Bir həftəlik macəra: Sahibindən qaçan zebra internet ulduzuna çevrildi
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-nin Tennessi ştatında bir həftədən çox müddət azadlıqda gəzən və sosial şəbəkələrin ulduzuna çevrilən zebra Ed yaxalanaraq sahiblərinə qaytarılıb.
Oxu.Az-ın CNN-ə istinadla verdiyi məlumata görə, bu barədə Ruzerford dairəsinin şerif idarəsindən xəbər verilib.
Bildirilir ki, Ed Tennessinin mərkəzində bir otlaqda aşkarlanıb. Hadisəyə cəlb edilən hava qüvvələri onun tutulmasına yardım edib.
Sosial şəbəkələrdə onun helikopterlə daşınmasının görüntüləri yayılıb.
Qeyd edək ki, Ed mayın 30-da alınıb, lakin bir gün sonra evdən qaçıb. Heyvanın ştatlararası magistralda qaçması nəticəsində yol polisi trafiki müvəqqəti olaraq dayandırmalı olub. Lakin Ed polis kordonunu keçərək meşəlik əraziyə qaçıb və bir neçə gün ərzində müxtəlif yerlərdə görünüb.
Sosial şəbəkələrdə müxtəlif situasiyalarda çəkilmiş görüntüləri paylaşılan Ed sürətlə populyarlaşıb. Bəzi istifadəçilər onun vafli yediyini və yol kənarında insanlarla "ünsiyyət qurduğunu" göstərən zarafatlı montajlar yayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 10 İyun 2025 08:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















