Icma.az
close
up
RU
Bir neçə saata Şərqi Zəngəzurda günəş elektrik stansiyasının təməli qoyulacaq Nazir

Bir neçə saata Şərqi Zəngəzurda günəş elektrik stansiyasının təməli qoyulacaq Nazir

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Gələcək bir neçə saat ərzində Şərqi Zəngəzurda yerləşən "yaşıl" enerji zonasındakı 200 meqavatt gücündə günəş elektrik stansiyasının təməli qoyulacaq.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Bakıda COP29 çərçivəsində "Bərpa olunan enerji mənbələrinin həcmini üç dəfə artırmaq və enerji səmərəliliyini iki dəfə yüksəltmək üçün investisiyaların genişləndirilməsi" mövzusunda keçirilən nazirlər dialoqu zamanı bildirib.

"Azərbaycanın Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan bölgələrində yerləşən "yaşıl" enerji zonaları, müxtəlif bölgələr və istehlak mərkəzləri arasında elektrik əlaqələrinin qurulması təcrübəsinin geniş tətbiqi, həmçinin, 2030-cu ilə qədər qlobal enerji saxlama gücünün 1500 qiqavata qədər artırılması və 2040-cı ilə qədər 80 milyon kilometrdən çox elektrik şəbəkələrinin əlavə edilməsi və ya modernləşdirilməsi - bunlar hamısı Bərpa olunan enerji və enerji səmərəliliyi üzrə Qlobal Öhdəliklər uğurunun təmin edilməsi üçün vacib həllərdir.

2030-cu ilə qədər "yaşıl" enerji və "yaşıl" qazlar təmin edən "yaşıl" inkişaf ölkəsi olaraq öz inkişaf prioritetlərinə uyğun olaraq Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə bərpa olunan enerji sahəsində öz potensialını gücləndirmək məqsədilə iddialı nəhəng layihələr həyata keçirəcək.

Bir neçə saatdan sonra bp ilə birgə Şərqi Zəngəzurda "yaşıl" enerji zonasındakı 200 meqavatt gücündə günəş elektrik stansiyasının təməlini qoyacağıq", - deyə nazir bildirib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Noyabr 2024 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2076

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see270

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see226

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see203

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see186

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see177

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see162

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see147

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see138

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see131

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see130

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri