Icma.az
close
up
RU
Mərkəzi Azəri 20 yaşını qeyd edir

Mərkəzi Azəri 20 yaşını qeyd edir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bu gün Azəri-Çıraq-Günəşli (AÇG) yatağında Çıraqdan sonra ikinci hasilat platforması olan Mərkəzi Azəridən ilk neftin əldə olumasının 20 illiyini qeyd edirik. 

18 fevral 2005-ci ildə zati-aliləri Prezident İlham Əliyev yeni inşa olunmuş Mərkəzi Azəri hasilat, qazma və yaşayış platformasına səfər edərək AÇG-nin tammiqyaslı işlənməsinin başlandığını bildirən ilk neftin əldə olunmasını rəsmi tədbirlə qeyd etdi. 

O vaxtdan Mərkəzi Azəri AÇG-nin hasilat səlnaməsinin aparıcısıdır və yataqdakı bütün platformalar arasında ən yüksək hasilat göstəcisi ona məxsusdur - ümumilikdə 152 milyon ton (1,1 milyard barel) neft. 

Ötən il də Mərkəzi Azəri bütün əməliyyatlarına təhlükəsiz və etibarlı şəkildə davam edərək il ərzində gündəlik 97 000 barel orta hasilat göstəricisi ilə AÇG platformaları arasında liderliyini saxlamışdır. 

Mərkəzi Azəri hasilat, qazma və yaşayış platforması ona körpü ilə birləşmiş texniki platforma olan kompressor və suvurma qurğusu ilə birlikdə Xəzərdə ən böyük dəniz komplekslərindən biridir. Bu kompleks AÇG-dəki digər platformalara və qurğulara vacib əməliyyatlar mərkəzi kimi də xidmət edir və öz qabaqcıl texniki imkanları sayəsində bütün yataqda əməliyyatların təhlükəsiz və etibarlı aparılmasını təmin edir. 

Hazırda bu kompleksdə 210-a yaxın işçi çalışır ki, onların da 96%-i, platformanın növbəli çalışan iki rəhbərindən biri olan Cavid İsgəndərli də daxil olmaqla, Azərbaycanlı mütəxəssislərdir. Cavid Azərbaycanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə iki il öncə SOCAR-ın Fəxri Fərmanına layiq görülüb.

Platformada hazırda ümumilikdə 43 quyu istismardadır - bunlardan 28-i hasilat, 9-u qaz injector quyusu, 5-i suvurma və biri isə şlamların laylara vurulması üçün quyudur. 

Mərkəzi Azəri dünya səviyyəli bir dəniz obyektidir. O bundan sonra da hələ uzun illər AÇG-nin uğurlu gələcəyinə dəyərli töhfələr verməklə Azərbaycanın neft sənayesinin aparıcılarından biri olacaq. 

Mərkəzi Azəri haqqqında daha ətraflı məlumat üçün bp-nin Azerbaycan vebsaytına müraciət edə bilərsiniz: www.bp.com/azerbaijan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Fevral 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri