Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bir ildə 7 dəfə əməliyyat olunduğunu deyən xəstə şikayətçidir Həkimdən açıqlama

Bir ildə 7 dəfə əməliyyat olunduğunu deyən xəstə şikayətçidir Həkimdən açıqlama

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Modern Hospital”ın baş həkimi Taryel Ömərov dedi ki, Azərbaycanda təkrar mədəkiçiltmə əməliyyatlarını yalnız özü edir və 73 uğurlu nəticəsi var. Amma bu gün onun əməliyyatı nəticəsində mədəm yoxdur, əmək qabiliyyətimi isə itirmişəm...”

Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Anar İsazadə müraciət edib. 

Zərərçəkmiş olduğunu deyən A.İsazadə bildirib ki, Taryel Ömərovun etdiyi əməliyyat bir həftə sonra fəsadlara səbəb olub: “Bu mənim ikinci əməliyyatım idi, ilk dəfə 2017-ci ildə başqa həkimə etdirmişdim. Uğurlu oldu, çəkim 160 kiloqramdan 90-a düşmüşdü. Hər şey normal idi. Lakin bir müddət sonra çəkimə nəzarəti itirdim və kökəlməyə başladım. Buna görə də 2023-cü ildə Taryel Ömərova mədəkiçiltmə əməliyyatı etdirdim. Ancaq çox keçməmiş hərarətim qalxdı. Rentgen etdilər və dedilər ki, “hər şey qaydasındadır”. Lakin zaman keçdikcə vəziyyətim ağırlaşırdı. Bir neçə gün davam edən analiz, rentgen və KT cavablarında müəyyən oldu ki, bu, ağciyərin ikitərəfli pnevmoniyasıdır. 

Taryel Ömərovla yenidən görüşdüm və bütün problemlərin onun etdiyi əməliyyatdan sonra başladığını bildirdim. Lakin həkim bunu üstündən atdı, bütün bunların onun əməliyyatına heç bir aidiyyəti olmadığını dedi və qida boruma stent qoydurmağı məsləhət gördü. Bir neçə dəfə stent qoyuldu və çıxarıldı. Daha sonra mənə deməsələr də, məlum oldu ki, əməliyyat nahiyəsində fistul (dəlik-bir-birinə bağlı olmayan iki orqan, toxuma, damar arasında yaranan anormal, tüp şəklində kanal/əlaqə yoludur) açılıb, tikiş tutmayıb və qəbul etdiyim qida diafraqmanın üstünə yığılmağa başlayıb”.

Vətəndaş həmçinin qeyd edib ki, 2024-cü ilin dekabr ayında təcili əməliyyata götürülüb: “Bağırsağımı 40 sm açaraq birbaşa qida boruma birləşdirdilər. Bununla da problem həll olundu. Düzdür, artıq mədəm yoxdur. Hər şeyi yeyə bilmirəm, ağrılarım olur və ciyərim zədəlidir. Lakin ölüm təhlükəm yoxdur”. 

Şikayətçi iddia edib ki, analiz nəticələrini Türkiyə və Almaniyadakı mütəxəssislərə göndərib, onlar da problemlərin səbəbini Taryel Ömərovun etdiyi əməliyyatda görüblər: “Bütün həkimlər birmənalı olaraq, bunun Taryel Ömərovun işi ilə bağlı olduğunu dedilər. Bir il altı aydan çox əziyyət çəkdim. Əmək qabiliyyətimi itirdim, işləyə bilmədim. 2024-cü il ərzində 17 dəfə narkoz alıb, 7 dəfə əməliyyat olunmuşam, 12 dəfə KT çəkilib. Rentgenin, qəbul etdiyim antibiotiklərin sayını itirmişəm. Bilirəm ki, bunların hamısı bir neçə ildən sonra başqa fəsadlar və xəstəliklər yaradacaq”.

Anar İsazadə müalicə müddəti ərzində 70 mindən çox xərci çıxdığını qeyd edib: “2024-cü ilin dekabrında məhkəməyə müraciət etdim. Taryel Ömərov və “Modern Hospital”dan əməliyyat və müalicələrimə görə xərclədiyim 70 min, əmək qabiliyyətimi itirdiyimə görə 50 min və sağlamlığıma dəymiş ziyana görə əlavə 50 min AZN iddia tələbi verdim. Məhkəmə prosesi keçirildi, lakin xeyrimə qərar qəbul edilmədi. Yenidən işi Apellyasiya Məhkəməsinə vermişəm. Hər kəs bilməlidir ki, bu həkimin işi necə fəsadlara yol açır”. 

İddiaları aydınlaşdırmaq məqsədilə bariatrik metabolik cərrah Taryel Ömərovla əlaqə saxladıq. O saytımıza cavab olaraq iddiaları təkzib edib: “Anar bəy bizdən öncə başqa bir mərkəzdə əməliyyat olunub, ancaq arıqlamamışdı. Onun bacısını da mən əməliyyat etmişəm. Biz onda ikinci dəfə mədəkiçiltmə edərək səhvi düzəltdik. Əməliyyatdan 1 həftə sonra ağrıların olmasına dair iddialar əsassızdır. 3 aydan bir yoxlanışları olub, hər şey qaydasında idi. Bacısı bildirmişdi ki, Anarda ağciyər pnevmoniyası var və müalicə alır. Müalicələr, analizlər və sənədlər bizim sübutlarımızdır. İki dəfə məhkəməni qazanmışam, Tibbi Ekspertiza Analitik Mərkəzi də bunu əsaslandırıb. Pasiyentin qida borusunda 2 mm-lik dəlik aşkarlanıb. Mən əməliyyatı qarın boşluğunda etmişəm. Bu, necə ola bilər?

Əgər mədədə deşik olsaydı, əməliyyatdan sonra yaxın bir həftə ərzində sağalmazdı, hətta həyatını itirərdi. Biz onun problemini daim nəzarətdə saxlamışıq. Mədəsinə stent qoyduq, sağaltdıq. Lakin o, qida vərdişlərini düzəltmədiyi üçün davamlı olaraq fərqli problemləri yaranırdı. Dəfələrlə fərqli klinikalara yönləndirdim. Köməklik göstərdik, ən son onu başqa bir həkimə yönləndirdim və problemi həll oldu. Bundan sonra isə o, pulunun geri qaytımasını tələb etdi. Hansı əsasla?!

Bu hal bir daha təkrarlanarsa, reputasiyama xələl vurmaq maddəsi ilə Anar İsazadəni məhkəməyə verəcəyəm. Pasiyent sadəcə şantaj yolu ilə pul almaq istəyir. İddialar əsassızdır”. 

Taryel Ömərov, həmçinin qeyd edib ki, pasiyent şikayətlə bağlı əməliyyatdan 7 ay sonra müraciət edib: “Dünya protokollarında da öz əksini tapıb ki, pasiyent bir əməliyyatdan sonra maksimum 3-4 ay müddətində şikayət edə bilər, bundan daha uzun müddət keçdikdə hər hansı bir fəsad və şikayətdən müraciət etmək əsassızdır. Edilən şikayətin icra olunmuş cərrahi əməliyyatla heç bir əlaqəsi yoxdur”.

Məsələnin araşdırılması ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə də sorğu ünvanladıq. Qurumdan saytımıza cavab olaraq bildirildi ki, qeyd edilən əməliyyatın üzərindən 4 aydan çox vaxt keçdiyi üçün İnzibati xətanın müddəti bitib: “Sözügedən əməliyyat ümumi cərrahiyyə əməliyyatları sırasındandır. “Modern Hospital”ın bu əməliyyatı keçirmək üçün lisenziyası mövcuddur. Əməliyyatı icra edən həkim Taryel Ömərovun da adı Səhiyyə Nazirliyinin Tibb işçilərinin vahid reyestrində var, həmçinin cərrah kimi çalışması üçün müvafiq sertifikatı mövcuddur. Cərrah Taryel Ömərovun fəaliyyəti ilə bağlı bu vaxtadək AEM-ə heç bir rəsmi şikayət daxil olmayıb. 

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin 38.1 bəndinə müvafiq olaraq İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək qüvvədə olması, göstərilən fakt ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada Mərkəz tərəfindən uyğun tənbeh tədbirinin icrası üçün məhdudiyyət yaradır. Belə olan halda, vətəndaş təsdiqedici sənədlərlə prokurorluğa müraciət etməlidir. Lakin, vətəndaş son 4 ay müddətində təkrar olaraq həkimin qəbulunda olubsa, həkim müayinəsindən keçibsə və bunu təsdiq edən hansısa sənəd varsa, bu sənədlərlə birgə Analitik Ekspertiza Mərkəzinə rəsmi olaraq müraciət edə bilər. Bu zaman məsələ AEM tərəfindən ciddi araşdırılacaq və nəticəsi barədə məlumat veriləcək. 

Vətəndaşların sağlamlığına zərər vurulması, yaxud səhlənkarlıq halları barədə hüquqi qiymət yalnız məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində verilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 116-cı maddəsi (tibbi yardım göstərilməsinin qaydalarını pozma) və 314-cü maddəsi (səhlənkarlıq) tibbi fəaliyyət zamanı yol verilən qanun pozuntularına görə məsuliyyət nəzərdə tutur.

Bununla əlaqədar, sağlamlığına zərər dəymiş vətəndaşlara məsələ ilə bağlı məhkəmə-tibbi ekspertizasının rəyini almaq və aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etmək tövsiyə olunur.

Həmçinin, “Mülki Məcəllə”nin 1097-ci maddəsinə əsasən, sağlamlığa vurulmuş zərərin ödənilməsi məhkəmə qaydasında tələb edilə bilər. Ölüm faktı varsa, bu zaman məsələnin araşdırılması hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir. 

Azərbaycan Respublikasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununa əsasən, lisenziyalı özəl tibb müəssisələrinə nəzarət Analitik Ekspertiza Mərkəzi tərəfindən plan üzrə və plandankənar yoxlamalar şəklində, lisenziyasız müəssisələrə münasibətdə isə əhalinin sağlamlığına birbaşa və ya mühüm təhlükənin olmasına dair konkret faktlar, təsdiqedici sənədlər olduqda, həmçinin, müxtəlif qurumlardan daxil olan müraciətlər əsasında plandankənar yoxlamalar şəklində aparılır. 

Nəzarət tədbirləri zamanı fakt öz təsdiqini tapdıqda, nöqsanlar aşkar olunduqda qanunvericilikdə nəzərdə tutulan inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür. Təkrar aşkar edildikdə təkrar inzibati tənbeh və əlavə tədbirlər həyata keçirilir”.

Fidan Etibar 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:309
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Yanvar 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see497

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see380

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see373

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see366

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see343

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see340

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see296

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see278

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see262

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see249

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see246

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see244

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see241

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see233

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see229

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see225

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see218

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see211

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see191

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri