Icma.az
close
up
RU
Bir İlk İnkişaf Mərkəzi 1 yaşını qeyd edir!

Bir İlk İnkişaf Mərkəzi 1 yaşını qeyd edir!

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bir İlk" İnkişaf Mərkəzi fəaliyyət göstərdiyi bir il ərzində 100-dən çox uşağın inkişafına töhfə verərək, cəmiyyətimiz üçün həm fiziki, həm də zehni cəhətdən inkişaf etmiş uşaqlar yetişdirir. Mərkəzin bir illik fəaliyyətinə həsr olunmuş tədbirdə təsisçisi və baş direktoru Aytən Məmmədova bildirib ki, "Bir İlk" İnkişaf Mərkəzinin əsas məqsədi valideynlərə övladlarının inkişafı üçün təhlükəsiz və hər yaşa uyğun mühit təqdim etməkdir.

"Mən hər zaman insanlara faydalı bir məkan yaratmağı arzulamışam. Ölkədə ilk olaraq elə bir şərait yaratmaq istəmişəm ki, valideyn övladını dərnəyə və ya kursa gətirərkən öz vaxtından səmərəli istifadə etsin. Bir qadın sahibkar kimi ilk addımlarımı atarkən məni ən çox ilhamlandıran məhz öz uşaqlarım olub. Bir valideyn olaraq, uşaqların necə bir mühitdə böyüməli və hansı təhsil sistemi ilə inkişaf etməli olduğunu dərin şəkildə anlayıram.

Bu səbəbdən, digər valideynlərə də dəstək olmaq və onların həyatını asanlaşdırmaq məqsədilə 'Bir İlk' İnkişaf Mərkəzini təsis etdim. Artıq evdar xanımlar "uşağa nəzarət edirəm, ona görə özümə vaxt ayıra bilmirəm" fikrinə son qoyaraq, istənilən yaşda olan uşaqlarını Mərkəzimizə etibar edir. Bu yanaşma, uşaqların gələcək uğurlarını təmin etməklə bərabər, valideynlərin də özlərinə inamını artırır”, - deyərək "Bir İlk" İnkişaf Mərkəzinin təsisçisi Aytən Məmmədova bildirib.

Mərkəzin baş direktoru qeyd edib ki, əsas amal cəmiyyətimizə həm fiziki, həm də zehni cəhətdən inkişaf etmiş uşaqlar yetişdirməkdir.

Dövlət rəsmilərinin və özəl sektorun nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə vurğulanıb ki, "Bir İlk" İnkişaf Mərkəzi yalnız uşaqların inkişafını dəstəkləmir, eyni zamanda valideynlərdə özünəinam hissini gücləndirir. Valideynlər burada övladlarını etibarlı əllərə əmanət etməklə kifayətlənmir, eyni zamanda öz bilik və bacarıqlarını inkişaf etdirmək üçün mərkəzin kurs və dərnəklərindən yararlana bilirlər. Tədbirdə mərkəzin 1 il ərzində qazandığı uğurlar qeyd edilərək, növbəti addımlarda daha böyük nailiyyətlər arzu edilib.

Tədbirdə, həmçinin, mərkəzin ilk aylarından əməkdaşlıq edən və Azərbaycanda Qadın Sahibkarlarının İnkişafı Assosiasiyasının sədri Şəkinə Babayeva çıxış edərək "Bir İlk" İnkişaf Mərkəzinin fəaliyyətini yaxından izlədiyini vurğulayıb. O bildirib ki, mərkəz tərəfindən həyata keçirilən layihələr əsasən qadınlara və uşaqlara yönəlik faydalı təşəbbüslərlə cəmiyyətə müsbət töhfələr verib.

İşğaldan azad olunmuş ərazilərimizə qayıdan vətəndaşların tələbatını nəzərə alaraq, 2025-ci ilin ilk rübündə Qarabağ regionunda "Bir İlk" İnkişaf Mərkəzinin açılışı nəzərdə tutulur. Burada da valideynlər və uşaqlar üçün geniş imkanlar təqdim ediləcəyi bildirilib.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://report.az
archiveBu xəbər 16 Dekabr 2024 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri