Icma.az
close
up
RU
Bir qətliamın izi 26 il əvvəl Bakı və İrəvan sülhə yaxın olanda 40 erməni güllələnib

Bir qətliamın izi 26 il əvvəl Bakı və İrəvan sülhə yaxın olanda 40 erməni güllələnib

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər dəfə Ermənistan və Azərbaycan ciddi şəkildə sülh danışıqlarına başlayanda adam narahat olur ki, nəsə bir hadisə baş verəcək və proses pozulacaq. Bu, əbəs əndişə deyil. Ortada presedentlər var və biri daha parlaqdır.

Bu hadisə Ermənistan və Azərbaycan arasındakı münaqişənin həlli üçün tərəflərin bir-birinə ən real yaxınlaşdığı 1999-cu ildə baş verib.

Həmin ilin oktyabrın ayının 27-də terrorçu qrup Ermənistan parlamentinin iclasına soxulub və baş nazir Vazgen Sarkisyanı, parlamentin sədri Karen Dəmirçyanı, nazir müavinlərini və deputatları, ümumilikdə 40-a yaxın adamı güllələyiblər. Onlardan 8-i ölüb.

Terrorçular zala daxil olanda Ermənistanın maliyyə naziri Levon Barxudaryan tribunada çıxış edirmiş. Nairi Unanyan adlı, 1965-ci il təvəllüdlü terrorçunun başçılıq etdiyi qrup deputatlardan mobil telefonlarını söndürüb yerə uzanmağı tələb edib. Nairi baş nazirə yaxınlaşaraq ona deyib: “Bizim qanımızı içməyi dayandırın”. Vazgen Sarkisyan ona sakitcə cavab verib: “Hər şey sizin və övladlarınızın gələcəyi üçün edilir”. Ancaq Unanyan atəş açıb və digər terrorçular da başda Karen Dəmirçiyan olmaqla o biri vəzifəli şəxsləri güllələyiblər.

Karen Dəmirçiyan sovet dönəmində Ermənistan KP MK-nın birinci katibi (1974-1988-ci illərdə) vəzifəsində işləmiş təcrübəli siyasətçi olub və onun klanının yaxın gələcəkdə Ermənistanda hakimiyyəti götürəcəyi real sayılıb.

Vazgen Sarkisyan (1959-1999) isə “Qarabağ müharibəsinin qəhrəmanı” olan səhra komandiri kimi Ermənistanda böyük nüfuz qazanıb və gənc olmasına baxmayaraq, ölkəsinin baş naziri postuna qədər yüksəlib.

Həmin vaxt Ermənistan prezidenti postunu Robert Köçəryan tutub. O, 6 ay əvvəl həmin posta Levon Ter-Petrosyanı devirərək gəlib. Qırğın törədilən zaman Köçəryan parlamentin iclasında iştirak etməyib. Beləliklə, yarım saatın içində Ermənistanln 3 rəhbər şəxsindən yalnız o sağ qalıb.

Baş nazir Vazgen Sarkisyandan və parlamentin Karen Dəmirçyandan başqa, terror aktı zamanı vitse-spikerlər Yuri Baxşyan və Ruben Miroyan, əməliyyat işləri naziri Leonard Petrosyan, deputat Armen Armenakyan, Ermənistan Milli Elmlər Akademiyasının akademiki, deputat Mikael Kotanyan da həlak olub. Terror aktı zamanı daha bir deputat, “Hayastan” qəzetinin rəhbəri Henrik Abramyan isə ürək tutmasından ölüb. 30-dan çox deputat yaralanıb, 50 deputat girov götürülüb.

Terrorçuların lideri Nairi Unanyan və prezident Robert Köçəryan arasında birbaşa danışıqlar başlayıb. Terrorçuların iki tələbi olub: televiziyada canlı çıxış etmək və təslim olandan sonra ədalətli mühakimə qarantiyası. Hökumət tələbləri yerinə yetirməyib.

Oktyabrın 28-də girovların parlamentdə azad edilməsinə başlanılıb. Silahlı qrupun üzvləri tutularaq Ermənistan Milli Təhlükəsizlik Nazirliyinə təhvil verilib.

Oktyabrın 30-da Rusiyanın baş naziri Vladimir Putin Ermənistanda 5 saatlıq səfərdə olub və bu səfər zamanı parlamentdə qətlə yetirilən tanınmış siyasi xadimlərə həsr olunmuş matəm tədbirlərində iştirak edib.

Nairi Unanyan İrəvanda doğulmuş jurnalist olub. O, 1988-ci ildən milli azadlıq hərəkatında fəal iştirak edib, tələbə ittifaqının yaradıcılarından biri kimi tanınıb.

Unanyan üzvü olduğu Daşnaksütyun partiyasının informasiya mərkəzində çalışarkən, I Qarabağ müharibəsinin qızğın vaxtında Türkiyə ilə informasiya mübadiləsi etməyə görə 1994-cü ildə partiyadan qovulub.

O, 1995-1997-ci illərdə anası və qardaşları Armen (1969-cu il təvəllüdlü) və Karen (1974-cü il təvəllüdlü) ilə birlikdə Yevpatoriyada yaşayıb.

Parlamentdə qırğın törədəndən sonra yaxalanan Nairi Unanyan və onun dəstəsinin üzvləri Karen Unanyan, Eduard Qriqoryan, Vram Qalstyan, Derenik Becanyan və Aşot Knyazyan 5 illik mühakimədən sonra ömürlük həbs cəzasına məhkum ediliblər.

Hakim Samvel Uzunyan bildirib ki, cinayətkarlar yalnız Ermənistanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə görə ölüm cəzasından xilas olublar. Lakin təqsirləndirilən şəxslər son söz deyərkən, əməllərindən peşman olmadıqlarını, məqsədlərinin baş naziri istefaya məcbur etmək və ölkəni dağılmaqdan qurtarmaq olduğunu bildiriblər.

Baş verənlərə dair ilk qeyri-rəsmi versiya belə olub ki, terror aktını regionda həyati maraqları olan ölkələrin xüsusi xidmət orqanları təşkil edib.

Bu versiya ona əsaslanırdı ki, 1999-cu ilin noyabrında İstanbulda ATƏT-in sammiti keçirilməli idi və orada Ermənistan və Azərbaycan rəhbərləri müəyyən sənəd imzalamaq niyyətində idilər. Qarabağ probleminin həlli ilə bağlı vasitəçilərin təkliflərindən biri də ərazi mübadiləsi variantı idi: plana görə Azərbaycan Laçın dəhlizini Dağlıq Qarabağla birləşdirən Ermənistana verəcək və bunun müqabilində Mehri rayonunun ərazisinin bir hissəsini alacaq və Naxçıvana dəhliz yaradacaq.

Bu variant erməni siyasətçilərinin əksəriyyəti tərəfindən fəal şəkildə rədd edilib. Xüsusilə baş nazir Vazgen Sarkisyan və spiker Karen Dəmirçyan bu plana qəti şəkildə qarşı çıxıblar. Ermənistan parlamentində baş verən terror aktından sonra İstanbulda keçirilən sammitdə isə heç bir sənəd imzalanmayıb.

Terror aktının təşkilatçısı qismində Ermənistan prezidenti Robert Köçəryanın adı da çox hallandırılıb. Dekabrın 16-da Nairi Unanyanın ifadəsi əsasında prezidentin müşaviri Aleksan Arutyunyan və daha sonra Köçəryanın bir sıra digər tərəfdarları həbs edilib. Prezidentin özü də faktiki olaraq açıq şəkildə terror aktında iştirakda ittiham olunub. Sonradan baş nazir təyin edilən Aram Sarkisyan, baş nazir müavini Vaan Şirxanyan, mərhum spikerin oğlu Stepan Dəmirçyan və bir sıra digər yüksək vəzifəli siyasətçilər mətbuat konfranslarında prezidenti və onun tərəfdarlarını ittiham etməkdən çəkinməyiblər. Ancaq Köçəryan malik olduğu hakimiyyət resursları ilə bu işdən sıyrılıb.

Hazırda Nikol Paşinyan qatı düşməni Köçəryana qarşı “27 oktyabr-parlament qırğını” ittihamı irəli sürsəydi, eks-prezidentin bu cinayətdə iştirakı olub-olmadığı yəqinliyi ilə bilinərdi. Ancaq söz yox ki, Köçəryan əsas siyasi rəqiblərinin başına gələn müsibəti kimin təşkil etdiyini qətliamdan öncə olmasa da, dərhal sonra yaxşı bilib.

Baş verən terror aktına görə şübhələrin bir qismi Rusiyanın üzərinə yönəlib. Çünki 1999-cu ildə Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi təşəbbüsü ABŞ və Avropaya məxsus idi, Rusiya kənarda saxlanılmışdı və Kreml bundan narazı idi.

Çox vaxt sülh danışıqlarını Rusiyanın meqapolislərində aparan Ermənistan və Azərbaycan rəhbərləri bu dəfə ərəb ölkəsində görüşüblər, Rusiyanın vasitəçiliyinə ehtiyac duymayıblar və Rusiya bu gedişatdan yenə narazıdır. Narahatlıq doğuran da elə budur. Ermənistanda Unanyan kimi düşünənlər hələ də çoxdur./Musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 İyul 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see186

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see185

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see180

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see174

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see146

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see144

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri