Bir oturuma bütöv çörəyi yeyir
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əməkdar artist Nüşabə Ələsgərli həmkarı Ruhəngiz Allahverdiyeva ilə bağlı etiraf edib.
Axşam.az xəbər verir ki, müğənni bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib R. Allahverdiyeva çox çörək yeyir:
"Rühəngiz Allahverdiyeva oturub bir bütöv çörəyi bir dəfəyə yeyir. Amma ömürboyu arıqdır. Oturur, söhbət edir və bir çörəyi yeyib bitirir".
N.Ələsgərli eyni zamanda özünün də yediklərinə diqqət etdiyini bildirib.
Sənətçi bildirib ki, tamaşaçılar onun haqqında mənfi fikirdədir:
"Mənimlə yaxından tanış olan 5 dəqiqə sonra haqqımda başqa fikirdə olur. Əvvəl deyirlər, özündən razı görünürsünüz. Danışandan sonra təəccüblənirlər ki, sizi belə tanımırdıq".
Baxış sayı:96
Bu xəbər 08 İyul 2026 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















