Icma.az
close
up
RU
​Masazırın “asma bağları” Bələdiyyə hara baxır?

​Masazırın “asma bağları” Bələdiyyə hara baxır?

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Ekoloji vəziyyətin hər gün diqqətə gətirildiyi vaxtda Abşeron rayonunun Masazır qəsəbəsindəki “asma zibillərlə bəzənmiş” küçələr həm antisanitar şərait, həm də xoş olmayan mənzərə yaradır. Sakinlərin zibil torbalarını nə üçün ağac və divarlardan asması isə sual doğurur.

Metbuat.az-ın məlumatına görə, buna səbəb bələdiyyənin sakinlərin bir növ rahatlığını təmin etmək məqsədilə atdığı addımdır.

Belə ki, Masazır bələdiyyəsindən vətəndaşlara bildirilib ki, zibilyığan maşınlar məişət tullantılarınızı qapınızdan təhvil alacaq. Amma zibilləri günlərdir həyətlərində iylənən vətəndaşların da səbri bir yerdə tükənib və həmin tullantılardan xilas olmaq yolunu onları küçələrdən asmaqda görüblər.

Maraqlı tərəfi isə odur ki, qapılardan yığılmalı olan zibil torbaları günlərdir küçələrdə zibilyığan maşının yolunu gözləyə-gözləyə qalıb.

Məsələ ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli sorğumuza cavab olaraq bildirib ki, zibilin daşınması qapıdan yığılma prinsipi və konteynerlərə toplanıb daşınma formasında həyata keçirilir.

“Bu, ərazi və əhali sayına görə, həmçinin məişət tullantısının miqdarına görə dəyişir. Bunun müəyyən günləri və saatları var”.

Masazır bələdiyyəsinin rəsmiləri də verilən cavabı təsdiqləyib.

“Texnikada nasazlıq olanda yubanmalar baş verir. Ona görə də əfsuslar olsun ki, belə hallar yaranır. Amma texnikalar yenidən saz vəziyyətə qaytarıldıqdan sonra hərə öz ərazisində fəaliyyət göstərir. Demək olar ki, həftədə 2 dəfə bir küçəyə maşın verilir. Bu bölgü ilədir: 1-ci – 3-cü, 2-ci – 4-cü, 2-ci – 6-cı, 1-ci – bazar günü – ayrı-ayrıdır. Siqnal üsulu ilə qapılar döyülür və vətəndaşlardan zibillər toplanılır”, - deyə Masazır bələdiyyəsinin sahə rəisi qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 07 Yanvar 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see380

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see371

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see317

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see249

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see240

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see240

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see225

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see211

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see208

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see207

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see198

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see197

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see196

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see192

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see189

Səudiyyə Ərəbistanının cənubunda partlayışlar baş verib, xəbərdarlıq sistemləri işə düşüb

14 Sentyabr 2026 05:24see189

Ulduz falı: 14 sentyabr, 2026 cı il

14 Sentyabr 2026 04:47see186

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see182

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see180

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri