Icma.az
close
up
RU
40 il erməni ilə bir evdə: 93 yaşlı Rəfiqə xanımın İrəvan “nağıllamaları”

40 il erməni ilə bir evdə: 93 yaşlı Rəfiqə xanımın İrəvan “nağıllamaları”

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Deyirlər, təsadüf deyə bir şey yoxdur, təvafük var. 

2023-cü ilin fevralında ilk dəfə onu görəndə hiss etdim ki, “qan çəkir” sözü həqiqətmiş. Təsadüf deyildi mənim Rəfiqə xanımla tanışlığım və onun çox sevdiyim "Anam nağıllayardı ki" deyə başlayan nağıllarını dinləməyim. Onu dinlədikcə sanki qarşımda 93 yaşlı qadın deyil, atasının sevimli 8 yaşlı kiçik və 20 yaşlarında evdəki paltarlarından  İrəvan teatrına tamaşa üçün aparan gənc qız vardı . Rəfiqə xanım İrəvandan 1970-ci illərin əvvəlində Bakıya köçüb gəlsə də, oradakı həyatını  “nağıllamaqdan" doymurdu, usanmırdı...

Rəfiqə Hüseyn qızı Dalqılıcova 1930-cu il mayın 1-də İrəvan şəhərində Hüseyin Dalqılıcov və Rübabə Güllicinskinin 12 uşağından biri kimi dünyaya gəlib. Bütün uşaqlığı və gəncliyi İrəvanda, İrəvan bağlarında keçib. Həyat yoldaşı Əli Həsənov ilə "Sovet Ermənistanı" adlı qəzetin redaksiyasında tanış olublar. 

Əli Həsənov 1960-1969- cu illərdə Ermənistan KP Krasnoselo rayon Komitəsinin birinci katibi vəzifəsində çalışıb. 1969-1971-ci illərdə Ermənistan KP MK-nin kənd təsərrüfatı şöbəsi müdirinin müavini vəzifəsində işləyib. 1961-ci ildən 1966-cı ilədək Ermənistan KP MK üzvlüyünə namizəd, 6 və 7-ci çağırış Ermənistan SSR Ali Sovetinin deputatı, 1967-1970-ci illərdə isə Ermənistan SSR Ali Soveti Sədrinin müavini seçilib. Sonralar Əli Həsənov Azərbaycan SSR-ə köçüb və omrünün sonunadək burada rəhbər vəzifələrdə çalışıb. 

1971-ci ildən Azərbaycan SSR Xalq Nəzarəti Komitəsi Şöbəsinin müdir müavini vəzifəsində işləyib. 1977-ci ildə vəfat edib. Həyat yoldaşından danışarkən sanki yenidən gəncləşirdi Rəfiqə xanım. Ürəyindəki ən böyük nisgillərdən biri "Görəsən, Əli yaşasaydı, yaşlansaydı necə olardı?" sualı idi. İnanılmaz bir həvəslə Əlinin necə intizamlı olduğundan, paltarlarını təmiz və qırışsız sevdiyindən danışırdı. Ölümünü anladarkən üzündən qara buludlar keçirdi Rəfiqə xanımın:

"Çox ani oldu, heç bilmədik nə baş verdi.Təcili yardım gələnə gədər uçdu getdi".

Anası Rübabə xanım İrəvanda yaşadığından, Rəfiqə xanım 1988- ci ilin dekabrına qədər ata ocağına gedib- gəlir. 93 yaşlı Rəfiqə xanımın yaşına görə çox gözəl yaddaşı vardı. O, uşaqlığından bu günə kimi çox hadisələri, insanları yaxşı xatırlayırdı. Babası Məşədi Teymurla necə kitab oxuduqlarını ilk gün keçirdiyi həyəcanla "nağıllayardı". Onu çox gec tanıdım və çox tez itirdim. Amma mənə hədiyyə etdiyi əl işləməsi ilə birlikdə hər zaman qəlbimdə yaşayacaq. 

Rəfiqə xanımın “nağıllamaları” 

"O zamanlar İrəvanda atamın yanına gələrdilər, bizim evi, həyəti toy etmək üçün kirayə götürərdülər. Çünki həyətimiz böyük və baxımlı idi, çoxlu meyvə ağacları, onlarında altında taxtlarımız vardı. Çoxlu İrəvan, Qarabağ xalçalarımız vardı. Onları yerə döşəyirdik, taxtları da üzərinə qoyurduq. O zamanlar indiki kimi stol- stul istifadə edilmirdi. Süfrə taxtların ustündə açılır, ətrafında yerdən oturulur, yemək yeyilirdi. Yemək yeyilib bitdikdən sonra ibrik, ləyən gətirilərdi, su tökülüb əlləri yuyardılar, dərhal da əllərini qurulamaq üçün dəsmal verilirdi. Çunki o zaman adətən əllə yemək yeyilirdi. Qaşıq və ya çəngəl istifadə edilmirdi. Atamın parça dükanı vardı. 

Malları hər zaman xaricdən - Fransadan, İngiltərədən gətirərdilər. Parça topunun başında şir şəkli olardı. Tünd qırmızı məxmər, üstündə şir şəkli qızılı saplarla işlənirdi. Atam parçanın o hissəsini kəsib atardı. Palatarları bəzəmək üçün zincirələr vardı. Paltarlara qızıldan zincirələr tikərdilər. Pul olmayan zamanlarda onların hamısını söküb satdıq. Atam mal alanda birinci anam parça seçərdi, özünə paltar tikdirərdi. 

O zamanlar  “Axundov gecəsi” keçirilirdi. Biz o paltarları Axundovun əsərlərindən hazırlanan tamaşalarda geyinərdik. Teatrın direktoru demişdi ki, Dalqılıcovların evindən gələn paltarlardan heç kəsdə yoxdur. Mən evlənəndə anam yorganımın üzünə öz çarşabını çəkmişdi , ona hamı heyran qalmışdı. Tünd göy rəngdə idi, yayda gecə göy üzü hansı rəngdə olursa, bax, o rəngdə idi, üstündə ulduzlar parlayırdı. Ya da yenə göy, üzərində zərli butalar olurdu”. 

Beləcə o günləri xatırlamaqda davam edir:

“Sovet qurulanda atamın dükanını əlindən aldılar. Yayda bağa gedərdik. İrəvanın bağları çox gözəl olardı. Üç ay orada qalardıq. Orada da qışa hazırlıq edərdik. Bağda buğdanı yuyub, bisirib, qurumağa sərirdik, yarma hazırlayardıq. Quruyandan sonra kirkirə ilə çəkirdik. İrili- xırdalı olmasına görə ayırırdıq. Plovluq yarmadan çəkmə də bişirirdilər. Nehrə yağı, qovurma, meyvə quruları, sucuq hazırlayırdıq. Meyvə ağaclarının aralarına ip çəkirdik, sucuqları o iplərdən asırdıq. Bağlarımız şəhərdən xeyli uzaqda idi, gedib-gəlmək o zaman üçün çətin idi. Çox mənzərəli yer idi. Bağlar böyük idi. Aşagıda Zəngi çayı axırdı, yuxarda Abu həyat bulağı. 

Bağlarımızda hər cür meyvə vardı. Atam hər yerdən meyvə agaç tingləri gətirib əkərdi. Payızda küplərdə ət qovurması, yağ, turşu,  dolmalıq yarpaq, başqa ərzaqlar hazırlayırdıq. Qışda İrəvan soyuq olardı. Hər şey evin içində olduğundan, həftəylə bayıra çıxmazdıq. Evimiz ikimərtəbəli idi. Birincı mərtəbədə mətbəx, mətbəxdə buxarı, mətbəxin arxa hissəsində ərzaq yığmaq üçün yer vardı. Bahar gələndə təzə göyərti yığardıq. İrəvanda yazda yeni çıxan göyərtilərə laladibi deyərdilər. 

Küplərlə qovurma bişirərdik. Biz ona qovurma bozbaş deyərdik. Bağımızın olduğu səmtin adına “Dərəbağ əmioğullular” deyirdilər. Amma şəhərdəki evimiz İrəvanda indiki Hökumət Evinin arxasındakı məhəllədə idi. Atam hündür hasar çəkmişdi, ermənilər bizim həyəti, evi görəndə deyirdilər ki, cənnət dedikləri bu həyət kimidir. Talvardan üzum sallanırdı, hər cür meyvə ağacı vardı. Elə cənnət kimi evlərimizi qoyduq gəldik, ermənilərin əlində qaldı”.

 Danışdıqca hiss edirəm ürəyində qalan nisgili. Rəfiqə xanım həm də repressiya qurbanı, ermənilərin Qərbi Azərbaycana yerləşdirilməsinə etiraz etdiyi üçün Ermənistan hökuməti tərəfindən təqib olunan və qətlə yetirmək istədikləri Saleh Güllücinskinin bacısı qızıdır. Güllücinski haqqında bunları deyirdi:

"Saleh dayım Bakıda yaşayıb, biz İrəvanda. Onu güllələyəndə, mənim 7 yaşım olub. Çox xatırlamıram. Anam deyirdi ki, Bağırovla Saleh dayım işlə bağlı Tiflisdə tanış olublar. Ondan sonra dayım Bakıya köçməyə qərar verib.( Saleh Güllicinski o zamanlar Tiflisdə Kommunist Universitetində təhsil alırdı) Anam nağıllayırdı ki, toyunda Saleh dayımın qoluna girib ər evinə gedib. O zamanlar indiki kimi maşınla getmirdilər. 

Gəlin paltarında piyada, adamların əhatəsində zurna- balabanın müşayiətində ər evinə gedərdilər. Anam deyirdi ki, ər evindən ayaqqabı gətirmişdilər, içinə də şirinlik üçün qənd qoymuşdular. Ayaqqabı da hündürdaban, ağrıdan yeriyə bilmirəm, qənd barmağımın ucunu incidir, Saleh də qolumdan tutub aparır. Utandığımdan deyə bilmirəm ki, qoy ayaqqabımı çıxarım. Böyük qardaş ata əvəzi sayılardı. Evimizdən Yusifgilin (həyat yoldaşı-müəllf.) evinə gedənəcən (evimiz də Gedər çayının üstündə, dik yerdə idi) ayaqlarım çox ağrıdı. Bizim evimiz o zaman İrəvanın mərkəzində idi. Sonra ora “Lenin meydanı” dedilər, indiki Hökumət Evinin arxasında, ondan bir küçə sonra bizim evimiz idi. “Təpəbaşı”, “Dəmir bulaq” o zaman İrəvanın qırağı sayılırdı”.

40 il erməni ilə bir evdə

Rəfiqə xanım o qədər maraqlı danışırdı ki. Dinlədikcə sanki o hadisələru yenidən yaşayırdı:

"1918-ci il imiş. Ermənilərin bizi soyqırımı etdiyi zamanlardı. Bizim İrəvanda mülklərimiz, bağlarımız, torpaqlarımız olub. Atamın (Hüseyn, ikinci adı isə Yusif olub-müəllf.) ögey bacısı Məhbub Türkiyədə İğdırda Dalqılıc kəndində yaşayırdı, soyadımız da oradan gəlir. Atam ara sakitləşənə qədər ailəsi ilə onun yanına getməyə qərar verir. Arabaya xeyli ərzaq yükəyir ki, Arazı keçsin, ailəsini orada yerləşdirsin, sonra geri gəlsin evin, mülklərin məsələsini həll etsin. 1918-ci ilin aprel ayı olur. Araza sel gəlir, çay daşır, arabaya qoşulan öküzlər suya batır. Ərzaqların hamısı islanır. Atam çarəsiz qalır. Geri qayıdır, yenidən İrəvana gəlir. 

Fikirləşir ki, çay sakitləşsin, yenidən gedər. Gələndə görür ki, evinin qapısı qırılıb, evinin 3 otağına Vandan gələn erməni girib. Atam deyir ki, sən kimsən, mənim evimə necə girmisən? Erməni deyir ki, Vandan gəlmişəm, burada yaşayacağam, hökumətə dedim ki, mənə sığınacaq ver, dedilər ki, get hansı evin qapısı bağlıdırsa, qır, gir evə, mən də bu evə gəldim. Atama deyir ki, digər yan tərəfdə işim yoxdur, sən  də orda yaşa. Yəni öz evimizdə bizə yer təklif edir. Atam qorxusundan dillənə bilmir. 

Daşnakların hökumətiydi, müsəlmanları qırırdılar. Dedi ki, bir neçə gün qalaq, hökumət bizə ev verər, biz də sonra Türkiyəyə gedərik. Amma gedə bilmir, o qalan qalır. Erməniyə də heç nə deyə bilmir. Əvvəl daşnak, daha sonra sovet hökumətindən qorxur . Düz 40 il o erməniylə eyni evdə yaşadıq. Heç kirayə də vermədi. 40 ildən sonra özləri ev aldılar getdilər. Atamın digər bir evini də alıb uşaq bağçası etdilər. Beləcə mülklərimiz də yavaş-yavaş əlimizdən çıxdı”.
Səbinə Uğur 
"Cebheinfo.az" 

Açar sözlər: İrəvan soyqırım Rübabə Güllicinski

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Aprel 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri