Icma.az
close
up
RU
“Bir pəncərə”də vahid rəqəmsal ekosistem

“Bir pəncərə”də vahid rəqəmsal ekosistem

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Dünən Bakıda xarici ticarət əməliyyatları üzrə məlumatları, xidmətləri və prosesləri vahid rəqəmsal ekosistemdə birləşdirən “Bir pəncərə” informasiya sistemi – rəqəmsal logistika platformasının rəsmi təqdimat mərasimi keçirilib. Mərasimdə dövlət qurumlarının rəhbərləri və nümayəndələri, biznes sektorunun təmsilçiləri, logistika sahəsində fəaliyyət göstərən şirkətlər və media nümayəndələri iştirak ediblər.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, ölkə başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və “Bir pəncərə” informasiya sisteminin yaradılması barədə fərman dövlət xidmətlərinin vahid rəqəmsal mühitdə təqdim olunmasına, dövlət informasiya sistemlərinin inteqrasiyasına və xarici ticarət proseslərinin tam rəqəmsallaşdırılmasına yeni imkanlar yaradıb.

Qeyd olunub ki, “Bir pəncərə” informasiya sistemi logistika ekosisteminin bütün iştirakçılarını vahid platformada birləşdirərək yükdaşımalarının planlaşdırılması, icazələrin alınması, məlumat mübadiləsi və logistika xidmətlərinin daha operativ təşkilini təmin edəcək. Dünyada bu modelin tətbiq olunduğu ölkələrin sayının məhdud olduğunu diqqətə çatdıran nazir müavininin sözlərinə görə, Azərbaycan MDB məkanında xarici ticarət və nəqliyyat-logistika sahəsində fəaliyyət göstərən bütün əsas dövlət qurumlarını və iştirakçılarını vahid rəqəmsal platformada birləşdirən “Bir pəncərə” informasiya sistemini yaradan ilk dövlətdir. O deyib ki, Azərbaycan dövlət-biznes əməkdaşlığı əsasında vahid rəqəmsal ekosistem formalaşdırmaqla beynəlxalq ticarətdə etibarlı və müasir logistika qovşağı kimi mövqeyini daha da möhkəmləndirir.

“Bir pəncərə” sisteminin təkcə ölkədaxili proseslərin rəqəmsallaşdırılması ilə məhdudlaşmadığını vurğulayan R.Hümmətov onu da deyib ki, bu layihə, həm də xarici iqtisadi fəaliyyətdə Azərbaycanın tərəfdaş ölkələrlə əlaqələrinə açılan mühüm pəncərədir: “Artıq layihə çərçivəsində bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir, BMT-nin müvafiq standartları nəzərə alınmaqla tətbiq mexanizmləri üzərində işlər aparılır. Hazırda Türkiyə, Qazaxıstan və Rusiya ilə nəqliyyat sənədlərinin tam rəqəmsallaşdırılması istiqamətində addımlar atılır”.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov qeyd edib ki, “Bir pəncərə” platforması sahibkarlar üçün gömrük prosedurlarının sadələşdirilməsi və dövlət xidmətlərinin əlçatanlığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. O, layihənin tam tətbiqindən sonra sahibkarların eyni məlumatı müxtəlif dövlət qurumlarına təkrar təqdim etməsinə ehtiyac qalmayacağını diqqətə çatdırıb. Bildirilib ki, məlumat mübadiləsi vahid elektron platforma vasitəsilə həyata keçiriləcək ki, bu da həm vaxt itkisini, həm də inzibati yükü əhəmiyyətli dərəcədə azaldacaq. Eyni zamanda, rəqəmsal texnologiyaların tətbiqi gömrük rəsmiləşdirilməsinin sürətini artırmaqla yanaşı, xidmətlərin şəffaflığını və operativliyini də yüksəldəcək.

“Bir pəncərə" informasiya sistemi layihəsinin birinci mərhələsi üzrə müəyyən edilmiş 154 funksional və texniki tapşırığın hər birinin uğurla icra olunduğunu bildirən N.Şirinovun sözlərinə görə, 2024-cü il dekabrın 1-dən başlanılan layihənin icrası mərhələli yanaşma əsasında planlaşdırılıb və hər mərhələ üzrə konkret funksional hədəflər müəyyən edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə Azərbaycanda nəqliyyat və logistika sahəsində həyata keçirilən rəqəmsal transformasiya tədbirlərinin ölkənin xidmətlər balansında nəqliyyat sektorunun rolunun daha da güclənməsinə mühüm töhfə verə biləcəyini diqqətə çatdırıb. Bu ilin birinci rübündə Azərbaycanın tədiyyə balansında qarşılıqlı xidmətlər dövriyyəsinin 30 faizinin nəqliyyat xidmətlərinin payına düşdüyünü bildirən icraçı direktorunun sözlərinə görə, ümumi dəyəri 1,3 milyard dollar olan nəqliyyat xidmətlərinin 69 faizi qeyri-rezidentlərin ölkəmizin nəqliyyat xidmətlərindən istifadəsi hesabına formalaşıb.

Qeyd olunub ki, hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,5 faiz artıb, idxalı isə 10,6 faiz azalıb ki, bunun da nəticəsində nəqliyyat xidmətləri üzrə profisit 54,4 faiz artaraq 500 milyon dollara çatıb. Onun sözlərinə görə, bu göstəricilər nəqliyyat xidmətlərinin Azərbaycanın xidmətlər balansında dayanıqlı və artan əhəmiyyətə malik strateji istiqamətlərdən birinə çevrildiyini göstərir.

Layihə rəhbəri Ehtiram Quliyev çıxışında platformanın əsas funksionallıqları barədə məlumat verərərək bildirib ki, “Bir pəncərə” platformasının ilkin mərhələsində 30-dan çox dövlət qurumu və şirkətin 150-dən artıq biznes prosesi təhlil edilərək sistemin tələbləri formalaşdırılıb. Onun sözlərinə görə, dörd əsas alt sistemdən ibarət olan sistem idxalatçılar, ixracatçılar, daşıyıcılar, ekspeditorlar, logistika şirkətləri və digər maraqlı tərəflər üçün geniş imkanlar yaradır.

Çıxışlarda layihənin Azərbaycanın rəqəmsal inkişaf strategiyasında rolu, dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsinə verəcəyi töhfələr və platformanın gələcək inkişaf istiqamətləri diqqətə çatdırılıb.

Mərasim iştirakçıları platformanın təqdimatını izləyib, sistemin iş prinsipləri ilə tanış olublar. Biznes nümayəndələri isə ilkin istifadə təcrübələrini bölüşərək xidmətlərə çıxışın sadələşdirilməsi, proseslərin sürətləndirilməsi və əməliyyatların daha çevik təşkili baxımından əldə olunan nəticələri diqqətə çatdırıblar. Qeyd olunub ki, “Bir pəncərə” informasiya sistemi uzunmüddətli inkişaf perspektivi üçün nəzərdə tutulmuş milli rəqəmsal platformadır. Növbəti mərhələlərdə sistemə yeni dövlət xidmətlərinin, əlavə inteqrasiyaların və beynəlxalq əməkdaşlıq imkanlarının daxil edilməsi planlaşdırılır.

Qeyd edək ki, “Bir pəncərə” informasiya sistemi ölkə Prezidenti İlham Əliyevin 15 dekabr 2025-ci il tarixli fərmanına uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yaradılıb. Yeni sistem idxal, ixrac, tranzit və nəqliyyat əməliyyatları üzrə məlumatları, xidmətləri və sənəd dövriyyəsini vahid rəqəmsal mühitdə inteqrasiya etməklə xarici iqtisadi fəaliyyət iştirakçıları üçün daha sadə, şəffaf və izlənilə bilən xidmət imkanları yaradır.

Sahibkarların inzibati yükünün azaldılmasına, dövlət xidmətlərinə çıxışın asanlaşdırılmasına və xarici ticarət proseslərinin daha səmərəli təşkilinə xidmət edən platformanın tətbiqi ilə logistika zəncirində operativliyin artırılması, məlumat mübadiləsinin sürətləndirilməsi və ticarət əməliyyatlarının optimallaşdırılması nəzərdə tutulur. Uzunmüddətli perspektivdə sistem Azərbaycanın daha çevik və dayanıqlı xarici ticarət ekosisteminin formalaşmasına, biznes mühitinin rəqabət qabiliyyətinin yüksəldilməsinə, ölkənin tranzit potensialının gücləndirilməsinə və təchizat zəncirlərinin daha səmərəli qurulmasına mühüm töhfə verəcək.

Mirbağır YAQUBZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyul 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see351

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see274

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see249

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see241

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see240

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see236

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see229

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see228

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see227

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see221

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see217

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see216

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see207

Natavan Həbibinin hovuz paylaşımı müzakirə yaratdı (Foto Video)

30 Avqust 2026 17:06see192

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see189

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see181

“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:52see180

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see179

ABŞ ordusu Larak adasında SEPAH ın iki raket qurğusunu vurub

31 Avqust 2026 03:12see171

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri