Icma.az
close
up
RU
Yeni mövsüm böyük bir meydan oxumaq olacaq

Yeni mövsüm böyük bir meydan oxumaq olacaq

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

''Fənərbaxça''nın bu yay heyətinə qatdığı mühüm isimlərdən biri Natan Akedi. Son mundialda Niderland yığmasının heyətində iştirak edən ''Mançester Siti''nin tanınmış müdafiəçisi ilə üçillik müqavilə imzalanıb. Bu keçid İstanbul nəhənginə 7 milyon avroya başa gəlib. 31 yaşlı futbolçu iyulun 10-dan etibarən Avstriyaya gələrək komandanın hazırlığına qoşulub. Təcrübəli futbolçu həm müdafiənin solunda, həm də mərkəzdə oynamağı bacarır.

"Siti" ilə 4 premyer-liqa, 1 ÇL daxil olmaqla 12 titul qazanan Ake ilk təəssüratını ''Fənərbaxça TV'' ilə bölüşüb.
* Həm sevincli, həm də həyəcanlıyam. Yeni klubumda ilk günlərim yetərincə yaxşı keçir. Burda hər kəs məni çox yaxşı qarşıladı. Ailəmlə yaxından maraqlandılar. Eləcə də mənə İstanbuldakı həyatdan bəhs etdilər. Baş məşqçi ilə də aramızda müəyyən söhbətlər oldu. O da mövcud durumumu soruşdu və mənlə bağlı planlarından bəhs etdi. Zatən qarşıdakı müddətdə onunla tez-tez söhbətimizin olacağını güman edirəm. Ümid edirəm ki, mövsüm hər birimiz üçün uğurlu alınacaq. Mövsümün başlamasını səbirsizliklə gözləyirəm.
* ''Fənərbaxça''nın mənə marağının olduğunu əvvəlcədən bilirdim. Danışıqlar prosesi çox rahat və sürətli keçdi. Burdan gələn təklif dərhal diqqətimi cəlb etdi. ''Mançester Siti''dən gözəl tanıdığım Edersonla telefonda söhbət etdim. O da mənə ''Fənərbaxça'' ilə bağlı yalnız xoş sözlər söylədi. Buranın mükəmməl bir klub olduğunu dedi. Eyni zamanda stadionumuzdakı atmosferdən, fanatlarımızın coşqusundan bəhs etdi. Bu sözləri eşitmək məni daha da həyəcanlandırdı. Daha sonra ''Siti'' ilə qalan transfer danışıqlarını sürətli şəkildə tamamladım. Yəni Türkiyəyə gəlməklə bağlı qərar vermək mənim üçün heç də çətin olmadı.
* Yığma komanda ilə keçirdiyim son oyunun ardından 8 günlük bir istirahətim oldu. Həmin müddətdə psixoloji cəhətdən rahatlamağa çalışdım. Çünki uzun və ağır mövsümlərdən sonra futbolçunun beyninin rahatlaması çox önəmlidi. Fiziki formamı bərpa etmək o qədər də çətin olmayacaq. Bir neçə məşqdən sonra formaya düşəcəyimi düşünürəm. Yəni komandaya faydalı olmaq üçün çox vaxta ehtiyac duymayacam. Çünki qeyd etdiyim kimi tətilim və futbolsuz günlərim o qədər də uzun çəkmədi. Bir neçə günə məşqçi korpusu tam mənə etibar edə bilər.
* Əslində özüm haqda danışmağı sevmirəm. İlk növbədə onu qeyd edə bilərəm ki, konsentrasiyası daim ən yüksək səviyyədə olan bir müdafiəçiyəm. Təbii ki, əsas işim müdafiə olunmaq və müdafiənin düzgün təşkil olunmasına yardım etməkdi. Bir müdafiəçi kimi həmişə etməyə çalışdığım şey oyunu oxumaqdı.
Müdaxiləni nə zaman etməli olduğumu çox vaxt düzgün müəyyənləşdirirəm. Bu özəllik həm də oyunu oxumağın bir parçasıdı. Müdafiədə ünsiyyət də çox önəmlidi. Müdafiəçilər öz aralarında çox yaxşı münasibət və ünsiyyət qurmalıdı. Düzdü, bu əslində komandadakı bütün oyunçular üçün keçərlidi. Amma müdafiəçilər üçün ikiqat önəmlidi. Birlikdə nə qədər çox oynasaz və bir-birinizi nə qədər çox tanısaz, meydanda anlaşma səviyyəsi bir qədər yüksək olacaq. Bəzən elə olur ki, meydanda ünsiyyət qurmağa vaxt olmur. Məhz belə anda yanındakı oyunçunun özəlliklərini bilməlisən ki, buna uyğun reaksiya verəsən. Komanda yoldaşlarınızı meydanda nə qədər çox tanısaz, sizin üçün işlər bir o qədər asanlaşacaq. Ünsiyyət səviyyəsini yalnız oynadıqca və zamanla artırmaq mümkündü.
* Hər oyunçunun tərzi fərqlidi. Amma mən oyunlardan öncə rəqib futbolçuları izləməyi, onların oyununu təhlil etməyi üstün tuturam. Bunun sayəsində həmin oyunçunun tərzini və güclü tərəflərini görmək mümkündü. Mən həmişə belə olmağa can atmışam.
* Mənə hər kəs, eləcə də komanda yoldaşlarım fanatlarımızın nə qədər çılğın olmasından bəhs edir. Məni ilk ev oyunumuzda stadionda olacaq atmosferə hazırlamağa çalışırlar. Bununla bağlı sosial şəbəkələrdə onsuz da çox video görmüşəm. Belə şeylər mənim həyəcanımı artırır. Çünki izləmək başqa, canlı yaşamaq başqadı. Bu təcrübəni canlı yaşayacağım anı səbirsizliklə gözləyirəm. Həm də transferim açıqlandıqdan sonra sosial şəbəkələrdə saysız-hesabsız ''xoş gəldin'' mesajları aldım. Buna görə də fanatlarımıza xüsusi təşəkkür edirəm. Onların bu isti münasibəti sayəsində ilk gündən özümü evdəki kimi hiss edirəm.
* Yeni mövsüm hər birimiz üçün böyük bir meydan oxumaq olacaq. ''Fənərbaxça''nın uzun illərdi çempion ola bilməməsindən xəbərdaram. Eyni zamanda uzun müddətdi Çempionlar Liqasının əsas mərhələsində iştirak edə bilmirik. Ona görə də ilkin hədəfimiz bu turnirdə əsas mərhələyə vəsiqə qazanmaq olacaq. Bunun üçün əlimizdən gələni edəcəyik. Ümumilikdə 4 turnirdə oynayacağıq. ''Fənərbaxça'' iştirak etdiyi bütün turnirlərdə yalnız qələbəyə oynayır. Amma indidən çox da uzağa boylanmağa ehtiyac yoxdu. Pillə-pillə irəliləyəcəyik. Təsnifat mərhələsində yaxşı performans sərgiləməliyik. Ondan sonra da çempionata uğurlu start verib, belə də davam etməliyik.
* Fanatlarımıza dəstəkləri üçün minnətdaram. Həmişə arxamızda durmaqda davam etsinlər. Biz onlar üçün və komanda üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Ümid edirəm ki, hər birimiz eyni hədəfə köklənərək gözəl bir mövsüm keçirəcəyik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 İyul 2026 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri