün farscadan “Darü” və “band”, yəni, qapıların kilidi anlamını verdiyini bildirir. Onun sözlərinə görə, o vaxtkı 14 qapıdan bu günə kimi ancaq 9-u qoruyub saxlamaq mümkün olub: “Hazırda olduğumuz yer Narınqala qapısıdır. Narınqala türkcədən tərcümədə “narınc” və “qala” sözlərinin birləşməsindən yaranıb. Dərbənd qalasının divarlarının ümumi uzunluğu 42 kilometrdir. Qalanın divarlarına nəzər yetirsəz, onun çox güclü mühafizə qalası olduğunu görmək mümkündür”.

Əhalisi ancaq azərbaycanlılardan ibarət mahallar..

Dərbənd qalasından üzü dənizə tərəf aşağı endikcə məşhur mahallar gəlir. Bəli, əhalisi ancaq azərbaycanlılardan ibarət olan mahallar...yəni, məhəllələr...Mahalların əvvəlki tarixi adları – Bayatqapı, Bazar, Çarçı sadəcə rəqəmlərlə əvəzlənib.

Mahallar sanki Bakının “İçəri şəhər”ini, köhnə məhəllələri xatırladır. Ağsaqqallar küçədə, qala divarının yanında oturub domino oynayırlar və öz aralarında ancaq Azərbaycan dilində danışırlar... Hətta küçələrdə üzərində Azərbaycan dilində, latın əlifbası ilə yazılan löhvəyə rast gəlmək mümkündür.

Azərbaycanlı ağsaqqallar mənimlə birlikdə mediaturda iştirak edən xarici jurnalistlərlə təbii ki, rus dilində həmsöhbət olurlar.

“Bilirsiz, Dərbənd şəhərinin əhalisinin 60-70 faizi azərbaycanlılardır. Burada ən çox bizik. Qədim şəhərin daxilində ancaq azərbaycanlılar yaşayır. Azərbaycanlılar əsrlərdir ki, burdadılar. Bura Dərbəndin ən yaxşı yeridir. Bizim dədə-babalarımız burada yaşayıb, övladlarımız, gələcək nəsillərimiz də burada yaşayacaq”, – deyə Dərbənd azərbaycanlıları xarici jurnalistlərə müsahibələrində bildirirlər.

“44 günlük müharibə bizim üçün fəxrdir. Biz indi başımız dik gəzirik”

Vaxtilə Dərbənd şəhərində müxtəlif yüksək vəzifələrdə çalışmış Hüseynbala Hüseynov elə bu şəhərdə doğulub, böyüyüb. Ali təhslilini Bakıda Neft və Kimya İnstitutunda alıb. Dediyinə görə, üç il Bakıda işləyib. Daha sonra ata-baba yurdu Dərbəndə qayıdıb, müxtəlif vəzifələrdə çalışıb, o cümlədən, 7 il Dərbəndin icra hakimiyyətinin sədri olub: “Mənim atam, babam burada basdırılıb. Babamın, babamın atasının, onun atasının qəbrini görmüşəm. Mən fəxr edirəm ki, Dərbənd sakiniyəm. Burada azəraycanlılar çox gözəl yaşayır. Digər millətlərlə mehriban şəraitdə yaşayırıq. Nəvələrim Bakıdadılar, orada çoxlu dostlarım var. Onlarla telefonla danışıram. İndi sərhəd bağlıdır, getmək çətindir. Ürəyim göynəyir, Bakını görmək istəyirəm. Ömrümə az qalıb, artıq 83 yaşım var. Biz fəxr edirik ki, Azərbaycan var, belə respublikamız var. 44 günlük müharibə bizim üçün fəxrdir. Biz indi başımız dik gəzirik”, – Hüseynbala müəllimin gözləri dolur.

Dərbənd azərbaycanlılarının Dağıstanın ictimai-siyasi həyatında iştirakı ilə bağlı respublika rəhbəri Sergey Melikova da sual ünvanlamaq imkanımız oldu.

“Rusiyanın ən cənub şəhəri olan qədim Dərbənd şəhərinin meri etnik azərbaycanlıdır. Ona görə də, burada əlavə izaha ehtiyac yoxdur. Bundan başqa, azərbaycanlılar Dağıstanın titul, yəni köklü xalqlarından biri hesab olunur. Dağıstan Rusiya Federasiyasının yeganə subyektidir ki, azərbaycanlılar burada yerli, köklü xalq hesab olunur. Bu, təkcə ona görə deyil ki, azərbaycanlılar ancaq Dərbənddə kompakt şəkildə yaşayırlar. Mahaçqalada, Kaspiyskdə də kifayət qədər azərbaycanlılar yaşayırlar. Hakimiyyət orqanlarına vəzifələr bölüşüdürlən zaman bütün titul xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar nəzərə alınır” – deyə, Dağıstan rəhbəri sualımızı cavablayıb.

Hər məhləsində məscid olan şəhər...özü də dünyanın ən qədim məscidlərindən biri...

Dərbənddə məni yaxşı mənada təəccübləndirən məqamlardan biri də köhnə şəhərin hər məhəlləsində məscidin olması, ümumilikdə, Dərbənd azərbaycanlılarının dindar olması faktı idi. Mahalların hər birində Məhərrəm ayının simvolları hesab olunan yazılara, şüarlara tez-tez rast gəlinirdi. Təsadüfi deyil ki, Rusiya ərazisində ən qədim məscid də məhz elə Dərbəndə yerləşir. Dərbənd Cümə məscidi...

Dərbənd Cümə məscidi VIII əsrə aid tarixi abidədir. Dərbənd Cümə məscidi həm də dünyadakı ən qədim 10 məsciddən biri hesab olunur. Hazırda Dərbənd Cümə məscidində təmir-bərpa işləri gedir. Rusiya hökumətinin vəsaiti ilə ölkənin ən qədim məscidi bərpa olunur.

“Məsciddə təmir-bərpa işlərinə hələ 2019-2020-ci ildə başlanılıb. Bu gün demək olar ki, işlərin son mərhələsidir. Bura prezident Vladimir Putin gəlmişdi. Onun səfərindən sonra təmir-bərpa işlər çox sürətlə getməyə başladı”, – mediatura təhkim olunmuş həmyerlimiz olan bələdçi Solmaz Heydərova bildirir.

Dərbənd Cümə Məscidinin axundu, həmyerlimiz Seyid Nağı Mirteyyubovla da həm söhbət oluruq:

“Biz Dərbənd şəhərinin sakiniyik, burada dünyaya gəlmişik, atalarımız, babalarımız hamısı bu məsciddə qulluq ediblər, bizlərə bu qədim məscidi çatdırıblar”.

Qırxlar qəbiristanlığı — Qafqazın ən qədim dəfn yerlərindən biri olan Dərbənd qəbiristanlığı...

Dərbəndin islam dinin qəbul edən ilk məskənlərdən olduğunu sübut edən tarixi abidələrədn biri də Qırxlar qəbiristanlığıdır. Qəbiristanlıq Dərbənd qalasının Qırxlar-qapı darvazasından bir kilometr şimalda yerləşir. VII əsrdə salınan bu qəbiristanlıqda Məhəmməd Peyğəmbərin 40 səhabəsi dəfn olunub. Orta əsr ərəb mənbələrinə və "Dərbəndnamə" yerli tarixi salnaməsinə görə, bu qəbirstanlıq Salman ibn Rəbiə əl-Bahilinin rəhbərliyi altında Dərbəndə edilən ilk ərəb yürüşü ilə əlaqədardır. Əfsanələrdən birinə görə, ərəb fəthçilərinin yerli sakinlərlə 6 günlük döyüşü nəticəsində sırasıyla 40 və 20 min əsgər şəhid olur. Ölən 40 ərəb Qırxlar qəbiristanlığında dəfn olunur. Daha sonra qəbiristanlığda bir sıra məzarlar qurulur. Qırxlar şəhərin şimal qəbiristanlığının bir hissəsidir. Qəbiristanlıq böyük və kiçik bölmələri olan uzun tərəfləri ilə bir-birinə bitişik iki düzbucaqdan ibarətdir. Böyük bölmədə üç sıra 40 qədim sinə formalı məzar daşından, kiçik bölmə isə bir sıradan ibarətdir. Qəbir daşları uzunluğu 3,2 metrə qədər, hündürlüyü 80 sm, eni 70 sm və qalınlığı 10-12 sm-ə qədər olan sandıqdır. Böyük bölmənin içərisində 185 sm hündürlüyə malik baş daşları vardır. Qəbiristanlıq İslam peyğəmbərinin səhabələrinin dəfn yeri kimi müsəlmanlar tərəfindən ziyarət edilir.

Qırxlar qəbiristanlığında Quba xanı Fətəli xanın həyat yoldaşı Tutu Bikə xanımın məqbərəsi yerləşir. Həmin məqbərədə Tutu Bikə xanım və Fətəli xanın övladları Əhməd xan, Həsən xan və gəlini Nurcahan xanım dəfn olunublar.

“Dərbənd camaatından Azərbaycana salam dua deyin!”

Dərbənddə axşam düşüb. Məscidlərdən azan səsi gəlir. Amma mahallarda hərəkətlilik davam edir. Bakıda, “İçərişəhər”də olduğu kimi burada da küçələrdə yerli əldətoxunma xalçalar, suvenirlər satılır. Elə xalça satan bir ağsaqqal kişi mənə baxıb, Quba ləhcəsi, ya da Bakının Zirə kəndinin ləhcəsi ilə “biz azərbaycanlıyıq” deyir...

“Qurban olum Bakıyə... Bakı bilirsən də... ağlamağım gəlir. Mənim atamın bibisi Bakıyə ərə gedib. Uşaqları hamısı ordadı. Qurban olum Bakının torpağına... ”Qrənitsa” açılsəydı, daha da yaxşı olərdı. Yollar açılsəydı, gedib gələrdik, bir-birimizi görərdik. Hər namazda dua edirik Allaha ki, bu yol açılsın. Salam dua deyin Azərbaycana... Dərbənd camaatından...”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 İyun 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri