Icma.az
close
up
RU
Ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistem formalaşdırılır

Ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistem formalaşdırılır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Elm və Təhsil Nazirliyi ilə “Microsoft” arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistemin formalaşdırılması işləri davam etdirilir. Birgə fəaliyyət universitetlərin müəllim, tələbə və inzibati heyətinin müasir rəqəmsal alətlərə çıxış imkanlarının genişləndirilməsinə, tədris və idarəetmə prosesində rəqəmsal həllərin tətbiqinə xidmət edir.

Bu barədə XQ-yə nazirlikdən məlumat verilib.

Bildirilib ki, mərkəzləşdirilmiş yanaşma çərçivəsində ümumilikdə 20 ali təhsil müəssisəsinin lisenziyalı “Microsoft” alətləri ilə təmin olunması nəzərdə tutulur. Hazırda Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Qarabağ Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Mingəçevir Dövlət Universitetində bütün texniki və təşkilati işlər tamamlanıb, “Microsoft” həlləri istifadəyə verilib. Digər ali təhsil müəssisələrində isə qoşulma prosesi mərhələli şəkildə davam etdirilir.

“Microsoft” platformasında təqdim olunan süni intellekt əsaslı həllər, xüsusilə “Copilot” aləti müəllimlərə dərs planlarının hazırlanması, tədris materiallarının yaradılması, qiymətləndirmə və digər akademik fəaliyyətlərin daha səmərəli təşkili üçün əlavə imkanlar yaradır. Süni intellekt alətlərinin tətbiqi müəllimlərin iş yükünün optimallaşdırılmasına və tədris prosesinin keyfiyyətinin artırılmasına töhfə verir.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi ilə "Microsoft" arasında həyata keçirilən bu proqram ali təhsil sistemində rəqəmsal transformasiyanın sürətləndirilməsi, innovativ texnologiyaların tədris mühitinə inteqrasiyası və rəqəmsal bacarıqlara malik insan kapitalının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Nurəngiz Adilqızı
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyun 2026 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri