Icma.az
close
up
RU
“Bir qəpik də verməyəcəyik”: Çexdə seçkilərin qalibi Ukraynaya yardımı dayandıracaq

“Bir qəpik də verməyəcəyik”: Çexdə seçkilərin qalibi Ukraynaya yardımı dayandıracaq

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Əgər yeni hökumət ötən həftə keçirilən parlament seçkilərində ən çox səs toplayan ANO partiyasının iştirakı ilə formalaşarsa, Çex Respublikası artıq Ukrayna üçün silah alınmasına maliyyə ayırmayacaq.

Bizimyol.info xəbər verir ki, bunu ANO partiyasının lideri Andrey Babiş mətbuat konfransında bəyan edib.

Babiş, Ukraynanın Avropa ölkələrinin maliyyə dəstəyi ilə artilleriya mərmiləri aldığı "Çexin sursat təşəbbüsü" adlanan layihəni ümumilikdə müsbət qiymətləndirsə də, hesab edir ki, bu təşəbbüsün maliyyələşdirilməsi daha şəffaf şəkildə, xüsusilə NATO strukturları vasitəsilə həyata keçirilməlidir.

Onun sözlərinə görə, mövcud satınalma sxemi bəzi özəl şirkətlərin “on milyardlarla” qazanc əldə etməsinə şərait yaradıb.

Babiş vurğulayıb ki, Çex Avropa İttifaqının Ukraynaya yardım üçün istifadə olunan büdcəsinə 60 milyard vəsait verir: “Biz Ukraynaya silah üçün (öz büdcəmizdən) bir qəpik də verməyəcəyik. Hesab edirəm ki, Ukraynaya birbaşa yardım etmişik, indi isə ona Aİ vasitəsilə yardım ediləcək”, – deyə o əlavə edib. O həmçinin bildirib ki, Çex büdcəsində ölkənin öz ehtiyacları üçün kifayət qədər vəsait yoxdur.

Eyni zamanda, Babiş Ukraynaya Çex silahlarının satılmasına qarşı olmadığını bildirib: “Əgər biz hökumətdə olsaq, deyəcəyik: “Çexiya silah şirkətləri, sizə - Ukraynaya silah ixrac etməsini istəyirsiniz? Bizim üçün problem yoxdur””, – deyə siyasətçi qeyd edib.

Ötən həftə Çex Respublikasında keçirilmiş parlament seçkilərində sağçı populist Andrey Babiş və onun ANO hərəkatı seçicilərin 35%-nin səsini toplayaraq, baş nazir Petr Fiala rəhbərliyindəki hakim mərkəz-sağ Spolu ("Birlikdə") koalisiyasını əhəmiyyətli dərəcədə qabaqlayıb.

Lakin heç bir partiya 50%-lik çoxluq qazana bilmədiyi üçün qarşıda koalisiya formalaşdırılması ilə bağlı çətin danışıqlar gözlənilir. Gözlənilən koalisiya tərkibi isə Ukrayna üçün əlverişli olmaya bilər.

Qeyd edək ki, Ukraynanı dəstəkləyən mövqeyi ilə tanınan Çex prezidenti Petr Pavel artıq parlament seçkilərinin qalibini Ukraynaya hərbi yardımı ləğv etməməyə çağırıb. O bildirib ki, Ukraynaya dəstək vermək elə Çexin öz təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 Oktyabr 2025 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri