Icma.az
close
up
RU
Bir şəkil, min mesaj: Əliyev Zelenski görüşünün pərdəarxası

Bir şəkil, min mesaj: Əliyev Zelenski görüşünün pərdəarxası

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri və səfər çərçivəsində cənab Prezident İlham Əliyevlə Zelenskinin qucaqlaşaraq görüşməsi sadəcə kameraların önündə çəkilən adi protokol şəkli də deyildi, həm də  dünyaya  ünvanlanmış bir mesaj idi. Çünki Prezident İlham Əliyevlə Volodimir Zelenskinin görüşündə ən çox diqqət çəkən  və ən güclü mesaj bu bir anlıq qucaqlaşma jestində gizlənirdi”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.


Deputat qeyd edib ki, hər iki ölkə liderinin bu  səmimi görüşü siyasətin soyuq dili ilə yox, etimadın isti dili ilə danışdı: “ Bu, Bakının Kiyevə “Sən tək deyilsən” mesajı idi”. O əlavə edib ki, bunun həm də bir geosiyasi mənası var: “Bəzən beynəlxalq münasibətlərdə bir jest onlarla sənəddən daha güclü olur. Əliyevin Zelenskini qucaqlaması təkcə iki liderin yaxınlığı deyildi. Bu, Azərbaycanın öz mövqeyini açıq göstərməsi idi. Azərbaycan çətin vəziyyətdə olan tərəfdaşlarını tək buraxmır. Bakı balans siyasəti aparsa da, humanitar və mənəvi xəttini qoruyur. Regional güc kimi yalnız iqtisadi deyil, siyasi və mənəvi məsuliyyət daşıyır. 
Bu jest həm də Şərqi Avropaya, Mərkəzi Asiyaya və Cənubi Qafqaza ünvanlanan bir mesaj idi. Bakı artıq sadəcə tərəfdaş deyil, həm də mərkəzdir”.
Millət vəkili qeyd edib ki, Azərbaycanla Ukrayna arasında münasibətlər kağız üzərində qurulmuş formal əlaqələr deyil: “Bu münasibətlər müharibənin sınağından keçib. Azərbaycan ən çətin anlarında Ukraynanın yanıda oldu və humanitar yardım göndərdi, enerji sahəsində dəstək verdi. Ukraynalı uşaqlar üçün sosial və reabilitasiya proqramları təşkil etdi. Bu,  artıq diplomatiya deyildi, real dəstəkdir. Müharibə zamanı verilən dəstək isə hər zaman ikiqat dəyər daşıyır. Çünki belə anlarda dostluq yoxlanılır”.
Zelenskinin Moskvanın razılıq verəcəyi təqdirdə Bakının dialoq ünvanaı olacağı mesaja gəldikdə isə deputata bildirib ki, bu görüşün ən strateji məqamlarından biri də Bakının özünü sülh platforması kimi təqdim olunması idi.
“Zelenskinin açıqlaması təsadüfi deyildi. Əgər şərtlər uyğun olarsa, danışıqlar Azərbaycanda keçirilə bilər. Bu isə o deməkdir ki, Bakı artıq neytral vasitəçi kimi qəbul olunur. Azərbaycan regiondan kənar münaqişələrdə belə etibarlı platformaya çevrilir və siyasi dialoq üçün yeni coğrafi mərkəz formalaşır. Bu, geosiyasi statusun dəyişməsi deməkdir”.
Deputat onu da əlavə edib ki, bu gün Azərbaycan yalnız Cənubi Qafqaz ölkəsi deyil: “Artıqərq–Qərb arasında enerji körpüsüdür, Şimal–Cənub xəttində nəqliyyat qovşağıdır  və getdikcə daha çox siyasi dialoq platformasına çevrilir. Bakı artıq hadisələri izləyən yox, onları formalaşdıran aktordur”.
Deputat  son olaraq iBakı ilə Kiyev arasındakı  münasibətləri iki ölkə liderinin bir-birini bağrına basması jestində olduğunu ifadə edərək deyib: “Bu təsadüfi deyildi. Bu, bir tərəfdaşlığın simvolu idi. Bu, etimadın vizual ifadəsi idi. Bu, dünyanın görməsi üçün verilən mesaj idi. Bakı yalnız  Qərblə Şərq, Şimalla Cənub arasında bir bağlantı mərkəzi deyil, həm də sabitlik, etimad  ixrac edir. Və ən əsası isə Bakı çətin gündə yanında duran ölkə olduğunu sübut edir”.
Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Aprel 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri