Icma.az
close
up
RU
Kayseridə Türk dünyasının mədəniyyət mərkəzi Şuşa Azərbaycan Evi bir yaşını qeyd edir

Kayseridə Türk dünyasının mədəniyyət mərkəzi Şuşa Azərbaycan Evi bir yaşını qeyd edir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Ankara, 7 aprel, AZƏRTAC

Türkiyədə Azərbaycanın ruhunu yaşadan əhəmiyyətli mərkəzlərdən biri olan Şuşa Azərbaycan Evi fəaliyyətinin birinci ilini qeyd edir.

Şuşa Azərbaycan Evinin sədri Elşən Qənbərov AZƏRTAC-a açıqlamasında bildirib ki, son bir il ərzində həyata keçirilən fəaliyyətlər Kayseridə yaşayan türk dövlətlərindən olan gənclərin mədəni və sosial baxımdan inkişafına böyük töhfə verib.

“Kayseri Şuşa Azərbaycan Evi dünyanın 15 ölkəsində açılmış 29-cu, Türkiyədə isə 3-cü Azərbaycan evidir. Şuşa Azərbaycan Evi qardaşlığın, mədəniyyətin və həmrəyliyin simvolu olmağa davam edəcək”, - deyə E.Qənbərov vurğulayıb.

Onun sözlərində görə, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın adını daşıyan bu mühüm mərkəz Azərbaycan-Türkiyə qardaşlığının simvolu kimi gələcəyə böyük ümidlə baxır.

Bildirilib ki, yaranmasının bir ili tamam olan Şuşa Azərbaycan Evində qısa müddət ərzində onlarla mədəni və elmi tədbirlər keçirilib. Bu tədbirlərdə Türk dünyasından gəlmiş alimlər, sənət adamları və ictimai təşkilat nümayəndələri bir araya gəliblər. Xüsusilə “Qarabağ müharibəsində Türkiyənin rolu”, “Türk dünyası ortaq əlifbası”, “Azərbaycanın müstəqilliyinin 106-cı ili” kimi tədbirlər böyük rezonans doğurub.

Elşən Qənbərov deyib ki, Şuşa Azərbaycan Evi yalnız mədəni tədbirlərlə kifayətlənməyib. Belə ki, Türk Dünyası Futbol Turniri, uşaq şənlikləri, təbiət yürüşləri, tələbələr üçün pikniklər və sənət dərnəkləri kimi fərqli yaş və maraq qruplarına xitab edən tədbirlərə də ev sahibliyi edib.

Diqqətə çatdırılıb ki, bir il ərzində çox sayda tanınmış şəxs Şuşa Azərbaycan Evini ziyarət edib.

Qeyd edək ki, ötən ilin aprelin 7-də Kayseri vilayətinin Talas bölgəsində yerləşən Azərbaycan Qardaşlıq Parkında keçirilən təntənəli açılış mərasimi ilə qapılarını açan Şuşa Azərbaycan Evi qısa müddət ərzində həm Türkiyədə yaşayan azərbaycanlıların, həm də bütövlükdə Türk dünyası nümayəndələrinin bir araya gəldiyi mərkəzə çevrilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri