“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya baş məşqçi Luis Enrikenin onun futbola münasibətinə təsirindən danışıb.
QOL.az xəbər verir ki, "Mundo Deportivo" nəşrinin məlumatına görə, gürcü futbolçu “Napoli”dəki dövrü ilə müqayisədə PSJ-də fərqli oyunçuya çevrildiyini bildirib:
"Napoli"də başqa cür futbolçu idim. Buraya gəldikdən sonra komandanın işinə necə böyük fədakarlıqla yanaşdığını və mənə göstərdiyi hörməti anladım. Luis Enrike ilə işləyərkən başa düşdüm ki, əlimdən gələnin ən yaxşısını etməliyəm. Çünki burada hər bir futbolçu əsas heyətdə meydana çıxa bilər. Bir səhvə yol versəniz, ehtiyat oyunçular skamyasında qala bilərsiniz".
Qeyd edək ki, Kvaratsxeliya 2026-cı il “Qızıl top” mükafatına namizəd 30 futbolçu arasında yer alıb. O, ötən mövsüm PSJ-nin heyətində keçirdiyi 48 oyunda 19 qol vurub və 11 məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 13 Sentyabr 2026 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















