Icma.az
close
up
RU
Bir şüşə suda gizlənənlər şok kəşf

Bir şüşə suda gizlənənlər şok kəşf

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Alimlər süni intellektdən istifadə edərək suyun molekulyar quruluşu ilə bağlı uzun illərdir müzakirə olunan nəzəriyyəni təsdiqləyən yeni sübutlar əldə ediblər. Tədqiqatın nəticələri gələcəkdə tibb və əczaçılıq sahəsində mühüm dəyişikliklərə yol aça bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, adi su əslində sıxlığı fərqli olan iki müxtəlif maye halının qarışığından ibarətdir. Bu iki vəziyyət fasiləsiz olaraq bir-birinə çevrilir və suyun qeyri-adi fiziki xüsusiyyətlərini izah edə bilər.

Alimlər uzun illərdir suyun digər mayelərdən fərqli davrandığını müşahidə edirdilər. Su donarkən genişlənir və buna görə buz suyun üzərində qalır. Bundan başqa, temperatur dəyişikliklərinə yüksək müqavimət göstərir və müəyyən təzyiq altında özlülüyü azalır. Mütəxəssislər hesab edirdilər ki, bütün bu xüsusiyyətlər yalnız suyun iki fərqli molekulyar vəziyyətə malik olması ilə izah oluna bilər.

Tədqiqatın həmmüəllifi, Honq Konq Şəhər Universitetinin fiziki kimya üzrə mütəxəssisi Syao Çen Tszen bildirib ki, bu sirrin uzun illər açılmamasının əsas səbəbi texniki imkanların kifayət etməməsi olub.

"Qarşımızda sadəcə bir şüşə su var, amma onun daxilində baş verən proseslər olduqca mürəkkəbdir. Bu mövzuda çoxlu elmi məqalələr vardı, lakin nəzəriyyəni təsdiqləyən birbaşa sübutlar yox idi", – deyə alim bildirib.

Araşdırmada dönüş nöqtəsi laboratoriyanın əməkdaşı Liven Linin süni intellektə əsaslanan yeni yanaşmanı təklif etməsi ilə baş verib. O, əvvəlcədən insan tərəfindən istiqamətləndirilmədən böyük həcmdə məlumatlar arasında qanunauyğunluqları aşkar edə bilən "nəzarətsiz dərin öyrənmə" metodundan istifadə edib.

Tədqiqatçılar kompüter modelləşdirilməsi vasitəsilə yüz minlərlə su molekulunun hərəkətini və qarşılıqlı təsirini izləyərək on milyonlarla məlumat nöqtəsi əldə ediblər.

Professorun sözlərinə görə, süni intellekt əldə etdiyi biliklərdən istifadə edərək yeni əlaqələri müstəqil şəkildə aşkar edib. Onun bildirdiyinə görə, bu təhlilin ənənəvi üsullarla aparılması üçün çoxsaylı tədqiqatçıların illərlə işləməsi lazım gələrdi. Süni intellekt sayəsində isə eyni nəticə təxminən ilyarım ərzində əldə olunub. Əks halda, bu araşdırma təxminən 10 il vaxt apara bilərdi.

Tədqiqat zamanı hazırlanan alqoritm su molekullarının lokal düzülüşünün necə sıx strukturlu vəziyyətdən daha boş quruluşa və əksinə keçdiyini dəqiq şəkildə göstərib. Alimlər müəyyən ediblər ki, bu keçidlər birbaşa xarici mühitin şəraitindən asılı olaraq baş verir.

Mütəxəssislər hesab edirlər ki, bu kəşf suyun xüsusiyyətlərinin daha dərindən anlaşılmasına, yeni dərmanların hazırlanmasına və müxtəlif tibbi texnologiyaların inkişafına mühüm töhfə verə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 İyul 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri