Icma.az
close
up
RU
Bir ömrün hekayəsi, bir xalqın taleyi

Bir ömrün hekayəsi, bir xalqın taleyi

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

12 dekabr Azərbaycan xalqı üçün sadəcə təqvimdə qeyd olunan bir gün deyil. Bu tarixdə biz təkcə bir liderin dünyadan köçməsini xatırlamırıq həm də bir epoxanı, bir məktəbi, bir dövlətçiliyin təməlini qoymuş bir insanı yad edirik. Heydər Əliyev haqqında düşünmək, əslində, Azərbaycan xalqının 20-ci və 21-ci əsrdə keçdiyi yolu yenidən gözdən keçirmək deməkdir. Çünki onun həyatı, fəaliyyəti, iradəsi və qərarları bir xalqın keçmişini də, bu gününü də, gələcəyini də müəyyən edən mühüm sütunlara çevrilib.

Heydər Əliyev 1923-cü il mayın 10-da qədim Naxçıvanda, zəhməti və səbrilə tanınan insanların yaşadığı bir mühitdə dünyaya gəlmişdir. O illər Azərbaycanın ən çətin dövrlərindən biri idi yoxsulluq, siyasi təlatümlər, məhdud imkanlar. Lakin deyirlər ki, böyük xarakterlər məhz çətinliklərin içində yetişir. Heydər Əliyevin həyat yolu da belə başladı.
Onun uşaqlığı zəhmət, sadəlik və ailə bağlılığı ilə yoğrulmuşdu. Gənc yaşlarından öz çiyinlərində həm ailəsinə, həm də öz gələcəyinə qarşı məsuliyyət hiss edən bir şəxs kimi formalaşdı. Təhsilə olan marağı, nizamlılığı və özünü inkişaf etdirməyə olan həvəsi onu daim irəli aparırdı. Bu dövr onun xarakterinin ən əsas xüsusiyyətlərini formalaşdırdı. Səbir, dəqiqlik, intizam, məqsədəbağlılıq, məsuliyyət və sözünə sahiblik. Sonrakı bütün fəaliyyətində bu xüsusiyyətləri aydın şəkildə görmək olurdu.
Gənclik illərində aldığı təhsil və göstərdiyi bacarıq onu dövlət idarəçiliyinə gətirdi. Heydər Əliyev hara gedirdisə, hansı vəzifəni daşıyırdısa, öz işini ən yüksək məsuliyyətlə yerinə yetirir, sistem qurmağı, nizam-intizam yaratmağı bacarırdı. Bu dövrdə qazandığı nizam-intizam sonrakı bütün fəaliyyəti boyunca qırmızı xətt kimi davam etdi.
1960–1970-ci illər Heydər Əliyevin peşəkar idarəçi kimi yetişdiyi dövr idi. DTK-da rəhbər vəzifələrdə çalışması ona böyük təşkilatçılıq təcrübəsi qazandırdı. Onun təşkilatçılıq qabiliyyətini daha da gücləndirdi. Bu, sadəcə karyera pillələri deyildi bu illər onun xarakterinin sərt, qərarlı və soyuqqanlı olmasını daha da gücləndirən bir məktəb oldu. Bu dövr ona dərindən insan psixologiyasını anlamağı, problemləri çətin şəraitdə həll etməyi, məlumatı düzgün analiz edib lazım olan qərarı verməyi, təhlükəsizlik və idarəetmə məntiqini, sərrastlıq və soyuqqanlılıq kimi keyfiyyətləri öyrətdi. O, tədricən sıradan bir məmur yox, yüksək intellektə malik, analitik düşüncəli, dəyişikliyi idarə etməyi bacaran bir lider kimi yetişdi.
1969-cu ildə Azərbaycan SSR-in rəhbəri seçilməsi onun həyatında da, ölkənin tarixində də bir dönüş nöqtəsi idi. Bu illər Azərbaycan üçün həm sosial, həm iqtisadi, həm də mədəni yüksəliş dövrü kimi yadda qaldı. O zamanın siyasi sisteminin məhdudiyyətlərinə baxmayaraq, ölkənin sosial-iqtisadi inkişafına yönəlmiş addımlar cəmiyyətin yaddaşında qalan faktlardır. Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi illərdə sənaye sahələri genişləndirildi, təhsil sisteminə yeni nəfəs verildi, mədəniyyət və incəsənətə xüsusi diqqət ayrıldı, istehsalat müəssisələri açıldı, Azərbaycanın ittifaq daxilində nüfuzu artdı, Respublikanın intellektual potensialı gücləndi. Onun ən çox diqqət yetirdiyi sahələrdən biri də kadr hazırlığı idi. Çünki o yaxşı bilirdi ki, gələcək yalnız zəngin resurslarla deyil, ağıllı, bilikli, bacarıqlı insanlarla qurulur. Bu dövrdə yüzlərlə azərbaycanlı gənc SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi. O dövrün insanları Heydər Əliyevi - detalları mükəmməl bilən, hər bir məsələni dərinliklə araşdıran, sözünün üstündə duran, insanları dinləməyi bacaran bir rəhbər olduğunu deyirdilər.
1982-ci ildə Heydər Əliyev SSRİ rəhbərliyinə, ölkənin ən ali idarə strukturlarından biri olan Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Bu, təkcə onun karyerasının zirvəsi deyildi. Bu, azərbaycanlı bir siyasətçinin SSRİ kimi nəhəng bir ölkədə söz sahibi olması demək idi. Moskva illəri onun siyasi dünyagörüşünün daha da genişləndiyi dövrdür. O, ittifaqın daxili problemlərini, beynəlxalq siyasət proseslərini dərindən öyrəndi. Bu təcrübə gələcəkdə müstəqil Azərbaycan üçün misilsiz dəyər daşıdı. Lakin 1987-ci ildə verdiyi istefa qərarı onun prinsipiallığının bir nümunəsi idi. O, öz mövqeyinin, öz dəyərlərinin əleyhinə olan proseslərə razılıq vermədi, çünki bunun ardınca gələcəkdə Azərbaycanın tarixi üçün kritik bir dövr başlayacaqdı.
1990-cı illərin əvvəlləri Azərbaycan tarixinin ən ağır dövrlərindən biri idi. Müharibə, siyasi böhran, iqtisadi çətinlik, dövlət idarəçiliyinin dağılması. Ölkə uçurumun kənarına yaxınlaşmışdı. Dövlətçiliyin sual altında qaldığı, daxili siyasi qarşıdurmaların gücləndiyi, iqtisadi vəziyyətin ağırlaşdığı belə bir zamanda xalqın Heydər Əliyevə müraciəti təsadüfi deyildi. Xalq onun təcrübəsinə, prinsipiallığına və idarəçilik mədəniyyətinə güvənirdi. Heydər Əliyevin yenidən siyasi səhnəyə qayıdışı Azərbaycan tarixində mühüm bir dönüş nöqtəsi idi.
1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə gəlişi ölkənin sabitlik, nizam və dövlət quruculuğu xəttinə keçidinin başlanğıcı oldu. Bu illər müstəqil dövlətin əsaslarının qoyulduğu mərhələ idi. Yeni Konstitusiyanın qəbulu, Ordu quruculuğunun başlanması, Dövlət institutlarının formalaşdırılması, Neft strategiyasının hazırlanması, Azərbaycanın beynəlxalq aləmdə tanıdılması bu proseslərin hər biri bugünkü dövlətçilik modelinin formalaşmasına təsir göstərən əsas elementlərdir. Bu illər Heydər Əliyevin ən ağır, amma ən şərəfli mübarizə dövrü idi. O, Azərbaycanın müstəqilliyini qorumaq üçün həm siyasi, həm diplomatik, həm də iqtisadi baxımdan böyük işlər gördü.
Onun siyasi kimliyi çevik diplomat, sərt idarəçi və təcrübəli dövlət xadimi olması idi. Amma şəxsi keyfiyyətləri də bir o qədər diqqət çəkirdi. Onu tanıyanlar və onunla işləmiş şəxslər tez-tez belə sözlər deyirdilər “Heydər Əliyev heç vaxt tələsmirdi, amma heç vaxt gecikmirdi.” “O, danışanda deyilən hər sözün arxasında məsuliyyət var idi.” “O, ən çətin qərarları belə sakit və məntiqlə verirdi.” İradəli və tələbkar idi özündən də, başqasından da yüksək məsuliyyət tələb edirdi. Detallara diqqətli idi hər şeyi ən xırda məqama qədər öyrənirdi. Sakit, ölçülü danışıq tərzi var idi emosional yox, daha çox analitik. İnsanlarla ünsiyyət qurmaq bacarığı isə sadə və ziyalı zərifliyi ilə seçilən idi.
Ulu Öndər Heydər Əliyevi həm də “dövlətçilik məktəbinin müəllimi” adlandırmaq olar. Çünki o, idarəçiliyi yalnız vəzifə deyil, həm də bir mədəniyyət kimi qəbul edirdi. Tərbiyə, intizam, məsuliyyət, zaman anlayışı, planlılıq bunların hamısı onun fəaliyyət tərzinin ayrılmaz hissəsi idi.
Bu gün təkcə keçmişə baxmaq deyil, həm də gələcəyi düşünmək üçün bir fürsətdir. Heydər Əliyevin həyatı Azərbaycan dövlətçiliyinin müxtəlif dövrlərdə hansı çətinliklərdən keçdiyini göstərir. Bu tarix həm xalqın yaddaşında, həm də dövlətçilik ənənəsində mühüm yer tutur.
Onu anmaq keçmişi xatırlamaqdır. Amma ondan daha önəmlisi, bu xatirəni gələcək nəsillər üçün bir təcrübəyə, bir dərsə çevirməkdir. Heydər Əliyevin həyat yolu bir insan ömründən daha genişdir bu yol Azərbaycanın XX əsrdə keçdiyi siyasi, sosial və tarixi mərhələlərin güzgüsüdür. Onu dəyərləndirmək sadəcə bir rəhbər kimi yox, həm də tarixin bir hissəsi kimi baxmaqdır. 12 dekabr yalnız bir anım günü deyil, həm də düşünmək, qiymətləndirmək və tarixdən nəticə çıxarmaq üçün bir gündür. Bu tarix bizi bir daha düşündürür ki, bir xalqın taleyini dəyişən liderlər təkcə siyasi fiqur deyil onlar zamanın və tarixin yaratdığı şəxsiyyətlərdir.

Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see270

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see172

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see130

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see127

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see124

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri