Icma.az
close
up
RU
Bir iynə ilə karlığa son Yeni gen terapiyasından böyük uğur

Bir iynə ilə karlığa son Yeni gen terapiyasından böyük uğur

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

İsveçin Karolinska İnstitutu və Çinin müxtəlif tibb mərkəzlərindən olan tədqiqatçılar bir dəfəlik daxili qulaq iynəsi vasitəsilə anadangəlmə karlığı olan 10 pasiyentdə eşitmə qabiliyyətini bərpa etməyə nail olublar. 
Demokrat.az
xəbər verir ki, "Nature Medicine" jurnalında 2026-cı ilin aprelində dərc edilən klinik sınağın nəticələrinə görə, istifadə olunan gen terapiyası OTOF geninin funksional nüsxəsini birbaşa kokleaya (daxili qulaq orqanı) çatdırır.
Bu müalicə səs siqnallarının beyinə ötürülməsini əngəlləyən spesifik gen mutasiyasını hədəf alır və anadangəlmə eşitmə itkisindən əziyyət çəkən uşaqlar və böyüklər üçün potensial həll yolu təqdim edir.
Müalicədə sintetik adeno-assosiasiyalı virusdan istifadə olunur. Bu virus genetik material üçün daşıyıcı rolunu oynayır və düzəldici geni daxili qulağa çatdırır. Həkimlər preparatı hər bir pasiyentdə daxili qulağın alt hissəsində yerləşən “dəyirmi pəncərə” membranı vasitəsilə yeridirlər. Gen hüceyrələrə daxil olduqdan sonra orqanizm otoferlin adlı zülalı istehsal etməyə başlayır. Bu zülal səs siqnallarının eşitmə siniri vasitəsilə beyinə düzgün ötürülməsi üçün vacibdir.
Araşdırmada iştirak edən 1–24 yaş arası 10 pasiyentin hamısında 6 ay ərzində eşitmə qabiliyyətində nəzərəçarpacaq yaxşılaşma müşahidə olunub. Onların eşidə bildiyi səs səviyyəsi orta hesabla 106 desibeldən 52 desibelə enib. Ən yaxşı nəticələr 5–8 yaş arası uşaqlarda qeydə alınıb. 7 yaşlı bir qız uşağı demək olar tam eşitmə qabiliyyətini bərpa edib və əməliyyatdan cəmi 4 ay sonra ailəsi ilə gündəlik ünsiyyət qura bilib.
Karolinska İnstitutunun məsləhətçisi və tədqiqatın müəllifi Maoli Duan bu nailiyyəti eşitmə itkisi üçün gen terapiyasında böyük irəliləyiş adlandırıb. Onun sözlərinə görə, bu yanaşma uşaqlar və böyüklərin həyatını köklü şəkildə dəyişə bilər.
Terapiya bütün iştirakçılar tərəfindən yaxşı qəbul olunub və ciddi yan təsirlər qeydə alınmayıb. Ən çox rast gəlinən yan təsir neytrifillərin (ağ qan hüceyrəsi növü) müvəqqəti azalması olub. Alimlər indi bu üsulu GJB2 və TMC1 kimi daha geniş yayılmış karlıq genlərinə də tətbiq etməyi planlaşdırırlar. Pasiyentlərin vəziyyəti uzunmüddətli təsirlərin izlənməsi üçün nəzarətdə saxlanılır.
Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Aprel 2026 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see542

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see518

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see353

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see264

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see264

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see239

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see239

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see232

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see229

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see226

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see207

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see205

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see198

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see197

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see195

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see195

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see193

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see192

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri