Icma.az
close
up
RU
​BİR HƏKİMƏ 4 MİN PASİYENT DÜŞÜR... Hamısını ehtiyac yoxdur adı ilə ixtisara saldılar

​BİR HƏKİMƏ 4 MİN PASİYENT DÜŞÜR... Hamısını ehtiyac yoxdur adı ilə ixtisara saldılar

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda stomatoloji klinikaların sayı son illərdə sürətlə artsa da, ölkənin regionlarında diş həkimi çatışmazlığı problemi qalmaqda davam edir. Mövcud bazar məlumatlarına görə, Bakıda bir diş həkiminin üzərinə orta hesabla 1200 pasiyent düşür. Regionlarda isə bu rəqəm 4000-ə çatır. Qeyd edək ki, bu göstərici Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi 1500:1 nisbətindən təxminən üç dəfə yüksəkdir.

Digər tərəfdən, stomatologiya bazarında son illərdə ciddi genişlənmə müşahidə olunur. Belə ki, 2025-ci ildə ölkədə təxminən 1800 stomatoloji klinikanın fəaliyyət göstərdiyi bildirilir. Bu, 2019-cu illə müqayisədə 65 faiz çoxdur. Bazarın ümumi həcminin 380 milyon manata çatdığı, 2026-cı ildə isə klinikaların sayının 2 000-i keçəcəyi proqnozlaşdırılır.

Amma qeyd olunduğu kimi, buradakı əsas problem stomatoloqların Bakıda cəmləşməsidir ki, bunun da bir neçə iqtisadi səbəbi var. Əsas səbəblərdən biri daha böyük pasiyent bazasının paytaxtda olmasıdır. Klinikaların çoxluğu və əhalinin alıcılıq qabiliyyətinin nisbətən yüksək olması stomatoloqlar üçün Bakıdakı bazarı daha cəlbedici edir. Bundan başqa, gənc stomatoloqlar üçün iş və təcrübə imkanlarının böyük hissəsi də paytaxtdakı klinikalarda formalaşır. Nəticədə yeni məzunların regionlara yönəlməsi zəifləyir, təcrübəli mütəxəssislər isə əsasən Bakıda qalmağa üstünlük verirlər.

Üz-çənə cərrahı Tural Mirzəyev “AzPolitika”ya şərhində bildirib ki, regionlarda stomatoloq tapmağın çətin olmasının əsas səbəblərindən biri TƏBİB-in qərarları və Maliyyə Nazirliyinin dəstəyi ilə bir çox bölgələrdə stomatoloji sahədə çalışan mütəxəssislərin “ehtiyac yoxdur” adı altında ixtisara salınmasıdır: "Regionlarda niyə stomatoloq tapmaq çətindir? Hamısını ixtisar etdilər. Bir çox bölgələrdə hamısını "ehtiyac yoxdur" adı ilə ixtisara saldılar. Ona görə də bölgələrdə stomatoloq yoxdur. Niyə bölgələrdən həkimlər şəhərlərə qaçırlar? Çünki orada çalışmağa şərait qurmurlar. Hər kəs mane olur. Ciddi şəkildə stomatoloji sahədə lisenziya tələblərinə yenidən baxılması lazımdır".

"Bu gün hazırda Azərbaycanda cərrahi lisenziyası olmayan yerdə diş çəkmək olmaz. Bu, Səhiyyə Nazirliyinin verdiyi "çox ağıllı" bir qərardır. Məsələn, bu gün Hacıqabul rayonunda bir dənə də olsun cərrahi kabinet yoxdur. Gərək lisenziyası olsun. Ona görə də Hacıqabul rayonunda bir nəfər belə diş çəkəcək stomatoloq yoxdur. Deməli, bu bölgədə yaşayan pasiyent nə etməlidir? Axtarmalıdır, tapmalıdır ki, diş çəkən, lisenziyası olan klinika haradadır. Ən azı 50-60 kilometr yol getməlidir, pul ödəməlidir və dişini çəkdirməlidir. Çünki hər hansı stomatoloq cərrahi klinikası olmayan yerdə diş çəkirsə, onu cərimələyirlər",- deyə stomatoloq bildirib.

Qeyd edək ki, stomatologiyada gəlir ixtisasdan və iş modelindən asılı olaraq ciddi şəkildə dəyişir. Mövcud bazar məlumatlarına görə, ümumi diş həkiminin baza maaşı 800-2 000 manat arasında dəyişir. Təcrübəli həkimlər 2 500-4 000 manat, özəl praktikada çalışanlar isə 5 000-10 000 manat və daha yüksək gəlir əldə edə bilirlər. Ortodontların gəliri 2 000-5000 manatdan başlayaraq təcrübə ilə 5 000-8 000 manata, özəl praktikada isə 10 000-20 000 manatdan yuxarı qalxa bilir. İmplantoloqlarda isə baza maaşı 2 500-6 000 manat, təcrübəli mütəxəssislərdə 6 000-10 000 manat, özəl praktikada isə 15 000-25 000 manatdan yuxarı göstərilir.

Məlumat üçün bildirək ki, Azərbaycanda stomatoloq olmaq üçün ən azı 5 illik ali təhsil tələb olunur. Bundan sonra ixtisaslaşmq istəyənlər üçün 2-3 illik rezidentura mərhələsi gəlir. Yəni, əslində bu sahədə kadr çatışmazlığını qısa müddətdə aradan qaldırmaq mümkün görünmür.

E. Bəyməmmmədli

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Sentyabr 2026 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri