Icma.az
close
up
RU
Bir ovuc torpaqdan, bir parça daşdan Bütöv Qələbə dadlı Vətənə qədər keçilən YOL

Bir ovuc torpaqdan, bir parça daşdan Bütöv Qələbə dadlı Vətənə qədər keçilən YOL

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi zamanı Real TV-nin baş direktoru Mirşahin Ağayevin torpaqdan bəhs edən 28 yaşlı sualına dövlət başçısının həm kövrək notlar üzərində, həm prinsipiallıq və qətiyyətlə yoğrulan cavabı xeyli müzakirələrə səbəb oldu. Əslində verilən cavab torpağın tərifi idi. İşğal dövründə o torpaqlara qayıdacağımıza hər birimizi – həmçinin getdikcə inamı sarsılanları - inandırmağa çalışan böyük inamın daşıyıcısı tərəfindən səslənən fikirlərin o qədər dərin məna qatları var ki...

Həm də etirafın böyüklüyünə baxın: “Birinci mərhələdə inanırdım ki, - bəlkə də bir az sadəlövh idim, - bunu sülh yolu ilə həll etmək mümkün olacaq. Xarici tərəfdaşları inandırmağa çalışırdım. Hesab edirdim ki, onlar bu işin mahiyyətinə o qədər də varmırlar, bilmirlər ki, biz haqlıyıq, Ermənistan nahaq iş görüb. Amma sonra illər keçdikcə gördüm ki, yox, hər şeyi yaxşı bilirlər. Sadəcə olaraq, onların böyük əksəriyyəti hesab edirdilər ki, belə də olmalıdır: bu torpaqlar ermənilərə çatmalıdır. Yəni bu, onların dünyagörüşü idi. Bunlar bilmirəm haradan gələn, hansı qaynaqlardan gələn bir fikir idi və xüsusilə bu, Qərb həmkarlarıma aid olan məsələdir. Onlar hesab edirdilər ki, belə də olmalıdır. Qeyd etdiyim kimi, bəziləri deyirdilər ki, siz gərək reallıqlarla barışasınız. İllər keçdikcə hərbi variantın labüd olması ilə bağlı da məndə heç bir şübhə qalmamışdı”.


Mümkünsüzün mümkün edilməsinin real nümunəsini yaradıb Azərbaycan, onun Lideri.

Prezidentin “Vətən müharibəsi dövründə torpaq mənim üçün hər azad edilmiş kəndin timsalında, necə deyərlər, ortalığa çıxırdı və hər bir şəhidin şəhid olduğu yer torpaq idi mənim üçün... Hər dəfə bayrağımız bir kəndə, şəhərə sancılanda, mənim üçün Azərbaycan məhz o torpaq idi”, sözlərində də dərin bir hikmət var. Hər gün itkilərlə bağlı məlumat alanda keçirdiyi hissləri sözlə ifadə etməyə çətinlik çəkdiyini söyləməsi özü bir daha təsdiqləyir ki, dövlət başçımız da hər bir vətənpərvər azərbaycanlı kimi qələbə xəbərlərinə sevindiyi kimi, şəhid xəbərlərini də hüzünlə qarşılayıb, ürəyi ağrıyıb, kövrəlib. Hansısa əməliyyatın istiqamətinin bir neçə dəfə dəyişdirilməsi də mümkün ola biləcək böyük itkilərlə bağlı imiş. Müharibə 10 noyabrda dayandırılanda bəziləri hay-küy salmışdılar. Amma sonradan biləcəkdik ki, müharibə dayanmasaydı, itkilər qat-qat çox olacaqdı. Prezidentin müsahibəsində dediyi bu fikirlər onun Qarabağın azadlığı ilə bağlı bəlli planının olduğunu bir daha təsdiqləyir: “Noyabrın 8-dən sonra nəzarətdə olmayan torpaq mənim üçün Azərbaycan idi. O torpağı qaytarmaq necə? Bəziləri deyirdilər ki, heç kim imkan verməz. Bəziləri deyirdilər ki, bu qədər iş görmüsünüz də, bəsdir. Bəziləri deyirdilər ki, Sizin adınız tarixə yazılıb da, heç nə lazım deyil. Bir çox şeylər deyilib. Yəni pis niyyətlə yox. Sadəcə olaraq, bəzi insanlar belə düşünürdü. Mən də düşünə bilərdim ki, indi Şuşa bizdədir, müharibədə qalib gəlmişik, Ermənistanı məğlub etmişik, orada 2000 rus zabiti, əsgəri yerləşib, qalsın sonraya, bəziləri qalsın sonraya. Mən də elə düşünə bilərdim. Amma mənim üçün torpaq o vaxt o idi, Azərbaycan o idi, Xankəndi idi, Xocalı idi. O da artıq azad olundu”.

Yəni öz aləmində Xankəndini, Xocalını, Xocavəndi dövlətin “yadına saldığını” zənn edib, qışqır-bağır qoparanlar nəyi, nə zaman etmək mümkündür, bundan xəbərsiz idilər, yaxud da qərəz obyektiv yanaşmaya imkan vermirdi.

Azərbaycan dövləti isə daha mühüm işlərlə məşğul idi. Ermənistan kapitulyasiya aktına imza atsa da, öhdəliklərinə əməl edib, Azərbaycan ərazisindəki ordu hissələrini çıxartmaq niyyətində deyildi. Əksinə, ərazilərimizə mina, silah-sursat daşıyırdı, Rusiya “sülhməramlı”larının müşayiəti ilə. O günlərin çətinliklərini təsəvvür edək. Beynəlxalq təzyiqlər davam edir, Rusiyanın 2 min nəfərə yaxın hərbi kontingenti daha çox separatçıların himayəsi ilə məşğuldur, Azərbaycan isə belə bir durumda müxtəlif istiqamətlərdə mübarizəsini davam etdirir. Antiterror əməliyyatına gedən yolda əsgərimizin qarşısına o qədər sədlər çəkilmişdi, o qədər minalara düzülmüşdü ki...Adını da “yeni təmas xətti” qoymuşdu düşmən. Dekabrın 12-də Rusiya Müdafiə Nazirliyi ordumuzun lokal əməliyyatla azad etdiyi Köhnə Tağlar və Çaylaqqala kəndlərini Qarabağdakı sülhməramlı əməliyyatlar zonasına daxil edən xəritə dərc etmişdi. Amma bu xəritə Bakıda ciddi narazılıqlara səbəb olduqdan sonra Rusiya Müdafiə Nazirliyi xəritəni yenilədi və həmin kəndlər sülhməramlı əməliyyatlar zonasından çıxarıldı. Rusiya Müdafiə Nazirliyi toponimlərimizi belə təhrif edib, əsəblərimizi tarıma çəkirdi.  


Rusiya sülhməramlı missiyasının rəhbəri general-mayor Andrey Volkovun Qarabağdakı separatçılarla, konkret Arayik Arutunyanla ortaq biznes qurmasından hətta Ermənistan mediası da yazırdı. Amma ordumuz onu başa saldı, bu torpaqların gerçək sahibinin kim olduğunu anlatdı. Strateji əhəmiyyətli Fərrux əməliyyatının keçirilməsi separatizmi himayə edən Rusiya hərbi kontingentinin müqavimətinin ciddi şəkildə qırılması idi. Hətta Azərbaycanla ultimativ dillə danışmağa cəhdləri də iflasa uğradı, əsgərimiz bayrağımızı sancdığı yüksəklikləri tərk etmədi. Bu əməliyyat həm də Xankəndi, Əsgəran...əməliyyatlarının anonsu idi. Qaragöl Laçın rayonu istiqamətində təxribat törədən düşmənə sarsıdıcı zərbə vurulması, Laçın rayonunun Qaragöl gölü istiqamətində növbəti tarixi qələbənin qazanılması düşmənin belini qıran hadisə oldu. Ordumuz düşmənin Dığ kəndi istiqamətindəki təxribatlarının da qarşısını qəhrəmanlıqla aldı. Artıq Göyçə ovuc içi görünməyə başladı qalib əsgərimizin mövqeyindən! Həmin dövr Ermənistan hökuməti Azərbaycan ərazi bütövlüyünü tanımaq istəmirdi. Azərbaycan lideri o vaxtlar çox aktiv fəaliyyət göstərən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşlərdə açıq bəyan edirdi ki, Azərbaycan heç kəsdən qorxmur və öz ərazi bütövlüyünün təmin olunması üçün bütün lazımi addımları atacaq. Deyilən kimi oldu, kimsə dövlətimizin qarşısını kəsə bilmədi...

Məhz bu qətiyyətin və prinsipallığın, güzəştsiz siyasətin nəticəsində Ermənistan iddialarını kənara qoymağa vadar oldu, başqa variantın işə yaramadığını anlayıb, Praqa görüşündə Azərbaycan ərazi bütövlüyünü məcburən tanıdı. Unutmamışıq, 2022-ci ilin Praqa tanınmasından sonra Rusiya rəhbərliyi dəfələrlə Nikol Paşinyanı həmin razılaşmaya görə ittiham etdilər. Praqa anlaşmasından sonra Kremlin bölgə ilə bağlı siyasəti faktiki olaraq iflic hala düşdü. Ermənistan Azərbaycanın ərazi bütövlüyün tanıyandan sonra Rusiya sülhməramlılarının hansısa adla bölgədə qalması ona nə üstünlük qazandıra bilərdi ki? Həm də Azərbaycanı hansısa güzəştlərə vadar etmək mümkünsüz idi. Hətta Rusiyadan konkret təlimatlarla Xankəndiyə uçmuş Ruben Vardanyan layihəsi də sonradan “suya düşəcəkdi”. Bu gedişat rus hərbçilərinin vaxtından qabaq Qarabağı tərk etməsi ilə nəticələndi. Təbii ki, burada könüllülük ola bilməzdi, Azərbaycan dövlətinin prinsipial mövqeyi Rusiyanın atdığı addım zamanı da öz sözünü dedi.

Laçın yolunda 138 gün ərzində vətəndaş cəmiyyəti təmsilçilərinin keçirdiyi ekoloji aksiya da əslində dövlətimizin gücünün, qüdrətinin məntiqi nəticəsi idi. Ruben Vardanyan və digər separatçıların Qarabağdakı talanlarına etiraz uğurlu nəticələrini verdi.

Və...2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu! Ermənistanın işğalı həyata keçirməsi, genişləndirməsində Laçın yolu düşmənə müstəsna üstünlüklər qazandırmışdı illər boyunca. Odur ki, qapının qapadılması fövqəladə dərəcədə əhəmiyyətli hadisə idi.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan cəmi 24 saatdan az bir müddətdə apardığı antiterror tədbirləri ilə dövlət suverenliyimiz tamamilə bərpa edildi. Dövlətə meydan oxumağa cəhd edən separatçılarının başçıları qolları qandallı Bakıya gətirildi. Yaxın zamanlarda Ədalət Məhkəməsi onlarla bağlı hökmünü elan edəcək. Bu illərdə ayrı-ayrı paytaxtlar çox çalışdılar ki, “hərbi əsir” kimi təqdim etdikləri bu cinayətkarların azadlığına nail olsunlar... Bu dəfə də bacarmadılar. Azərbaycan antiterror əməliyyatını elə bir şəkildə həyata keçirdi ki, bir mülki erməninin burnu qanamadı. Əksinə, onların Qarabağda qalıb, təhlükəsiz yaşaması üçün reinteqrasiya proqramı elan olundu. Amma ermənilər onlara hansısa mərkəzlərdən verilmiş təlimatlar əsasında Azərbaycanın suveren ərazilərində yaşamaqdansa, getməyi üstün saydılar və tam təhlükəsiz şəraitdə Ermənistana köçdülər.

Azərbaycan və Ermənistan arasında ikitərəfli formatda aparılması ilə bağlı Prezident İlham Əliyevin təklifi qəbul olundu və nəticədə danışıqlarda irəliləyişlər əldə edildi. Qazax rayonunun işğal altındakı dörd kəndinin - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının Azərbaycana qaytarılması barədə razılıq da məhz ikitərəfli danışıqların nəticəsində baş verdi.

2024-cü ildə rus sülhməramlı qoşunların vaxtından əvvəl (!) ərazilərimizdən çıxarılması ilə dövlətimiz daha bir tarixi uğura nail oldu. Hətta Rusiya ilə düşmən münasibətində olan paytaxtlar belə, erməni separatizmini bəsləmək naminə rus hərbçilərin Azərbaycanda mövcudluğunu istəyirdilər. Qarabağda “Rus evi”nin yaradılmasını da təbii hal kimi qarşılayırdılar. Onları erməni məsələsi birləşdirirdi. Amma Azərbaycanın iradəsinə zidd olan heç bir istək, heç bir plan reallaşmadı. Azərbaycan dövlətinə onun hər qarış torpağını müqəddəs hesab edərək, güzəştsiz siyasət yürüdən Lider rəhbərlik etdiyi üçün...

Sərhədlərin delimitasiya və demarkasiya prosesində də müəyyən məsafə qət edilib, Vaşinqton razılaşmasına, paraflanan sülh sənədinə uyğun şəkildə proses gedir, Zəngəzur dəhlizi tikilir, artıq Ermənistanla ticarət əlaqəsi yaradılıb. Elə bu yazı yazılan saatlarda daha bir neft qatarı Ermənistana istiqamət götürüb. Qalib Azərbaycan “ticarət dili” ilə də sülhü təşviq edir. Qalib olub, böyüklük nümayiş etdirmək, dünənə qədər səninlə düşmənçilik edənə, hətta bu gün də tam islah olunmayana - çörək yolu açmaq...hər Liderin, hər Dövlətin işi deyil! Bu, qələbənin Azərbaycan modelidir! Kişi kimi döyüşmək, amma yıxılanı kəsməmək, məqam gələndə əlindən tutub, qaldırmaq, quyunun dibindən çıxartmaq. Zəngəzur dəhlizinin reallaşması Ermənistanın özünün dalandan çıxmasına səbəb olacaq! Bu yaxşılığı görüb, təşəkkür etmək üçün dövlət və millət mədəniyyəti lazımdır!  

Azərbaycan dövləti separatizmin kökünü kəsdiyi ünvanlarda bu gün tikib-yaradır, şəhər və kəndlərimizin sahibləri evlərinə dönür, həyat qaynayır. Separatçıların oylağı olmuş Xankəndidə bu gün Qarabağ Universiteti fəaliyyət göstərir, azad yurdlarımızda körpələr dünyaya gəlir, böyüyür. İkinci Dünya Müharibəsindən sonra Azərbaycan yeganə dövlətdir ki, tam və mütləq qələbə qazanıb. Bu qələbə güclü Lider, mübariz xalq və qüdrətli ordunun həmrəyliyi, bir yumruq olaraq birləşib Dəmir Yumruğa çevrilməsi nəticəsində əldə edilib! Qələbəmizin 5 illiyinə həsr olunmuş Zəfər paradında nümayiş olunan hərbi qüdrətimiz hələ hamısı deyildi, Prezident bunu da xüsusi vurğuladı.

İlham Əliyev torpaqdan danışarkən mərhum Prezident Heydər Əliyevə Ağdam məscidindən gətirilmiş daşı bir daha xatırladım. 9 may 2000-ci il tarixində ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, keçmiş Minsk Qrupunun həmsədri Keri Kavano Ulu Öndər Heydər Əliyevə Ağdam Cümə məscidindən gətirdiyi daş parçasını hədiyyə etmişdi. 24 il sonra həmin daş parçası öz yerinə qaytarıldı, indi Ağdam məscidində qiymətli eksponat olaraq saxlanılır. O zaman Heydər Əliyev bu hədiyyəni alarkən kövrəlmişdi, amma qətiyyətlə, inamla torpaqlarımızın azad olunacağını ifadə etmişdi. Vaxtilə Mirşahin Ağayev də Heydər Əliyevə torpaq haqqında sual verəndə mərhum Prezidentin təsirləndiyi açıq-aşkar bilinirdi. Amma illər keçdi və ata vəsiyyətini ləyaqətlə yerinə yetirən oğul Əliyev bu gün qürurla qalibiyyətimizdən danışır, şəhid qanı ilə yoğrulan bərəkətli torpaqlarımızdan bəhs edir. Keçmiş səfir Polad Bülbüloğlunun Şuşadan gətirdiyi bir ovuc torpağı da unutmamışıq...Bir ovuc torpaqdan, bir parça daşdan Bütöv Vətənə qədər böyük bir şərəfli yol qət olunub. Yolumuz daim açıq, Dövlətimiz var olsun!

Elşad Paşasoy

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Yanvar 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri