Icma.az
close
up
RU
Bir lirik fon musiqisi kimi... Afaq Vasifqızının yubileyinə ön söz

Bir lirik fon musiqisi kimi... Afaq Vasifqızının yubileyinə ön söz

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bahəddin HƏZİ

Çox illər əvvəl bir axşam Flarmoniyada yenə bir möhtəşəm bayram havası vardı. Qələm adamlarına "Media açarı" - ödüllər paylanacaqdı.

Mərkəzləşdirilmiş soyutma sisteminin belə "sındıra" bilmədiyi iyul bürküsünə bükülmüş xoş həyəcanlı intizar çökmüşdü salona.

Birdən səhnə arxasından - kulisin dərinliklərindən tanış addım səsləri eşidildi. Asta tembrdə səslənən lirik fon musiqisi bu addım səslərini publikaya çox zərif bir melodik "sousda" servis elədi. Sanki bu səslər də fon melodiyasının bir parçasıydı; sərrast, ləngərli qadın addımlarının sehrli ritmi o notlara, o tonallığa, yüngül keçidlərlə bir-birini əvəzləyən o səs rənglərinə inamlı, hətta iddialı təntənə qatırdı...

Addım səsləri yaxınlaşdı, yaxınlaşdı və mikrofonun qarşısında kəsildi; axşamın aparıcısı artıq salona toplaşanları salamlayırdı. Mən isə sanki hələ də tanış addımların ritmini dinləyirdim. Və birdən o ritm verbal nitqin - sözlərin, kəlmələrin avazına "uduzub" səssizliyə çəkildi. Yüngül dekolteli uzun ziyafət geyimindəki aparıcı hündür dikdabanların üstündə qürurlu dayanmışdı və açılış nitqini yarılamışdı. Üzündəki təbəssümün ilıq səmimiyyəti salonun divarlarından və tavanından "boylanan" projektorların sayrışan gur və şıltaq işıq zolaqlarının üzərində ehmalca gəzişirdi. Əlində mətn yazılmış kağızlar xəfif həyəcandan astaca titrəşirdi. Ancaq o, çıxışını kağızdan oxumurdu, sadəcə, arabir gözucu baxırdı. Hiss olunurdu ki, danışdıqları vərəqdən deyil, ürəkdən gəlir.

- Zaman gələcək, biz xəbərin rəngini də gözümüzlə görəcəyik, dadını da damağımızda hiss edəcəyik, - dedi.

"Əhsən, bax, bu ki bizik! Bu, bizim nəsildir. Bizim Afaqdır" deyə beynimdən fikir keçdi. Sanki şimşək kimi çaxıb söndü. Ancaq işığının izləri arxa yaddaşa çöküb qaldı.

Zaman gəldi, keçdi, getdi.

Yox, biz xəbərin rəngini görmədik, dadını dadmadıq. Amma... zamanla hər şeyin rəngi-çaları da, dadı-duzu da getdi elə bil.

Jurnalistikaya çox zaman peşə kimi baxılır. Ancaq o, bir peşə deyil, sənətdir. Hətta sənət də deyil, taledir. Bu taleni biz özümüz seçmişik. Ya da tale bizi özü üçün seçib. Nə bilim! Heç bəlkə Afaq da bu sualın cavabını bilmir. Bircə onu bilirik ki (hər ikimiz bilirik), o zamanın jurnalistikası məişət, hətta ticarət praqmatizminə qapılıb getmiş, gündəlik qazanc qovğasına uduzmuş bir psevdosənət deyildi. Biz yaşadığımızı yazırdıq, yazdıqlarımızı yaşayırdıq. Yaradıcılıq həm də bizim həyatımızdı.

Ona görə "O uzaq, yaşıl ADA" adlandırdığım essemdə belə yazmışdım: "Medianın "qızıl dövrü" getdi, qır-qızıl dövrü gəldi".

Amma hər nə qədər o "qızıl dövrü" itirmiş olsaq da, qazancımız qızıl kimi qiymətli qələmlərdi. Yox, "Qızıl qələm" almamış (talantının dəyər ekvivalentini öz pulu ilə almaq istəməmiş), ancaq qələmi qızıldan da artıq ayar qazanmış adamlar!

Afaq Vasifqızı o qızıl adamlardandır - adını fikir jurnalistikamızın "qızıl fondu"na yazdırmış əvəzsiz, təkrarsız talantdır. Onun publisistikasının fəlsəfi yükü, ruhsal enerjisi məni həmişə heyran edib.

Afaq əfsanəvi redaktorumuz Nəcəf Nəcəfovun dövründə "Azadlıq" qəzetinə gələndə əvvəlcə oxucu məktubları ilə məşğul olmuşdu. Sonra qəzetin mədəniyyət şöbəsini yaratdı. Hətta deyərdim ki, mədəniyyətin fərqli mətbu versiyasını qurdu. Bu xanımın iç dünyasından özü qədər zərif bir mədəniyyət çıxdı. Başqa cür də ola bilməzdi; özü mədəniyyətin içindən çıxmışdı. Yazıçı Vasif Əfəndiyevin ailəsində doğulub, böyümüşdü. İntonasiya yaddaşı bəstəkar əmisi Rəşid Nəsiboğlunun ruhundan süzülüb gəlmiş bir-birindən zərif mahnıların lirikasına köklənmişdi. İndiyə qədər də kökdən düşməmiş!

Dedim axı, Afaq bizim yaradıcı ailəmizə qoşulanda, əvvəlcə oxucu məktubları ilə məşğul olmağa başladı. Mən də indi Afaqın oxucusu kimi ona bir məktub yazıram.

Məktuba keçməzdən əvvəl onu da deyim: bizim dövrdə - ötən əsrin 90-larında jurnalistikaya gələnləri bir-biri ilə səmimiyyət birləşdirirdi. Ona görə arada rəsmiyyət yox idi; "sizli-bizli" danışmırdıq, bir-birimizə "sən" deyirdik. Kimin hansı rəsmi status daşıyıb-daşımaması önəmli deyildi; bütün statuslar, titullar şərti xarakter daşıyırdı. Hamı Sözün başına yığışmışdı. Hamını Söz, sənət, yaradıcılıq birləşdirirdi. O zamanın qələm simsarlığı bioloji doğmalıq qədər - qan qohumluğu dərəcəsində idi. Hamımız bir-birimizin oxucusu, tənqidçisi, mentoru, müəllimi, həm də tələbəsiydik. Hər xəbər günü, hər qəzet günü həm də bir dərs günü idi. Ona görə də həmin dövrün Söz adamları olaraq, bir-birimizin həyatında da, sənətində də öz imzamız var.

Dedim axı, bu sənət əslində taledir. Biz də Afaqla, eləcə də, o dövrün usta qələmləri ilə tale ortağı idik. Afaqa yazdığım oxucu məktubu da, əslində, Afaqın timsalında 90-ların, eləcə də, sonrakı illərin ustalarına xitabımdır. 

Məşhur filosof Artur Şopenhauerin özündən də məşhur bir kəlamı var. O deyir ki, əslində gözəl günlər yaşayırıq, xəbərimiz olmur. Kədər anı gələndə xəbər tuturuq.

Biz də o zamanın yaradıcı səmimiyyətini yaşamışıq; gözəl günlər imiş! O qədər xəbər bolluğunda bu xəbərdən vaxtında xəbər tuta bilməmişik.

Ya da əksinə, xəbər tutmuşuq. Yoxsa bu cümlələr də yazılmazdı ki. Elə deyilmi?!

O yaradıcı enerji dolu gözəl günləri yaşamışıqsa, yaddaşımızda da yaşadarıq. Təki filosofun dediyi "kədər anı" bizdən uzaq dursun.

Beləliklə, həmin oxucu məktubum: "Afaq, bu dünyaya xoş gəlmisən! Gəlişin münasibətilə bu dünyanı təbrik edirəm! Jurnalistikamızı, publisistikamızı, eləcə də, teleməkanımızı, kinomuzu təbrik edirəm. Bir-birindən anlamlı və baxımlı sənədli filmlərə müəlliflik etmisən. O yazıların da, bu filmlərin də sənin qaynar və səmimi talantının, passionar yaradıcı profilinin sənədli sübutudur. Sən bizim sevdiyimiz, ailəmizin də, dostlarımızın da, qələm yoldaşlarımızın (tale ortaqlarımızın) da, oxucuların, dinləyicilərin, izləyicilərin də tanıyıb sevdiyi mükəmməl bir insansan.

Payız təbiətin poeziyasıdır. Bu poetik fəsildə dünyaya gəlmək özü də bir ayrıcalıq, bəxtəvərlik olsa gərək. Bu dünyanın payızına qədəm basmaq, payızın özünə belə rəng qata bilməkdən daha gözəl nə ola bilər?!

Qədəm basmaq demişkən. O gün Filarmoniyada ayaq səslərin uzun müddət yaddaşlardan silinmədi. Hətta heç silinmədi! Arzumuz: həyatımızda, sənətimizdə o sərrast və ləngərli ayaq səslərin həmişə eşidilsin! Bir zərif, xəfifcə ritmik, lirik fon musiqisi kimi.

...Cemal Süreyya demiş: "Sonbahar sənətdir, qalanları mövsüm". Hardan baxsan, payız təbiətin poeziyasıdır. Qış təbiətin prozası olduğu kimi. Əslində təkcə sonbahar deyil, hər fəsil özlüyündə sənətdir. Ancaq payızın "yaradıcı fantaziyası" bir başqadır, bilirsiniz. Cemal Süreyyanın dediyi kimi, payız bir sənətdirsə, bu sənətdən doğulanların özləri də, görün, necə bir sənət əsəridir...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Sentyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see232

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see161

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see156

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri