Icma.az
close
up
RU
Bir neçə damcı yağışdan sonra tanınmaz hala düşən Masazırın yolları... Yağış yağdısa, həyat dayandı Video

Bir neçə damcı yağışdan sonra tanınmaz hala düşən Masazırın yolları... Yağış yağdısa, həyat dayandı Video

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Masazır qəsəbəsində yol problemi artıq adi bir narahatlıq yox, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Elə bil ki, bu qəsəbədə yollar insanlar üçün deyil, səbir sınağı üçün salınıb. Xüsusilə qəsəbənin əsas arteriyası sayılan Əliağa Vahid küçəsi bir neçə damcı yağışdan sonra tanınmaz hala düşür. Göydən iki dənə yağış düşən kimi küçə gölə çevrilir. Piyada keçmək mümkünsüz, avtomobillə hərəkət isə tam bir lotereyadır ya maşının altı dəyəcək, ya da təkər suda itib-batacaq.

Sakinlər artıq yağışın yağmasına yox, yağışdan sonra yaranan mənzərəyə baxıb narahat olurlar. Çünki bu küçədə normal drenaj sisteminin olmaması hər yağışı kiçik bir “təbii fəlakətə” çevirir. Maraqlıdır, axı bu küçə Masazırın əsas yollarından biridir. Bəs niyə hələ də elementar infrastruktur problemləri həllini tapmır?

Vəziyyət İstiqlaliyyat küçəsində də heç də ürəkaçan deyil, hətta daha acınacaqlıdır. Burada aparılan təmir işlərinin adı var, özü yox. Aylar əvvəl qazılan yollar hələ də bərpa olunmayıb. Asfalt örtüyünün yenilənməməsi nəticəsində küçə palçıq içində itib. Yağışlı havada buradan keçmək demək olar ki, qeyri-mümkündür. Piyadalar ayaqqabılarını qurban verir, sürücülər isə maşınlarını.

Ən təhlükəlisi isə yollardakı çökəkliklərdir. Gözlə seçilməyən, amma hər an qəza törədə biləcək bu çalalar həm sürücülər, həm də piyadalar üçün ciddi təhlükə mənbəyidir. Xüsusilə gecə saatlarında bu çökəkliklər “tələ” rolunu oynayır.

Sual yaranır ki, Masazır sakinləri nə vaxta qədər bu vəziyyətlə barışmalı, yolların keçilməzliyini adi hal kimi qəbul etməlidir?

Məsul qurumların laqeydliyi sakinlərin haqlı narazılığına səbəb olur.

Masazır inkişaf edən, günü-gündən böyüyən qəsəbədir. Amma yollar bu inkişafdan xəbərsizdir. Görünür, Masazırın yolları hələ də öz növbəsini gözləyir.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 27 Yanvar 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri