Bir kənd Britaniyadan ayrılmaq üçün referendum keçirdi Miqrantlara görə...
Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.
Oksfordşirdə yerləşən Piddinqton kəndinin sakinləri miqrantlara görə yaşayış məntəqələrinin Böyük Britaniyanın tərkibindən çıxması məsələsində simvolik referendum keçiriblər.
Qaynarinfo xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.
Səsvermənin keçirilməsinə səbəb ölkə hökumətinin Piddinqton ilə Yuxarı və Aşağı Arnkott kəndləri arasında yerləşən Bicester Müdafiə Nazirliyinin hərbi bazasının ərazisində 1256 xarici qaçqının yerləşdirilməsi qərarı olub. Bu planlar Britaniya Daxili İşlər Nazirliyi tərəfindən iyun ayında miqrantların otellərdən və digər sosial mənzillərdən köçürülməsi proqramı çərçivəsində açıqlanıb.
Piddinqtonun əhalisi təxminən 400 nəfərdir. Kəndə mindən çox miqrantın yerləşdirilməsi perspektivi sakinlər arasında təhlükəsizlik, cinayətkarlıq, sosial infrastruktur və əmək bazarına düşəcək yük ilə bağlı ciddi narahatlıq yaradıb.
İyul ayında kənd administrasiyası Böyük Britaniyanın tərkibindən çıxmaq məsələsində referendum keçirilməsi barədə qərar qəbul edib. Səsvermə simvolik xarakter daşıyıb, çünki ölkə qanunvericiliyində belə ayrılma proseduru nəzərdə tutulmayıb.
Bicester bazasında sığınacaq axtaranların yerləşdirilməsi üçün mərkəz yaratmaq planı artıq 10 ildən çoxdur müzakirə olunur, lakin leyborist hökuməti bu prosesi dayandırmışdı. Hazırda isə Britaniya Daxili İşlər Nazirliyi bazanın ərazisində sosial mənzillərin operativ şəkildə tikilməsi üçün müraciət edib.
Layihə ekspert məsləhətləşmələri ilə birlikdə ictimai müzakirəyə çıxarılıb. Məsləhətləşmələrin sentyabrın 17-si gecə yarısı başa çatması planlaşdırılır.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 15 Sentyabr 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















