Icma.az
close
up
RU
Bir həftəyə olan 100 gündə oldu

Bir həftəyə olan 100 gündə oldu

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ/İsrail-İran müharibəsinin başlanmasından ötən ilk 100 gün ərzində qlobal enerji ticarətinin əsas marşrutlarından biri olan Hörmüz boğazında gəmi hərəkəti ciddi şəkildə azalıb.

“Qafqazinfo” xəbər verir ki, bu dövrdə boğazdan təxminən 1000 ticarət gəmisi keçib.

Bu göstərici normal şəraitdə Hörmüz boğazının həftəlik nəqliyyat axınına bərabər hesab olunur.

BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) məlumatlarına əsasən, müharibədən əvvəl boğazdan gündəlik orta hesabla 129-138 gəmi keçirdi. Lakin müharibənin başlamasından sonra bu rəqəm kəskin enərək, gündəlik təxminən 10 gəmi səviyyəsinə düşüb.

Rəsmi rəqəmlər göstərir ki, 100 günlük dövrdə 988 ticarət gəmisi boğazdan keçib. Bu isə əvvəlki dövrlə müqayisədə 90 faizdən çox azalma deməkdir.

“Kpler” analitik şirkətinin məlumatına görə, keçidlərin əksəriyyəti İran və Körfəz ölkələri arasında həyata keçirilib, Qərb ölkələri ilə ticarət isə demək olar ki, dayanıb.

Bu dövrdə 456 neft və neft məhsulları daşıyan gəmi boğazdan keçib. Lakin ilkin mərhələdə bu göstəricidə də ciddi eniş qeydə alınıb - bəzi günlərdə keçidlər tamamilə dayanıb.

Mayeləşdirilmiş təbii qaz (LNG) daşımaları isə daha sərt zərbə alıb. Müharibə dövründə cəmi 18 LNG gəmisi boğazdan keçib ki, bu da ümumi axının təxminən 2 faizini təşkil edir.

Hesabatlarda bəzi gəmilərin Avtomatik İdentifikasiya Sistemi (AIS) söndürülərək hərəkət etdiyi, həmçinin İranın ərazi sularında alternativ marşrutların yarandığı bildirilir.

Analitiklər bu dövrdə ticarətin əsasən “kölgə donanmaları” və sanksiyalara məruz qalan operatorlar vasitəsilə davam etdiyini iddia edirlər.

Hörmüz boğazı dünya neft və LNG ticarətinin təxminən beşdə birinin keçdiyi kritik marşrut olaraq qalır. Müharibəyə baxmayaraq, qlobal enerji axınında bu bölgənin strateji rolu dəyişməz olaraq qalır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 İyun 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see292

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see268

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see264

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see258

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see252

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see243

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see235

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see227

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see227

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see223

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see217

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see217

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see203

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see203

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see202

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see195

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see188

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see177

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see166

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri