İtaliya Ukraynaya hərbi yardımı dayandıracaq
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
İtaliyanın Milli Gələcək Partiyası Ukraynaya bütün hərbi yardımların dayandırılmasını tələb edən qətnaməni ölkə parlamentinə təqdim edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, qətnamədə qəti şəkildə Ukraynaya gələcəkdə silah və hərbi təchizatın dayandırılması tələb olunur:
"Uzun illər davam edən münaqişədən sonra hər kəsə aydındır ki, eskalasiya strategiyası sülhə gətirib çıxarmayıb. Əksinə, bu, müharibəni uzadıb. Mövcud vəziyyət İtaliyanın xərclərini artırıb və diplomatik həll imkanını gecikdirib", -deyə partiyanın təqdim etdiyi qətnamədə qeyd edilir.
Milli Gələcək həmçinin İtaliya vətəndaşlarının resurslarının ölkənin ehtiyaclarına yönəldilməsinə çağırıb. Ailələrə dəstək, biznesə kömək, səhiyyə və sərhəd təhlükəsizliyi kimi məsələləri ön plana çəkib. Partiya hesab edir ki, Roma Ukrayna münaqişəsinin həlli üçün diplomatik təşəbbüslərdə fəal iştirak etməli və sülh danışıqlarını asanlaşdırmalıdır.
Anar
Bu mövzuda digər xəbərlər:Fransa və İtaliya Ukraynaya yardımı dayandırır
18 Mart 2025 20:31
ABŞ Ukraynaya yardımı dayandıracaq?
14 Yanvar 2025 21:23
Avropa İttifaqı Ukraynaya yardımı dayandıracaq..?
25 İyul 2025 19:48
ABŞ Ukraynaya hərbi yardımı dayandıracaq Karoline Levitt
01 Mart 2025 13:18
Mariya Zaxarova: Ukraynaya yardımı davam etdirsə, İtaliya çökəcək
03 Noyabr 2025 19:19
Baxış sayı:180
Bu xəbər 29 İyul 2026 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















