525ci qəzet Prezident seçiləcəyi təqdirdə Ukraynaya hərbi yardımı dayandıracaq
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Rumıniya prezidentliyinə namizəd Kelin Georgesku seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynaya edilən hərbi yardımı dayandıracağını bildirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, çıxışında başqa bir neçə vacib məqama da toxunub.
Prezidentliyə müstəqil şəkildə namizədliyini irəli sürmüş Georgesku ümumiyyətlə, Ukraynanı kütləvi şəkildə silahlandırmağa qarşı çıxdığını söyləməklə yanaşı, konfliktin həll yollarının tapılmasının prioritet məsələ olduğunu söyləyib.
Qeyd edək ki, noyabrın 24-də keçirilən prezident seçkilərində Kelin Georgesku seçicilərin 22,94 faiz səsini toplayıb. Onun ən yaxın izləyicisi, müxalifətçi Yelena Laskoni isə 19,18 faiz səs yığa bilib. Dekabrın 8-də keçiriləcək ikinci tura yüksələn bu iki namizəddən Georgeskunun qalib gəlmə ehtimalı daha yüksəkdir.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 06 Dekabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















