ASAN xidmət in “İnnovasiyalar Mərkəzi” “SABAH.city” layihəsinə qoşulur
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı arasında Anlaşma Memorandumu imzalanıb.
Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə verilən məlumata görə, memorandumu “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və Yüksək Texnologiyalar Parkının baş icraçı direktoru Nihat Məcidov imzalayıblar.
Tərəflər Anlaşma Memorandumu çərçivəsində qarşılıqlı maraq doğuran sahələrdə səmərəli, davamlı və ikitərəfli əməkdaşlığın qurulmasını əsas məqsəd kimi müəyyən ediblər.
Razılaşmaya əsasən, “ASAN AI Hub” Yüksək Texnologiyalar Parkının bazasında yaradılan “SABAH.city” innovasiya şəhərciyində fəaliyyət göstərəcək və ölkəmizdə süni intellekt ekosisteminin formalaşmasına, dayanıqlı inkişafına xidmət edəcək.
Memorandum tərəflərin birgə fəaliyyətə dair niyyətini ifadə edir və ölkəmizdə innovasiya mühitinin gücləndirilməsinə töhfə verməyi hədəfləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 27 Yanvar 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















